Futbolçularımdan razı qaldım Qurban Qurbanov
Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Misli Premyer Liqasının 32-ci turunun “Qarabağ” - “İmişli” oyunundan (3:0) sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini bölüşüb:
“Futbolçularımı təbrik edirəm. Avropa Liqasına vəsiqəni rəsmiləşdirmək baxımından vacib qalibiyyət əldə etdik. Qarşımızda yaxşı müdafiə olunan və çox sürətli əks-hücumlara keçən kollektiv var idi. Hesab 3:0 olsa da, oyun heç də asan keçmədi. Futbolçularımdan razı qaldım, intizamlı çıxış etməyə çalışdılar. Həm təcrübə, həm də düşünülmüş hücumlar yaxşı qalibiyyət əldə etməyimizə gətirib çıxardı. Bu, mövsüm ərzində son ev oyunumuz idi. Hər dəfə matçlarımıza gələn, bizi dəstəkləyən bütün azarkeşlərimizə təşəkkür edirəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 16 May 2026 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















