Icma.az
close
up
RU
Fiziki tərbiyə fənninə tədris proqramında daha çox saat vermək və diqqət ayırmağa ehtiyac var”

Fiziki tərbiyə fənninə tədris proqramında daha çox saat vermək və diqqət ayırmağa ehtiyac var”

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


“Baş nazirin ciddi faktoloji materiallara əsaslanan hesabatından da gördük ki, Azərbaycan öz inkişafı istiqamətində qarşısına qoyduğu bütün prioritetlərə uğurla nail olmaqdadır. Belə ki, hesabat ili ərzində ölkədə əvvəlki illə müqayisədə real ifadədə 4,1% çox olmaqla 126,3 mlrd. manatlıq Ümumi Daxili Məhsul (ÜDM) istehsal olunmuşdur”.
Newscenter.az xəbər verir ki, Milli Məclisin deputatı Könül Nurullayeva açıqlamasında belə deyib. Bildirib ki, bu gün məhz dövlət başçımızın rəhbərliyi ilə ölkə daxilində sosial-iqtisadi sahələrdə əldə olunan nailiyyətlər, beynəlxalq arenada artan nüfuz, qüdrətli ordu quruculuğu və işğaldan azad olunmuş ərazilərdə reallaşdırılan miqyaslı tikinti-bərpa işləri Azərbaycanın inkişaf modelinin səmərəliliyini bir daha nümayiş etdirir.
“Hesabat ilində ölkəmizin dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün atılan addımlar və beynəlxalq platformalarda liderlik təşəbbüsləri Azərbaycanın qlobal siyasətdəki fəallığını bir daha təsdiqləyir. Belə ki, 2024-cü ildə Azərbaycanda təsnifat ardıcıllığı üzrə siyasi, iqtisadi, elm-təhsil, mədəniyyət, ekologiya, səhiyyə və idman mövzusunda bütövlükdə 130 beynəlxalq tədbir keçirilib”.
Deputat həmçinin ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29)-un əhəmiyyətinə də toxunub: “Bu qlobal tədbir nəinki ölkəmizdə, ümumiyyətlə, dünyada 2024-cü ildə baş tutan ən mötəbər tədbirlərdən biri idi. Belə bir ali səviyyəli tədbirin təşkilatçılıq missiyasının Azərbaycana həvalə olunması möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı uğurlu xarici siyasətin və ölkəmizə çox böyük etimadın, yüksək inamın göstəricisi idi. Ölkəmizdə elan olunmuş “Yaşıl dünya naminə həmrəylik ili”ndə keçirilən COP29 Azərbaycanın indiyədək ev sahibliyi etdiyi ən irimiqyaslı tədbir olub. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, hökumət üzvləri və səlahiyyətli dövlət orqanlarının rəhbər təmsilçiləri ilə yanaşı, Milli Məclis deputatlarının da bir qismi COP 29 Təşkilat Komitəsinin tərkibində yer almış, bütövlükdə parlamentarilərimiz Milli Məclisin sədri hörmətli Sahibə xanım Qafarovanın rəhbərliyi ilə bu tədbir çərçivəsində fəal iştirak etmişlər”.
K.Nurullayeva hesabat ilində Milli Məclisin Gənclər və İdman Komitəsinin təmsilçisi olaraq bir neçə vacib vacib bir məsələyə də diqqət çəkib: “Elm və təhsil sahəsi üzrə reallaşan və gənclərimizin gələcək uğurlarını şərtləndirən olduqca mütərəqqi dəyişikliyə diqqət yetirmək istərdim. Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na dəyişiklik edilmişdir. Bu dəyişikliyə əsasən, Dövlət Proqramının müddəti uzadılmış və 2022-2028-ci illəri əhatə etmişdir. Sərəncama əsasən hər il 500 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alması təmin olunacaq. Beləliklə də, Dövlət Proqramı çərçivəsində dünyanın 21 ölkəsinin 151 ali təhsil müəssisəsində 1252 nəfər tələbə təhsil almaq hüququ qazanmışdır. Təqdirəlayiq haldır ki, Proqram çərçivəsində dünyanın 14 ölkəsinin 64 ali təhsil müəssisəsində təhsilini başa vurmuş 186 nəfər məzun ölkəyə qayıtmışdır ki, onların da mütləq əksəriyyəti mərkəzi icra hakimiyyəti orqanlarında və digər hökumət strukturlarında işə başlamışlar”.
Deputat eyni zamanda orta ümümtəhsil məktəblərində idman dərsləri ilə bağlı yaranmış vəziyyətdən narahatlığını da ifadə edib: “Cəmiyyətimizdə sağlam həyat tərzinin təşviq edilməsi və gənc nəslin fiziki sağlamlığının qorunması məqsədilə idman fəaliyyətləri xüsusilə əhəmiyyətlidir. İdman dərsləri, yalnız fiziki hazırlığı artırmaqla kifayətlənmir, eyni zamanda şagirdlərin psixoloji və sosial inkişafına da müsbət təsir edir. Bütün bu müsbət təsirlərə baxmayaraq, fiziki tərbiyə fənni və idmana təhsil müəssisələrinin tədris proqramında daha çox saat vermək və diqqət ayırmağa ehtiyac var”.
K.Nurullayeva bu sahədə beynəxalq təcrübəyə də diqqət çəkib: “Məsələn, inkişaf etmiş ölkələrdə həftədə 2 saatlıq məcburi idman dəsrlərindən başqa, məktəb proqramına fakültətiv əlavə saat daxil edilir. Qeyd etmək lazımdır ki, bir sıra orta ümumtəhsil məktəblərində fiziki tərbiyə və idmanın tədrisinə, idman qurğuları və idman zallarından səmərəli istifadə olunmasına xüsusi diqqətin ayrılması məqsədəuyğun olardı. Bu məsələyə önəm verməklə biz, gənclərin fiziki aktivliyini artıra və sağlam həyat tərzinin aşılanmasında müsbət rol oynaya bilərik. Fikrimcə, bədən tərbiyəsi və idmanın tədris proqramlarına daha çox inteqrasiya edilməsi, bu sahədəki boşluqların aradan qaldırılmasına kömək edərdi.”
Ruhiyyə Mehdiyeva
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 15 Mart 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri