Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

5 ilə nələr dəyişdi? Fotolar

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Mərhum Xalq artistinin yaxın qohumu imiş

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Folklor İnstitutunda yeni elmi istiqamətlər və kadr hazırlığı məsələləri müzakirə olunub

Folklor İnstitutunda yeni elmi istiqamətlər və kadr hazırlığı məsələləri müzakirə olunub

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 22 may, AZƏRTAC

AMEA Folklor İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda yeni elmi istiqamətlər və yüksəkixtisaslı kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi məsələləri müzakirə olunub.

Folklor İnstitutunun direktoru dosent Hikmət Quliyev qeyd edib ki, Nazirlər Kabinetinin 2025-ci il 2 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının 2025-ci il üçün doktorant hazırlığı üzrə qəbul planına” və AMEA Rəyasət Heyətinin 2025-ci il 8 may tarixli qərarına əsasən, fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edilib. Qəbul planına müvafiq olaraq, Folklor İnstitutunda folklorşünaslıq və Azərbaycan ədəbiyyatı ixtisasları üzrə ümumilikdə 5 yerin ayrıldığını qeyd edən H.Quliyev bununla əlaqədar institutun Təhsil şöbəsinə müraciətlər edildiyini diqqətə çatdırıb.

O qeyd edib ki, hazırda Folklor İnstitutunda ümumilikdə 20 elmlər doktoru və 10 fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantlar təhsil alır. “Hesab edirik ki, doktorant və dissertantların dissertasiya mövzularının aktuallığı, problemlərin qoyuluşu, beynəlxalq təcrübə və çağırışlara uyğunluğu, araşdırmaların nüfuzlu jurnallarda dərc edilməsi kimi parametrlər üzrə attestasiya və monitorinqin aparılmasına ehtiyac var. Bununla əlaqədar xüsusi formalar hazırlanıb və yaxın günlərdə doktorant və dissertantlara təqdim ediləcək”, – deyə o əlavə edib.

H.Quliyev Özbəkistanla folklorşünaslıq istiqamətində əlaqələrin genişləndirilməsindən danışaraq bildirib ki, Folklor İnstitutu bu ilin aprel ayında Özbəkistanın Xivə şəhərində UNESCO və ICESCO-nun himayəsi ilə keçirilmiş İkinci Türk Dünyası Mədəniyyət Forumunda uğurla təmsil olunub. Səfər çərçivəsində AMEA Folklor İnstitutu ilə Daşkənddəki Yunus Rəcəbi adına Özbək Milli Musiqi Sənəti İnstitutu və Urgənc Dövlət Universiteti arasında əməkdaşlığa dair memorandumlar imzalanıb. Alim Özbəkistanın elm və təhsil qurumları ilə birgə tədqiqatların aparılması, kadrların yetişdirilməsi, yeni layihələrin hazırlanması və icrası, eləcə də ortaq elmi nəşrlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Sonra AMEA Rəyasət Heyətinin 2025-ci il 14 aprel tarixli qərarı ilə təsdiq olunmuş Folklor İnstitutunun yeni strukturundan irəli gələn elmi və elmi-təşkilati məsələlərin həyata keçirilməsi məsələsi müzakirə olunub. Qeyd olunub ki, Rəyasət Heyətinin müvafiq qərarı ilə Folklor İnstitutunun strukturunda daxili imkanlar və mövcud ştat vahidləri hesabına İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb.

Eyni zamanda, Elmi şurada ölkəmizdə həyata keçirilən dövlət siyasətinə, müasir dünyanın çağırışlarına və son dövrlərdə Azərbaycan Milli Elmlər Akademiyasında aparılan islahatlara müvafiq olaraq, bir sıra yeni elmi istiqamətlər üzrə şöbələrin yaradılması barədə vəsatət qaldırılması qərara alınıb.

Daha sonra elmi katib Elçin Abbasov Folklor İnstitutunun Elmi şurasının tərkibində dəyişiklik edilməsi və 2025-ci il üçün institutun nəşrlər planının hazırlanması barədə məlumat verib.

Türkiyədə ezamiyyətdə olmuş Müasir folklor şöbəsinin müdiri Füzuli Bayat çıxış edərək Trabzon Universitetinin İnsan və cəmiyyət elmləri fakültəsinin təşkilatçılığı ilə keçirilən “Yavuz Sultan Səlim: elm, düşüncə və sənət” mövzusunda beynəlxalq simpoziumda iştirakı barədə təəssüratlarını bölüşüb.

Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi Səkinə Qaybalıyeva Folklor İnstitutunun təşkilatçılığı ilə keçiriləcək və “Konstitusiya və Suverenlik İli”nə həsr olunacaq “Milli dövlətçilik və folklor” mövzusunda respublika elmi konfransının təşkili barədə məlumat verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see423

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see293

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see274

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see181

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see156

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see154

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see153

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see143

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see143

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see142

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see134

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see132

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see132

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see132

5 ilə nələr dəyişdi? Fotolar

18 Noyabr 2025 21:22see131

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see126

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see125

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see125

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see124

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri