Fransa Əlcəzairdə törətdiyi zülm və fəlakətlərin izlərini təmizləməlidir RƏY
Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Fransa Əlcəzairdə törətdiyi zülm və fəlakətlərin izlərini təmizləməlidir.
Bu fikirləri "Report"un Fransa bürosuna açıqlamasında Əlcəzair Milli Azadlıq Cəbhəsi Partiyasının (FLN) rəhbəri Amşavı El Malek bildirib.
Partiya rəhbəri qeyd edib ki, Fransa Əlcəzairdən qızıl və brilyant oğurlayıb, amma xalq bu pulları geri istəmir. Əlcəzairlilər Fransanın onlardan taladığını rəsmi şəkildə tanımasını tələb edirlər.
"Bizə pul lazım deyil. Fransa Əlcəzairdən qızıl və brilyant oğurlayıb, amma biz bunları geri istəmirik. Fransa vaxtilə Əlcəzairi soyub, talan edib. Bundan əlavə, Fransa Əlcəzairdə 145 nüvə sınağı keçirib və bu sınaqlar nəticəsində minlərlə soydaşımız həyatını itirib. Bu nüvə sınaqlarının qalıqları və vurduğu ziyanlar hələ də qalır. Biz tələb edirik ki, Fransa Əlcəzairdə törətdiyi zülm və fəlakətlərin izlərini gəlib təmizləsin. Biz əlcəzairlilər Fransanın Əlcəzairdən talan edib apardıqlarını tanımasını tələb edirik", - o vurğulayıb.
A.E.Malek əlavə edib ki, Fransa "insan hüquqlarının beşiyi" ölkəsi adına layiq deyil:
"Fransa Əlcəzairin şəhid oğullarının kəllələrini muzeydə nümayiş etdirir. Özünü insan hüquqlarının beşiyi adlandıran bir ölkə üçün bu, utancverici bir hərəkətdir".
Baxış sayı:75
Bu xəbər 17 Fevral 2025 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















