Icma.az
close
up
RU
Françesko Randazzo: Azərbaycan İtaliyanın Cənubi Qafqazda əsas iqtisadi tərəfdaşıdır MÜSAHİBƏ AZƏRTAC

Françesko Randazzo: Azərbaycan İtaliyanın Cənubi Qafqazda əsas iqtisadi tərəfdaşıdır MÜSAHİBƏ AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 21 yanvar, Tamilla Məmmədova, AZƏRTAC

Beynəlxalq münasibətlər sahəsi üzrə italiyalı analitik, geosiyasət sahəsində ekspert, İtaliya ilə keçmiş postsovet ölkələri arasında münasibətlərin araşdırıcısı Françesko Randazzo ilə AZƏRTAC-a müsahibəsi.

- Cənab Randazzo, İtaliya ilə keçmiş sovet respublikaları arasında ikitərəfli iqtisadi əlaqələrin inkişafına hansı amillər təsir edir?

- İtaliya ilə keçmiş sovet respublikaları arasında ikitərəfli münasibətlər iqtisadi, siyasi və mədəni amillərin məcmusunda formalaşır. Digər tərəfdən əməkdaşlığın əhəmiyyətli hissəsini Azərbaycandan, Qazaxıstandan və Rusiyadan idxal olunan qaz və neft kimi enerji resurslarına olan maraq müəyyən edir. Eyni zamanda, İtaliya ticarət mübadiləsini davam etdirərək bu ölkələrə müxtəlif mallar, maşınlar və kənd təsərrüfatı məhsulları ixrac edir. Mədəniyyət diplomatiyası da bu əlaqələri gücləndirən bədii layihələr və akademik mübadilələr vasitəsilə mühüm rol oynayır. Nəhayət, regionda Çin, Türkiyə və ABŞ kimi dünya gücləri arasında rəqabət İtaliyanı öz strateji hədəflərini diqqətlə müəyyənləşdirməyə vadar edir.

- İtaliya ilə Cənubi Qafqaz dövlətləri - xüsusən Azərbaycan - arasında hansı iqtisadi əlaqələr mövcuddur?

- Əhatə dairələrinin müxtəlif olmasına baxmayaraq İtaliya Cənubi Qafqaz ölkələri ilə əhəmiyyətli iqtisadi əlaqələr saxlayır. Azərbaycan enerji təchizatçısı kimi strateji roluna görə İtaliyanın regiondakı əsas iqtisadi tərəfdaşıdır. İtaliya Azərbaycan neftinin və qazının əsas alıcısıdır və bu, İtaliyanın enerji təchizatının şaxələndirilməsinə kömək edən TAP kimi əsas infrastruktur layihələri tərəfindən təmin edilir. İtaliyanın “Eni” kimi iri italyan neft-qaz şirkətləri Azərbaycanın enerji sektorunda fəaldırlar, lakin əməkdaşlıq tikinti, moda və texnologiya da daxil olmaqla digər sahələrdə də davam etdirilir. Beləliklə, Cənubi Qafqaz coğrafi mövqeyinə və təbii sərvətlərinə görə İtaliya üçün strateji maraq kəsb edən regionu təmsil edir. İkitərəfli əlaqələri gücləndirməklə İtaliya regionun iqtisadi inkişafına töhfə verir, ticarət mübadiləsi, enerji təhlükəsizliyi və mədəni əməkdaşlıq formasında faydalar əldə edir.

- Sizcə, İtaliya Qazaxıstan və Özbəkistan kimi Mərkəzi Asiya ölkələrinin iqtisadi inkişafına hansı töhfəni verir?

- Kommersiya baxımından İtaliya maşın, sənaye texnologiyası və lüks malların ixracını təklif etməklə, həmçinin bu ölkələrin enerji və infrastruktur sektorlarına investisiya yatırmaqla bu ölkələr üçün mühüm tərəfdaş ola bilər. Məsələn, İtaliyanın ən böyük “Eni” neft-qaz şirkəti Mərkəzi Asiya regionunda enerji ehtiyatlarının işlənməsində iştirak edir. Mədəni və akademik əməkdaşlıq da əlaqələri gücləndirir, eyni zamanda “Bir kəmər, bir yol” təşəbbüsünə maraq ticarət əlaqələri üçün yeni imkanlar açır.

- İtaliya keçmiş Sovet İttifaqı ölkələri, eləcə də Rusiya ilə enerji əməkdaşlığı sahəsində əlaqələrin gücləndirilməsi üçün hansı imkanları görür?

- İtaliya keçmiş Sovet İttifaqı ölkələri ilə enerji əməkdaşlığına iqtisadi əlaqələrin möhkəmləndirilməsi və enerji mənbələrinin şaxələndirilməsi üçün strateji alət kimi baxır. Rusiya ilə geosiyasi gərginliyə baxmayaraq, əlaqələr əhəmiyyətli olaraq qalır, xüsusən də Rusiyanın əsas təchizatçılardan biri olduğu təbii qaz sahəsində. İtaliya şirkətləri tarixən “Qazprom” ilə əməkdaşlıq ediblər və İtaliya bu əlaqələri azaltsa da, enerji keçid texnologiyaları kimi əməkdaşlıq üçün yeni imkanları araşdırır. Türkmənistan isə əksinə, böyük təbii qaz ehtiyatları sayəsində artan tərəfdaşa çevrilir. İtaliya Cənub Qaz Dəhlizinə Mərkəzi Asiyanın enerji resurslarına birbaşa çıxış əldə etmək və ənənəvi təchizatçılardan asılılığı azaltmaq imkanı kimi görür. SNAM kimi şirkətlər vasitəsilə İtaliya enerji infrastrukturuna sərmayə qoymağı və bərpaolunan enerji sahəsində əməkdaşlığı təşviq etməyi hədəfləyir.

Bundan başqa, İtaliya enerji sektorunda Azərbaycan və Qazaxıstan kimi ölkələrə maraq göstərir. Strateji mövqeyi və innovativ layihələrdə iştirakı sayəsində İtaliya özünü regionda enerji sektorunun modernləşdirilməsi və davamlı inkişafı üçün əsas tərəfdaş kimi təqdim edir.

- Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində hansı rolu oynayır?

- Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Moskva ilə Qərb arasında gərginlik fonunda Azərbaycan Avropanın Rusiya qazından asılılığını azaltmaqla alternativ enerji təchizatçısı kimi çıxış edir. Ölkə Avropa üçün, xüsusən də Azərbaycan resurslarını Avropa bazarları ilə birləşdirən TAP qaz kəməri vasitəsilə əsas təbii qaz mənbələrindən biridir. Azərbaycan həmçinin enerji marşrutlarının şaxələndirilməsi üzrə strateji layihələrdə iştirak edir, enerjinin Mərkəzi Asiyadan Avropaya nəqli üçün alternativ marşrut yaradır. Qazla yanaşı, ölkə neft tədarükü və regional enerji infrastrukturunun gücləndirilməsi vasitəsilə Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Onun geosiyasi mövqeyi, nisbi sabitliyi və Avropa İttifaqı ilə tərəfdaşlığı Azərbaycanı enerji sektorunda Avropa üçün mühüm müttəfiqə çevirir.

- Azərbaycanın iqtisadi və siyasi maraqları İtaliyanın regiondakı maraqları ilə necə əlaqələndirilir?

- Azərbaycanın uzunmüddətli strateji maraqları geosiyasi müstəqilliyin qorunub saxlanmasına, Avropanın əsas enerji təchizatçısı kimi mövqeyinin möhkəmləndirilməsinə və Qafqaz regionunda sabitliyin təşviqinə yönəlib. İtaliyanın maraqlarına gəlincə, bu maraqlar əsasən Azərbaycanın maraqları ilə, xüsusən də enerji sektorunda üst-üstə düşür. İtaliya Azərbaycanın mühüm tərəfdaşıdır, çünki o Azərbaycan qazının və neftinin əsas alıcılarından biridir.

Bundan əlavə, İtaliya enerji mənbələrinin şaxələndirilməsi, ticarət və enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən Qafqaz regionunda geosiyasi mövqeyini gücləndirmək məqsədilə Azərbaycanla əlaqələrin gücləndirilməsində maraqlıdır. İtaliyanın bölgədəki siyasi və iqtisadi maraqları Azərbaycanın maraqları ilə üst-üstə düşür, çünki hər iki ölkə regional sabitliyi təşviq etmək, təsirlərini genişləndirmək və ittifaqlarını şaxələndirmək istəyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Yanvar 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see199

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see174

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see161

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see135

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see127

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see125

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see124

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see120

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see119

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see118

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see118

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see118

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see117

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri