Icma.az
close
up
RU
Fransanın rəzil hesablaşma cəhdi Əlcəzairə qarşı soyqırımı mənəvi terrorla əvəzlənib

Fransanın rəzil hesablaşma cəhdi Əlcəzairə qarşı soyqırımı mənəvi terrorla əvəzlənib

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Fransanın xarici siyasətindəki müstəmləkəçilik ruhu adıçəkilən dövlətin beynəlxalq nüfuzunu sürətlə aşağı salır.

BAKU.WS "Report.az"a istinadən xəbər verir ki, buna baxmayaraq, rəsmi Paris öz "ənənə"sindən imtina etmək niyyətində olmadığını hər addımda göstərir.

Bəzən Yeni Kaledoniyanı, bəzən də digər dənizaşırı əraziləri özündən daha da asılı vəziyyətə salmağa çalışan, eyni zamanda, Cənubi Qafqazda yerləşmək planlarını həyata keçirməkdə israr edən Fransa bu dəfə Əlcəzairi hədəfə alıb.

Fransa hökuməti, o cümlədən, ölkənin nifrət daşıyıcısı olan sağ radikal qüvvələri Əlcəzair əleyhinə dezinformasiya, hətta saxtalaşdırma kampaniyasını genişləndirirlər.

Əlcəzair Xalq Demokratik Respublikasının Xarici İşlər və Xaricdəki Milli İcma Nazirliyinin bu barədə yaydığı bəyanatda Yelisey Sarayının siyasəti sərt şəkildə tənqid olunub. Bəyanatda bildirilib ki, Fransanın sağ radikal qüvvələri və onların tərəfdarlarının iddialarının əksinə olaraq, Əlcəzair heç bir şəkildə eskalasiya, təxribat və ya təhqir siyasəti yürütmür: "Əksinə, sağ radikal qüvvələr və onların nümayəndələri Əlcəzair-Fransa münasibətlərinə hədə-qorxu, təhdid və kompromissiz qarşıdurma vasitəsilə öz baxışlarını təlqin etməyə çalışırlar".

Qeyd edilib ki, bir Əlcəzair vətəndaşının Fransadan əsassız və ədalətsiz şəkildə deportasiya edilməsi müstəqil Əlcəzairlə tarixi hesablaşmalar aparmaq üçün bir fürsət olub:

"Bu addım diqqətlə planlaşdırılıb. Belə ki, sözügedən şəxs Fransada 36 ildir yaşayır, 15 ildir yaşayış icazəsinə malikdir, bir fransız vətəndaşı ilə evlilikdən doğulan iki övladın atasıdır və 15 ildir davamlı bir işdə çalışır. Bütün bu faktlar ona mütləq hüquqlar qazandırır, lakin onun tələsik və mübahisəli deportasiyası bu hüquqları həm Fransa, həm də Avropa məhkəmələri qarşısında müdafiə etməsinə imkan verməyib. Bu şəxsə düzgün hüquqi prosesdən istifadə etmək imkanı verilməyib. Halbuki belə bir proses hökumətin səlahiyyətlərindən sui-istifadəsinin qarşısını almaq üçün mühüm müdafiə vasitəsidir. Deportasiyanın tez və tələsik həyata keçirilməsi, onun cari ilin 24 fevral tarixinə planlaşdırılan məhkəmədə iştirak edib öz hüquqlarını müdafiə etmək şansını əlindən aldı".

Məsələ burasındadır ki, son günlər Fransada bir neçə əlcəzairli influenser saxlanılıb. Onlardan birinin - Dualemin deportasiya edilməsi və dərhal geri qaytarılması isə iki ölkə arasında diplomatik münasibətləri daha da gərginləşdirib. Fransadan günortadan sonra təyyarə ilə Əlcəzairə göndərilən influenser elə həmin axşam bu ölkəyə geri göndərilib. Ona Əlcəzair ərazisinə daxil olmaq qadağan edilib. Əlcəzair influenserin kor-koranə qovulmasına etirazını bildirib. Dualemin 15 ildir Fransada yaşamaq icazəsinin olduğu və Fransada doğulmuş iki uşaq atası olduğu bildirilib.

Əlcəzairin bu reaksiyası qarşısında Fransanın daxili işlər naziri Bruno Rötayo hesab edib ki, influenseri qəbul etməməklə Əlcəzair rəsmi Parisi alçaltmağa çalışır. O, Fransanın bu reaksiyaya qarşı bütün vasitələrdən istifadə edərək cavab verməsini istəyib. Bu yanaşma isə vəziyyəti daha da gərginləşdirib. Yerli radio və televiziya kanallarında aparılan müzakirələrdə B.Rötayonun səriştəsiz olduğu, öz məsuliyyətini dərk etmədiyi vurğulanıb.

Bütün bunlara cavab olaraq Fransanın Əlcəzairdəki səfiri Stefan Romate bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirdən Fransa hökumətini rüsvay edən bu kimi qəbuledilməz hərəkətlərə və təcrübələrə dərhal son qoymaq üçün bütün lazımi tədbirləri görməyin zəruriliyini hökumətinə çatdırmaq tələb edilib. Əlcəzair rəsmiləri ölkə vətəndaşlarının ləyaqətinə qarşı hər hansı hücumu və ya onların ölkəsini təzyiq, təxribat və ya qorxutmaq cəhdi kimi istifadə etməsini qəti şəkildə rədd etdiklərini bildiriblər.

Qeyd olunduğu kimi, tərəflər arasında gərginlik son vaxtlar xeyli artıb. Düşünmək olar ki, mövcud vəziyyət Fransanın uğursuz Emmanuel Makron iqtidarının "xarici düşmən" axtarmaq cəhdinin tərkib hissəsidir. Fransada keçirilən sorğulara əsasən, Makronun reytinqi, demək olar, hər gün azalır.

Ölkə daxilində müntəzəm anti-hökumət aksiyaları keçirilir. Üstəgəl, dənizaşırı bölgələrin əhalisi də Makron hakimiyyətinə qarşı ayaqlanıb. Belə bir vəziyyətdə Yelisey Sarayı daxili ictimai rəyi yayındırmağa çalışır. İndiki situasiyada Əlcəzairin hədəfə alınması da məhz buna hesablanıb.

Müşahidə olunduğu qədər, ötən əsrdə müstəqillik uğrunda mübarizə aparan Əlcəzair xalqına qarşı qanlı soyqırımı törədən Fransa hakimiyyəti indi Afrikanın ən böyük ölkəsinin əhalisinə yönəlik mənəvi terror siyasətini aktivləşdirib.

Ancaq Fransa cəmiyyətindəki sosial-siyasi dayaqları artıq sarsılan Makronun bu siyasətinin onu xilas edəcəyi heç nəzəri baxımdan da real görünmür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://baku.ws
archiveBu xəbər 31 Yanvar 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri