Icma.az
close
up
RU
Fransada büdcə layihəsinin qəbulu ilə bağlı fikir ayrılıqları davam edir

Fransada büdcə layihəsinin qəbulu ilə bağlı fikir ayrılıqları davam edir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Paris, 23 oktyabr, AZƏRTAC

Fransa Milli Assambleyasında 2026-cı il dövlət büdcəsi müzakirələri getdikcə daha da qızışır. Deputatlar, eləcə də Sosialist Partiyası (PS) və Respublikaçılar (LR), hökumətin təqdim etdiyi büdcə layihəsinin gəlirlər bölməsini komissiyada açıq şəkildə rədd ediblər.

AZƏRTAC xəbər verir ki, ötən gecə keçirilən səsvermənin nəticəsi hökumət üçün aydın bir xəbərdarlıq olub.

Bu səsvermədə 11 deputat layihənin lehinə, 37 deputat əleyhinə səs verib, digərləri isə bitərəf qalıblar. Beləliklə, büdcə layihəsinin gəlir hissəsi komissiyada rədd edilib. Deputatlar Sebastyən Lökornü hökumətinin təklif etdiyi ilkin büdcə layihəsi variantını yenidən müzakirə edəcəklər.

Baş nazir Sebastyən Lökornü dekabrın 31-dək Fransa üçün 2026-cı il büdcəsini qəbul etdirməyi qarşısına məqsəd qoyub. Amma bu məqsədə çatmaq getdikcə daha çətin görünür. Lökornü artıq bəyan edib ki, büdcəni keçirmək üçün 49,3 maddəsinə – yəni məcburi qəbul proseduruna əl atmayacaq. Bu isə onu parlamentdə kompromis axtarışına məcbur edir.

Büdcənin gəlir hissəsinin əleyhinə solçu, sağçı, eləcə də ifrat sağçı partiyalar birləşiblər. Sosialist Partiyasının rəhbəri Filip Brən gecə saat 2-də keçirilən müzakirələrin sonunda deyib: “Bu gecə hesablar düz gəlmir. Büdcə hələ qəbul edilə biləcək vəziyyətdə deyil”.

Onun fikrini Respublikaçılar (LR) fraksiyasının rəhbəri Jan-Didye Berje də paylaşıb: “Daha ciddi şəkildə işlənmiş bir büdcə layihəsi təqdim olunana qədər bu variantı dəstəkləməyəcəyik".

Səsvermədə MoDem, Horizons və Liot qruplarının deputatları bitərəf qalmağa üstünlük veriblər.

Yalnız prezident Emmanuel Makrona yaxın “Renaissance” deputatları layihəni dəstəkləyiblər.

Cümə günündən etibarən deputatlar büdcə layihəsini plenar iclasda yenidən müzakirə etməyə başlayacaqlar. Hökumət üçün bu, müzakirələrin sıfırdan başlaması deməkdir.

Lökornü hökuməti üçün 2026-cı il büdcəsinin qəbul edilməsi həm parlament çoxluğunu qorumaq, həm də Fransanı yeni bir büdcəsiz il riskindən xilas etmək baxımından siyasi etibarlılıq testinə çevrilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Oktyabr 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see242

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see206

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see196

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see190

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see175

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see171

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see167

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see153

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see150

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see145

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see139

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see132

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see132

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see128

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see127

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see127

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see126

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see125

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see123

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri