Fransa ABŞ ın Qrenlandiyanı ilhaq etməsi halına tədbirlər planı hazırlayır
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fransa tərəfdaşları ilə birgə ABŞ-ın Qrenlandiyanı ələ keçirmək təhdidlərinə həyata keçirəcəyi hal üçün tədbirlər planı üzərində işləyir.
APA xəbər verir ki, bu barədə “Reuters” Fransanın xarici işlər naziri Jan-Noel Barroya istinadən məlumat yayıb.
Barro qeyd edib ki, ABŞ-ın Qrenlandiyanı ələ keçirməsi halı üçün hazırlanacaq plan bu gün Parisdə baş tutacaq Almaniya və Polşa xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq.
Nazirin sözlərinə görə, avropalılar Qrenlandiya məsələsində ehtiyatlı olmalı və ABŞ-dan gələn bəzi səs-küylü bəyanatları şişirtməməlidirlər. Eyni zamanda, Barro vurğulayıb ki, hərbi müdaxilə ABŞ tərəfindən dəstəklənən yanaşma deyil.
“Dünən dövlət katibi Marko Rubio ilə telefon danışığı apardım. O, təsdiqlədi ki, ABŞ tərəfindən dəstəklənən yanaşma bu deyil. O, Qrenlandiyada Venesuelada baş verənlərin təkrar olunmasını istisna etdi,” – Barro bildirib.
Xatırladaq ki, ABŞ Ağ Evin mətbuat katibi Qrenlandiyanın ələ keçirilməsi üçün ABŞ Silahlı Qüvvələrinin istifadə olunmasını istina etməmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 07 Yanvar 2026 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















