Icma.az
close
up
RU
“Forum müsbət nəticələrlə yadda qaldı”

“Forum müsbət nəticələrlə yadda qaldı”

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Şuşada keçirilən III Media Forumu müsbət nəticələrlə yadda qaldı və bu gün də bütün dünyada müzakirə olunur. Biz dünyadakı media trendlərinə, gündəminə baxanda da görürük ki, cənab Prezident İlham Əliyevin söylədiyi fikirlər hələ müzakirə olunmaqdadır. Hesab edirəm ki, qarşıdakı dövrdə də geniş fikir mübadiləsi aparılacaq. Çünki cənab Prezident ölkənin strateji prioritetlərinin regionda və dünyada mövqeyinin nədən ibarət olması haqqında müfəssəl biliklər bölüşdü. Bu da Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, ərazi bütövlüyü və suverenliyinin təmin olunması kontekstində xüsusilə diqqət cəlb edir”.

Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq İlyas Hüseynov söyləyib.

Politoloq əlavə edib ki, digər tərəfdən Ermənistanla sülh prosesi, Azərbayanın bu istiqamətdə beynəlxalq hüquqa söykənən haqlı tələbləri də regional problematika baxımından önəmlidir: “Çünki Ermənistan öz Konstitusiyasını dəyişməli, Azərbaycana qarşı ərazi iddialarına hüquqi zəmində son qoymalı və eyni zamanda Minsk qrupunun buraxılmasında təşəbbüskar dövlət rolunda çıxış etməlidir. Əks təqdirdə Ermənistan son onilliklərdə dəfələrlə mövqeyini dəyişib və hesab edirəm ki, revanşizmə tamamilə son qoymaq üçün Azərbaycanın tələblərinin yerinə yetirilməsi önəmli məsələdir”.

İ.Hüseynov vurğulayıb ki, tədbirdə xüsusi diqqət çəkən məqam bu tədbirin Milli Mətbuat Günü ərəfəsində keçirilməsidir: “Artıq ənənəvi xarakter alan bu tədbirdə dünyanın aparıcı media nümayəndələri, jurnalistlər, ictimai fəallar iştirak edirlər və cənab Prezidentə sual vermək imkanı qazanırlar. Eyni zamanda, ötən bir il ərzində dünyada və regionda baş vermiş proseslər də bu suallarda və müzakirələrdə təhlil olunur və ictimaiyyət geniş məlumatlar əldə etmək imkanı qazanır. Eyni zamanda, Azərbaycan mediası da günü-gündən inkişaf edir. Dünyada qlobal proseslər fonunda Azərbaycan mediası da təkmilləşməlidir. Süni intellekt və onun yaratdığı yeni reallıqlar da xüsusilə jurnalistika sahəsinə təsir göstərir və ekspertlər də daim jurnalistlərlə təmasda olduğu üçün bu bayramın bir növ bir hissəsi də ekspertlərə düşür. Fürsətdən istifadə edərək Azərbaycan mediasını təbrik edir və yeni-yeni yaradıcılıq uğurları arzulayıram”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 21 İyul 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri