Icma.az
close
up
RU
Fransanın qeyriobyektiv yanaşması: Yelisey Sarayı öz uğursuzluğunu xarici faktorlarla əlaqələndirməyə çalışır

Fransanın qeyriobyektiv yanaşması: Yelisey Sarayı öz uğursuzluğunu xarici faktorlarla əlaqələndirməyə çalışır

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Fransa Prezidentinin Azərbaycana qarşı səsləndirdiyi növbəti əsassız iddiaları və real faktları təhrif edən təxribat dolu açıqlamaları qəbuledilməzdir. Bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat katibi Ayxan Hacızadənin Fransa Prezidentinin səfirlər konfransında Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları barədə medianın sualına cavabında əksini tapıb. Maraqlıdır ki, özünü beynəlxalq hüququn müdafiəçisi kimi təqdim edən Fransa heç zaman Azərbaycana münasibətdə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasını, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətini, kütləvi qırğınları və insanlıq əleyhinə cinayətləri heç zaman tənqid etməyib. Fransa tərəfinə bir daha xatırlatmaq istərdik ki, Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həyata keçirdiyi haqq-ədalət müharibəsi yalnız Ermənistan işğalına son qoymaq məqsədilə aparılıb. Bölgədə sülh üçün real şərait yarandığı bir dönəmdə, Azərbaycanın öz əraziləri üzərində suverenliyini sual altına qoyan, Ermənistanı revanşizmə hazırlayan, bu ölkənin geniş şəkildə silahlanmasını həyata keçirən Fransanın bu kimi təhrikçi açıqlamaları qətiyyətlə pisləyirik. Fransanın məkrli neo-kolonial siyasətinin təzahürü olan dənizaşırı ərazilərində apardığı uğursuz fəaliyyətin səbəblərinin Azərbaycan üzərinə yönləndirilməsi isə Fransanın yanlış siyasətindən xəbər verir. Digər ölkələri təqsirləndirmək əvəzinə, Fransanın səriştəsiz xarici siyasətindən dərs çıxarması daha faydalı olardı. O vurğulayıb ki, Fransadan sülhə xidmət etməyən və regionda sabitliyi pozan addımlarına son qoymağı tələb edirik. Qeyd edək ki, 6 yanvar 2025-ci il tarixində Fransa Prezidenti Emmanuel Makron səfirlər konfransında çıxışı zamanı bildirib ki, Ermənistana münasibətdə Rusiya müttəfiqlik əlaqələrinə dəyişiklik edərək, Azərbaycanın fəaliyyətini dəstəkləyib. O, həmçinin qeyd edib ki, Fransanın özü son aylarda bir çox dənizaşırı ərazilərində, xüsusilə də Yeni Kaledoniyada Azərbaycan tərəfindən qəbuledilməz müdaxilələrlə hücumlara məruz qalıb. Bizim beynəlxalq hüququ və Ermənistanı müdafiə etdiyimizi anlamayan Azərbaycan bununla məsələni həll etdiyini düşünür. 


Siyasi şərhçi Kənan Novruzov "Sherg.az"a söyləyib ki, E.Makron yanvarın 6-da söyləmişdi ki, Ermənistana münasibətdə Rusiya müttəfiqlik əlaqələrinə dəyişiklik edərək, Azərbaycanın fəaliyyətini dəstəkləyəcək:


“O həmçinin qeyd edib ki, Fransanın özü son aylarda bir çox dənizaşırı ərazilərində, xüsusilə də yeni Kaledoniyada Azərbaycan tərəfindən qəbuledilməz müdaxilələrlə hücumlara məruz qalıb. Bizim beynəlxalq hüququ və Ermənistanı müdafiə etdiyimizi anlamayan Azərbaycan bununla məsələni həll etdiyini düşünür. Fransa ilə Azərbaycan arasındakı münasibətlər uzun müddətdir yaxşı deyil. Bunun əsas səbəbi Makron hakimiyyətinin Cənubi Qafqaza və Azərbaycana qeyri-obyektiv yanaşmasıdır. Ən bariz nümunə kimi İkinci Qarabağ müharibəsi dövründə Yelisey Sarayının ortaya qoyduğu münasibəti göstərə bilərik. İkinci bir tərəfdən, bu gün rəsmi Bakı özünün uğurlu xarici siyasəti nəticəsində regionda və dünyada yeni reallıq yaradıb. Paris bu reallığı qəbul etmək istəmir. Üçüncüsü isə Yelisey Sarayı bütün imkanları ilə regiona daxil olmaq istəyir. Bunun üçün bölgənin ən zəif bəndi olan Ermənistandan istifadə edilir. Fransa Ermənistanın "başının altına yastıq qoymaqla" özünün destruktiv maraqları naminə ondan istifadə edir. Bu isə son nəticədə Bakı-Paris münasibətlərinə təsir edir”.

Ekspert söyləyib ki, Makronun iddiaların gəldikdə isə Azərbaycan öz xarici siyasətində heç bir dəyişiklik etməyib:

“Rəsmi Bakı müstəqil oyunçu kimi həm Qərblə, həm də Rusiya ilə münasibətləri qoruyur. Rusiya-Ermənistan münasibətlərinin pisləşməsi isə ikincinin "Qərbin qucağında oturması" ilə bağlıdır. Yeni Kolodoniya ilə bağlı məsələyə gəldikdə isə Azərbaycan uzun müddət öz ərazi bütövlüyünün pozulmasından əziyyət çəkib. 30 il ərzində beynəlxalq ictimaiyyət bu məsələyə heç bir ciddi reaksiya göstərməyib. Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq özü öz işini görüb.

Rəsmi Bakı həmişə olduğu kimi indi haqsıza qarşıdır. Belə olan Azərbayacanın Fransa müstəmlələçiliyinə məruz qalanların, o cümlədən Yeni Koledoniyanın haqlı səsini dünyaya çatdırmağa çalışması təəccüblü olmamalıdır. XİN-in bəyanatında da göstərildiyi kimi, Fransa özünü beynəlxalq hüququn müdafiəçisi kimi göstərməsinə baxmayaraq, Azərbaycanla münasibətdə heç vaxt bu məqamı nəzərə almayıb. Bu, Parisin ikiüzlülük və riyakarlığının ən bariz nümunəsidir. Fransanın indiki gərgin məqamda Azərbaycanı öz daxili işlərinə qarışmaqda ittiham etməsi sadəcə diqqəti yayındırmaq cəhdidir. Yelisey Sarayı öz uğursuzluğunu xarici faktorlarla əlaqələndirməyə çalışır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Yanvar 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri