Icma.az
close
up
RU
Fransanın 29 yaşlı prezidentliyə namizədi...

Fransanın 29 yaşlı prezidentliyə namizədi...

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


Fransanın ifrat sağçı Milli Birlik Partiyasının 29 yaşlı yeni lideri Jordan Bardella Avropanın ən gənc prezidenti olmağa hazırlaşır.
Yeniavaz.com
xəbər verir ki, Milli Birlik Partiyasının keçmiş lideri Marin Le Penin korrupsiya ittihamı ilə beş il müddətinə seçkilərdə iştirakına qadağa qoyulduqdan sonra gənc siyasətçi Bardellanın yolu açılıb.
O, “Le Parisien” qəzetinə müsahibəsində: “Marin Le Pen mənim namizədimdir, lakin sabah onun namizədliyini irəli sürməsinə maneə olarsa, mən onun namizədi olacağam. Bunu daha açıq ifadə edə bilmərəm”, - deyib.
Avropa Parlamentində korrupsiyada təqsirli bilinən Marin Le Penə 5 il müddətinə dövlət vəzifələrində işləmək qadağan edilib. Lakin buna baxmayaraq o, apellyasiya şikayətinin nəticəsini gözləyir.
Le Pen hazırkı prezident Emmanuel Makronun ikinci müddətinin başa çatdığı 2027-ci il seçkilərində prezident olmaq üçün mübarizəyə başlamışdı və Le Penin əsas planı özünün prezident, Bardellanın isə baş nazir olması idi.
Bununla belə, baş nazirliyə namizəddən prezidentliyə namizədə çevrilən Bardella baş nazirlik və prezidentlik üçün tələb olunan keyfiyyətlərin çox oxşar olduğunu bildirib. Prezidentliyə namizədliyini açıq şəkildə irəli sürən gənc siyasətçinin namizədliyini partiyası da dəstəkləyib.
2027-ci il seçkilərinin siyasi tarazlığı necə dəyişəcəyi hələ aydın deyil. Belə ki, keçmiş baş nazir Eduard Filipp namizədliyini irəli sürməyi planlaşdırdığını açıqlayıb. Digər keçmiş baş nazir Qabriel Attalın da namizədliyini irəli sürməyə hazırlaşdığı bildirilir.
Fransanın ədliyyə naziri Gerald Darmanen cümə günü “Namizəd olmaq istəyirəmmi? Bəli. Bu mövzuda layihələrim varmı? Üzərində işləyirəm”, - deyərək, namizədliyə açıq olduğunu bildirib.
Jordan Bardella kimdir?
1995-ci ildə Parisətrafı Dransi şəhərində anadan olan Bardella siyasətə hələ 16 yaşındaykən Marin Le Penin rəhbərlik etdiyi Milli Cəbhəyə qoşularaq, başlayıb.
Bardella Paris-Sorbonna Universitetində coğrafiya təhsili almağa başlayıb, lakin siyasi karyerasına diqqət yetirdiyi üçün təhsilini tamamlamayıb.
Gənc siyasətçi sosial məsələlərə həssaslığı, gənclərlə ünsiyyəti ilə tez gündəmə gəlib. 2022-ci ildə partiyanın sədri seçilən Bardella anti-immiqrant və millətçi ritorikası ilə tanınır. O, partiyasını daha geniş auditoriyaya çatdırmağı hədəfləyir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 28 Aprel 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri