Icma.az
close
up
RU
Fiziki yaş sənin əsl yaşın deyil Gerçəklik başqaymış

Fiziki yaş sənin əsl yaşın deyil Gerçəklik başqaymış

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Hər bir insanın yaşını müəyyənləşdirərkən, ilk növbədə, onun təqvim yaşına, yəni doğum tarixinə əsaslanırıq. Lakin müasir elmi yanaşmalar göstərir ki, yaş anlayışı təkcə xronoloji çərçivə ilə məhdudlaşmır. İnsan yaşını tam olaraq qiymətləndirmək üçün fizioloji və psixoloji yaş anlayışlarına da diqqət yetirilməlidir. Bəs bu yaş növləri arasındakı fərqlər nədir və onların uyğunluğu insan həyatına necə təsir edir?

Avtosfer.az xəbər verir ki, modern.az bu mövzu ilə bağlı Azərbaycan Psixologiya Akademiyasının rəhbəri, psixiatr, psixoloq Ramil Hüseynlinin fikirlərini öyrənib.

Psixoloqun sözlərinə görə, insan yaşını yalnız təqvimlə ölçmək kifayət deyil, çünki fizioloji və psixoloji amillər də insanın həyat keyfiyyətini və sağlamlığını əhəmiyyətli dərəcədə müəyyən edir:

"İnsanlarla bağlı qiymətləndirmə edərkən tez-tez “yaş” anlayışından istifadə olunur. Yaş ifadəsini bir qədər araşdırsaq, bir neçə cür yaş anlayışı var: xronoloji yaş, fizioloji yaş və psixoloji yaş.

Xronoloji yaş bizim bildiyimiz elə təqvim yaşıdır. Rəsmi sənədlərdə, rəsmi turnirlərdə əsas alınan yaş budur. Əslində digər yaşlarla müqayisə olunan yaş da budur. Yəni, gündəlik həyatımızda istifadə olunan “dah gənc görünürsünüz” ifadəsində müqayisə obyekti elə xronoloji yaşdır.

Fizioloji yaş insanın bioloji göstəricilərinə əsaslanan yaşdır. Elə buna görə həmin yaşa bioloji yaş da deyilir. Bununla bağlı biokimyəvi səviyyədən genetik səviyyəyə qədər çox sayda parametr və göstərici var. Ümumi mənada desək, bioloji yaş orqanizmin hüceyrə və toxumalarının fəaliyyətinə uyğun dönəmlə əlaqəlidir. Məsələn, hüceyrələrin metabolik intensivliyi, regenerasiya qabiliyyəti, xromosom uclarındakı telomer hissəsinin uzunluğu, bu hissəni bərpa edən telomeraza adlı fermentin aktivliyi və s. kimi amillərlə təyin olunur.

Psixoloji yaş isə insanın özünü hansı yaşda hiss etməsidir. Yəni özünü hansı yaşa uyğun hiss etməsi, hansı yaşa uyğun davranması nəzərdə tutulur. Göründüyü kimi, psixoloji yaş subyektiv olub özünü qavrama şəkli ilə sıx əlaqədədir. Bioloji yaşda olduğu kimi insanın psixoloji yaşına da bir çox amillər təsir edir. Məsələn, insanın emosional vəziyyəti. Xarakter olaraq optimist olan insanlar, özünü daha enerjili hiss edən insanlar daha gənc psixoloji yaşa malik olurlar. Eyni zamanda insanın yeniliklərə açıqlığı da psixoloji yaşa təsir edən amillərdəndir. Yeni biliklərə açıqlıq, yenilikləri mənimsəmək qabiliyyəti, zehni çeviklik daha gənc psixoloji yaşın xüsusiyyətləridir. Psixoloji yaşı təyin edən göstəricilərdən biri də sosial fəaliyyətlərə meyillilikdir".

Psixoloq bildirib ki, psixoloji yaş ilə fizioloji yaş arasındakı əlaqəni birbaşa araşdıran çox az sayda tədqiqat olsa da, ümumi faktorların hər iki yaş növünə təsirini göstərən elmi araşdırmalar mövcuddur. Sağlam qidalanma, fiziki aktivlik, stressin idarə edilməsi bu faktorlar arasında mühüm yer tutur.

Stressin təsirindən danışan mütəxəssis qeyd edib ki, stressdən qaçmaq mümkün deyil və bu, həyatın reallığıdır. İnsan stressi idarə etməyi öyrənməli, həyatın gözlənilməz çətinliklərinə pozitiv yanaşmalıdır. Psixoloq vurğulayıb ki, stresslə düzgün mübarizə aparan insanlar həm bioloji ritmlərini qoruyur, həm də özlərini gənc hiss edirlər.

Ramil Hüseynlinin sözlərinə görə, sağlam və balanslı həyat tərzi insanın həm psixoloji, həm də fizioloji yaşını uyğunlaşdırmaqda mühüm rol oynayır. Bu yanaşma insanın ümumi həyat keyfiyyətinə əhəmiyyətli təsir göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 24 Noyabr 2024 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri