Icma.az
close
up
RU
Folklor İnstitutunda türk xalqlarının mərasim folkloru araşdırılır

Folklor İnstitutunda türk xalqlarının mərasim folkloru araşdırılır

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 17 fevral, AZƏRTAC

AMEA Folklor İnstitutu Elmi şurasının qərarı ilə Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Ağaverdi Xəlilin “Türk xalqlarının mərasim folkloru” adlı yeni monoqrafiyası nəşr olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada müəllifin uzun illər apardığı sistemli elmi araşdırmaların mühüm bir hissəsi ümumiləşdirilib. Tədqiqat türk xalqlarının mərasim folklorunun genezisi, struktur-semantik xüsusiyyətləri və funksional mahiyyəti kontekstində aparılıb, arxaik ritual modellərdən başlayaraq müasir mərasim praktikalarınadək uzanan inkişaf xətti izlənilib. Əsərdə mərasim fenomeni yalnız təsviri material kimi deyil, mədəni yaddaşın və kollektiv identikliyin formalaşmasında iştirak edən kompleks simvolik sistem kimi təhlil edilir.

Kitabın birinci hissəsində mərasim yaradıcılığının nəzəri-metodoloji əsasları, qədim dövr ritual düşüncəsi, əski türklərdə bayram anlayışı və əcdad kultu kimi məsələlər araşdırılır. İkinci hissədə türk xalqlarının mövsüm mərasimləri, orta əsrlər oğuz mərasim kompleksi və müasir dövrdə mərasim folklorunun transformasiya prosesləri təhlil olunur. Üçüncü hissədə isə ritualın funksional strukturu və eposdakı rudimentləri, inisiasiya, sakrallaşdırma və qurban mexanizmləri, eposun oyun arxetipi, advermə mərasimi və qəhrəmanın ad alması, evlənməsi və toy mərasimi, ölümü və yas mərasimi kimi motivlərin epik mətndə transformasiyası struktur-tipoloji və funksional-semantik yanaşma əsasında araşdırılır.

Kitabın nəticə hissəsində müəllif türk xalqlarının mərasim folklorunun arxaik ritual təfəkküründən qaynaqlandığını və bu sahənin qədim sakral dünyagörüşünün davamı kimi formalaşdığını elmi faktlarla əsaslandırır. Eyni zamanda, əsərdə türk xalqlarının mərasim folklorunun ortaq ritual-mifoloji köklərə bağlı olduğu qənaəti irəli sürülür və bu irsin müqayisəli-tarixi kontekstdə öyrənilməsinin vacibliyi qeyd olunur. “Soy”, “boy”, “toy”, “şölen”, “yağma”, “yuğ” kimi arxaik anlayışların transformasiya olunaraq müasir ənənəvi mədəniyyətdə, xüsusilə toy və yas mərasimlərində yaşaması mərasim sisteminin davamlılığını göstərən mühüm fakt kimi təqdim edilir.

Monoqrafiya folklorşünaslar, kulturoloqlar və geniş oxucu kütləsi üçün dəyərli mənbədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Fevral 2026 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri