FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 14 oktyabr, AZƏRTAC
ABŞ Federal Təhqiqat Bürosu (FTB) “OpenAI” şirkətinin ofislərindən birində gizli səsyazma cihazı yerləşdirməkdə şübhəli bilinən əməkdaşını həbs edib.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkət X sosial şəbəkəsində məlumat yayıb.
“OpenAI” bildirib ki, ofislərindən birində aşkar edilən yüksək texnologiyalı dinləmə cihazını öz modellərinin köməyi ilə təhlil edərək onun mənşəyini müəyyənləşdirib. Araşdırma nəticəsində cihazın şirkətin əməkdaşı tərəfindən bir neçə gün əvvəl quraşdırıldığı üzə çıxıb.
Şirkət məsələ ilə bağlı FTB-yə müraciət etdiyini, istintaqın aparıldığını bildirib.
“OpenAI” texnologiyalarının və məlumatlarının qorunmasına ciddi yanaşdığını, bu məsələnin milli əhəmiyyət daşıdığını vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 14 Oktyabr 2026 03:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















