Icma.az
close
up
RU
Futbolu yalnız televizordan izləyənlər idarəçi işləyirlər Kazbek Tuayev

Futbolu yalnız televizordan izləyənlər idarəçi işləyirlər Kazbek Tuayev

Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.

“Qurban Qurbanovun AFFA İcraiyyə Komitəsindən ayrılması öz şəxsi seçimi olacaq. O, daha əvvəl də buradan ayrılmışdı və qərarını "Qarabağ" komandasındakı işlərinin çox olması ilə əlaqələndirmişdi. Özü istefasını xahiş etmişdi və onu hamı başa düşmüşdü. Bəs indi niyə gedir? Bu barədə heç nə bilmirəm”.

Bu sözləri Teleqraf.com-a müsahibəsində Azərbaycan milli komandasının və “Neftçi”nin eks-baş məşqçisi Kazbek Tuayev deyib.

AFFA İcraiyyə Komitəsinin sabiq üzvü gündəmdə olan digər məsələlərlə bağlı sualları da cavablandırıb, eksklüziv açıqlamalar verib.

Teleqraf.com Kazbek Tuayevlə müsahibəni təqdim edir:

"Nəyə görə İsgəndər Cavadov “Neftçi”nin prezidenti deyil?"

- Növbəti mövsümdən legioner futbolçulara qoyulan limitin ləğv olunacağı qərarı cəmiyyətdə iki fərqli cəbhə formalaşdırıb. Sizin buna münasibətiniz necədir?

- Hələ Rövnəq Abdullayevin vaxtından - AFFA-da işlədiyim zamandan deyirəm ki, legioner limiti olmalıdır. Ümümən Azərbaycan çempionatında legionerlərin oynamamasının tərəfdarıyam. Bütün klublarda yalnız yerli oyunçular olmalıdır. İndiki durumda isə legioner limitinin ləğvi ümumən səhv addımdır, çünki bunun futbolumuza heç bir xeyri olmayacaq. Yerli futbolçulara oynamaq imkanı vermək lazımdır.

- Limitə görə yerli futbolçuların süni şəkildə maaş tələblərinin qaldırıması halları da var. Çünki səviyyəli yerli oyunçuların sayı azdır...

- Bəli, futbolçu qıtlığı var, çünki onlara oynamaq imkanı verilmir. Halbuki belə bir şans verilsə, futbolumuz inkişaf edər. Futbolçu oynamaq üçündür. Hazırkı limitə görə, 4 yerliyə oynamaq imkan verilir, qalanları isə itirlər. 21 yaşdan sonra bir çox futbolçu karyerasını bitirir, çünki onlara fürsət verilmir. Keçmiş SSRİ-dən sonra yeni yaradılmış Azərbaycan çempionatında 26 klub iştirak edirdi və bütün klublarda çoxlu azərbaycanlı var idi.

- AFFA İcraiyyə Komitəsinin üzvü, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov avrokuboklarda əsas heyətdə adətən 2-3 yerli futbolçu oynadırdı. Yerlilərin sayı belə çoxdursa, Qurbanov kimi mütəxəssisi bu addıma nə vadar edirdi?

- Qurban Qurbanov bunu etməyə məcbur idi, çünki əlində yerli oyunçu yoxdur. Başqa nə etmək olardı? O, bunu istəmədən edirdi.

- Bəs “Qarabağ”ın akademiyası, orada yetişdirilən oyunçular?
- “Qarabağ”ın akademiyasından oyunçu çıxmır. Nə akademiya? Bəs niyə heç bir millidə o akademiyanın yetirmələri yoxdur? Akademiya belə olmur.

- Sizə ən doğma olan “Neftçi”nin akademiyası barədə də eyni fikirdəsiniz?

- Oradan kimsə çıxıb ki? Əsas heyətə heç kimi yüksəltmirlər.

- "Neftçi"dən söz düşmüşkən, ümumilikdə komandanın durumunu necə qiymətləndirirsiniz?

- Komandanın bu vəziyyətə düşməsi baş məşqçi dəyişikliyi ilə əlaqədar deyil. Hazırkı baş məşqçi Samir Abasov ağıllı oğlandır, öz işini bilir. Bir zamanlar klubu çempion da etməyi bacarıb. Məsələ baş məqçidə deyil, bütün komandada, klub rəhbəri və idarə heyətindədir. “Neftçi”də yerli futbolçu azdır. Məni maraqlandıran budur. Amma digər klublarda da eyni hal, eyni biabırçılıqdır. Niyə əvvəllər oynamış təcrübəli futbolçuları bu klubların rəhbərliyində görmürük? Nəyə görə İsgəndər Cavadov “Neftçi”nin prezidenti olmasın? Bəsdir! Çünki futbolu yalnız televizordan izləyənlər futbol idarəçiləri işləyirlər. Başqa heç nə! Bu, nə vaxtadək davam edəcək? Belə olmaz!

"Azərbaycan futbolu üçün bir xeyri olmayanlar haqqımızda yanlış danışırlar"

- Daha əvvəl AFFA İcraiyyə Komitəsində 3 veteran futbolçu var idi: Siz, İsgəndər Cavadov və Vaqif Sadıqov. Amma indi veteran futbolçu bircə Səməd Qurbanovdur...

- İndi qadınların sayını çoxaldıblar. Yəqin ki, qadın futbolu üçündür (gülür - red.). Düzü, bunu şərh etmək istəmirəm. Sizdən də xahiş edirəm ki, bu barədə daha sonra danışarıq. Yeni başlayıblar, qoyun, işləsinlər. Onlara qarşı neqativ heç nə düşünmürəm. Zaman hər şeyi göstərəcək.

- Əvvəlki İcraiyyə Komitəsinin üzvü olmuş futbol veteranlarına qarşı belə bir iddia var ki, onlar heç bir qərarda iştirak etməyiblər, yalnız əl qaldırmaqla məşğul olublar...

- Veteranlar hər zaman bütün qərarlarda ən düzünü seçiblər. Hər şey doğru idi. Bunun əksini deyənlər yanılırlar.

- Hətta deyirlər ki, keçmişdə verilmiş qərarların bütün məsuliyyəti siz veteranların üzərindədir...

- İcraiyyə Komitəsində olmuş bütün veteranlar hər zaman ən düzgününü ediblər. Narazı olan varsa, bu, onun öz problemidir. Öz dövrümüzdə düzgün qərarlar qəbul edirdik. Biz veteranlar İcraiyyə Komitəsində məşhur futbol veteranlarına təqaüdün ayrılması qərarını vermişik. Nə qədər veteran var ki, indi bu təqaüd sayəsində yaşayırlar. Yardıma ehtiyacı olan nə qədər veterana kömək etmişik, xəstəxana pullarını qarşılamışıq. Bunların hamısını bizim sayəmizdə AFFA edib. Azərbaycan futbolu üçün bir xeyri olmayan insanlar bizim haqqımızda yanlış danışırlar.

- Elə isə Azərbaycan futbolunun hazırki durumunun məsuliyyətini kim daşıyır?

- Hazırda məsuliyyət AFFA-nındır. Özləri qərar verirlər, planlar tərtib edirlər. Qoy, işləsinlər.

- Bəs bunaqədərki məsuliyyət?

- Bizim zamanımızda futbol normal vəziyyətdə idi, heç bir problem yox idi. Günahkarı tapmaq çətindir. Bizim dövrümüzdə nə qədər stadion, komandalar qurulub. Boş-boş danışanlar işləsələr, yaxşıdır.

"Santuşun 5 ildən sonra yalnız yaşı artacaq"

- Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşdan nə gözləyirsiniz?

- Qarşıdakı 5 ildə o, nə isə edəcəkmi? 5 ildən sonra onun yalnız yaşı artacaq və eşitmə qabiliyyətini itirməyə başlayacaq. Başqa heç nə (gülür - red.). 70 yaşlı adamı baş məşqçi ediblər. Pis heç nə demək istəmirəm, zaman hər şeyi göstərəcək.

- Santuşun gəlişindən sonra Arif Əsədov köməkçi-məşqçilikdən göndərildi...

- Arif Əsədov əla işləyirdi. Möhtəşəm insan və məşqçidir. Onun rəhbərliyi altında komanda daha yaxşı oynayırdı. Əsədov neçə illər bu komandada çalışdı, axırda da kənarlaşdırdılar. Əvəzinə gətirilən xaricilər ondan daha çox fayda verdilərmi? Bir faiz fayda yoxdur onlardan! Bu qədər xarici baş məşqçi işlədi bizdə, nə qazandıq? Bəsdir artıq, öz mütəxəssislərimizə fürsət vermək lazımdır.

- Axı xarici baş məşqçi təyinatları özünüz AFFA İcraiyyə Komitəsində olduğunuz vaxt da baş verirdi...

- Orada ümumilikdə 13 nəfər idi, veteranlar isə 3 nəfər. Bizim səsimiz heç nəyi dəyişmirdi. Riyazi olaraq, biz əleyhinə çıxsaq da belə, bu, heç nəyi dəyişməzdi. Daimi istəyimiz Azərbaycan futbolunda yerlilərin olmasıdır. Bu, hər zaman yürütdüyümüz siyasət idi. Orada səsvermədə əleyhinəsən və ya razısan - bunun heç bir mənası yox idi.

- Hər halda belə fikirlər yaranmışdı ki, siz veteranlar da bütün qərarlara əlinizi qaldırıb razılıq verirdiniz...

- Yox, siz elə düşünə bilərsiniz. Veteranlar olaraq, çox şeydən keçmişik. Lakin bizim fikrimiz önəm daşımırdı. Yalnız aşağı yaş qruplarında kimin baş məşqçi olması barədə verdyimiz təkliflər qəbul olunurdu. Bayaq dediyim kimi, veteranlara təqaüdün verilməsi təklifimizi də qəbul etmişdilər. Dünyanın heç bir milli assosiasiyasında belə bir şey yoxdur ki, veterana təqaüd verilsin. Bunu biz etmişik, bizim təklifimiz idi. Digər ölkələrdə veteranlara təqaüdü klublar ödəyir, federasiyalar yox. Bizim qərarımız isə yaxşı mənada nağıldır.

"Futbolsuz qalmaq nəinki çətindir, hətta çox çətindir"

- Sağlıq durumunuz necədir?

- Hər şey yaxşıdır. Bakıda yaşayıram, heç bir problemin yoxdur. Heç yerə getmirəm, harasa gedirəmsə, geri də qayıdıram. Arabir Moskvada stomatoloq işləyən oğluma baş çəkməyə gedirəm.

- Hansısa klubda sizə yaxın olan adam var?

- Bütün futbolçular mənim yaxınımdır. Futbolu sevərək oynayanların hamısı əzizimdir. Qohumlarım arasında futbolçu yoxdur.

- Futbolsuz, işsiz qalmaq çətin deyil?

- Nəinki çətindir, hətta çox çətindir. Amma yaxın dostlarımla görüşüb futbolu müzakirə edirik. Onlar futbolu sevən insanlardır, aralarında veteranlar da var. Hər zaman onlarla münasibət saxlayıram.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 04 Fevral 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri