Icma.az
close
up
RU
Futbolumuz 2025ə “31”lə gedir İdman və Biz

Futbolumuz 2025ə “31”lə gedir İdman və Biz

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Azərbaycan milli komandaları üçün 2024-cü il başa çatıb.

İdman.biz xəbər verir ki, 19 yaşadək qadınlardan ibarət yığmamızın Kiprdə meydan sahibləri ilə dünən keçirdiyi qarşılaşma ilin son rəsmi sınağı olub.

2024-cü ilə 0:3 hesablı məğlubiyyətlə yekun vuran futbolumuzun qiyməti isə heç “3”ə də layiq olmayıb. Müstəqilliyin ilk illərindən, beynəlxalq arenaya çıxdığımız 1994-cü ildən başlayan uğursuzluqlar bu dəfə də yığmalarımızın “yaxın dostu” olub.

Azərbaycanın 7 fərqli yığması il ərzində rəsmi turnirlərdə mübarizə aparıb. Kişilərdən ibarət komanda Millətlər Liqasında digərləri Avropa çempionatlarının seçmə mərhələlərində mübarizə aparıb. Təbii ki, buna mübarizə aparıb demək olarsa. Yığmalarımız məğlubiyyətləri sıralamaqla, ili yola verməklə yadda qalıb. Onların azarkeşlərə üzüntü bəxş etdiklərini söyləmək çətindir. Çünki artıq futbolsevərlər də yığmalardan əlini və ümidini üzüb.

31 məğlubiyyət

2024-cü ildə millilərimiz ümumilikdə 37 oyuna çıxıblar. Bunların 31-i məğlubiyyətlə başa çatıb. Bu, matçların 83,8 faizi deməkdir. İl ərzində cəmi 2 qələbə qazanan komandalarımız 4 heç-heçə ilə təsəlli tapa bilər. Azərbaycan futbolçuları vur-tut 15 qol vurublarsa, özləri rəqib toplarını tuta bilməyiblər. 126 qolun buraxılması futbol adına fiaskodan da artıq bir şeydir. Millilər orta hesabla hər qarşılaşmada 3,41 qola üzülüblər. Görünən odur ki, AFFA-da rəhbərlər, milli komandalarda məşqçilər, klub futbolunda liderlər, meydanda isə futbolçu nəsilləri bir-birini əvəz etsə də, nəticələr yuxarı-aşağı eyni qalır. Bir neçə qələbənin artıq-əskikliyi isə ciddi fərq qəbul olunmur və hansısa dövrün daha yaxşı sayılmasına əsas vermir. Bir sözlə, futbolumuz daha bir ili sıfırla, bəlkə də sıfırdan da asaşı qiymətlə yekunlaşdırıb.

Əsas

6

0

1

5

3-17

1

U-21

6

0

0

6

1-24

0

U-19

3

0

1

2

2-8

1

U-17

3

0

1

2

1-8

1

Qadınlar

8

1

1

6

3-22

4

U-19

6

0

0

6

0-23

0

U-17

5

1

0

4

5-24

3

37

2

4

31

15-126

10

Santuşdan nə fayda?

Adətən hər tsikldə bir qələbə ilə kimisə büdrədən, ümid deyil, boş təsəlli verən əsas yığmamız bu dəfə qələbə də görmədi. Fernandu Santuş kimi tanınmış və təcrübəli mütəxəssis gətirilsə də, futbolçusu olmayan milli portuqaliyalının da nüfuzuna güclü zərbə vurub. 6 rəsmi matçda cəmi 1 xal toplayan komandanın top fərqinin “-14” olması da acınacaqlıdır. Avropanın güclülərinin olmadığı C liqasında qeydə alınan bu nəticədən sonra yığma futbol ölkələri sayılmayanların yanına – D liqasına yuvarlanıb.

Yaxşı olmayacaq!

Əsas millinin sabahı U-21, gələcəyi isə digər yığmalardır. Amma U-21-in nəticələri belə deməyə əsas verir ki, sabah da yaxşı olmayacaq. Samir Əliyevin rəhbərliyi altında Avropa çempionatının seçmə mərhələsinə qatılan millimiz 2023-cü ilin dörd oyununda 1 qələbəyə sevinmişdi. Tsiklin 2024-cü ilə təsadüf edən 6 görüşündə isə xal nə olduğunu bilmədik. Bütün oyunlarda uduzan yığma cəmi qol görüb və son 5 matçda quru hesabla uduzub. Üstəlik, 24 qol buraxılıb – orta hesabla hər qarşılaşmada 4 qol. Məğlubiyyətlərin dördü də böyükhesablı olub. U-21-in üzvlərinin bir neçə ildən sonra əsas millini gücləndirməli olduğunu nəzərə alsaq, Santuş və onun mümkün xələflərinin durumuna acımaq qalır.

Nəyə ümid edək?

Futbolumuzun sabahı kimi gələcəyi də qaranlıq görünür. Elxan Abdullayevin çalışdırdığı U-19 və İlham Yadullayevin başçılıq etdiyi U-17 də seçmə mərhələdən əliboş dönüb. Onlar "bir oyunda uduzmamışıq”la öyünə bilərlər. Amma qələbəsi olmayan yığmalar hərəyə 3 oyunda 1 xal qazanıblar. Eyni sayda – 8 top buraxan millilərlə nəyəsə ümid etmək də çətin, bəlkə də mümkünsüzdür. U-19 il ərzində cəmi 2 qol vursa da, hərəyə bir dəfə fərqlənən U-17 və U-21-dən üstün olub. Yalnız əsas milli daha çox – 3 dəfə rəqib qapılarına yol tapıb.

Ən yaxşımız belədirsə...

İl ərzində rəsmi turnirlərə qatılan 7 yığmamız arasında ən yaxşı nəticəyə qadınlardan ibarət millimiz imza atıb. Siyasət Əsgərovun yetirmələri bu il iki oyunda uduzmayan yeganə komanda kimi olub. AVRO-2025-in seçmə mərhələsi və hətta pley-offunda oynayan millimiz digərlərindən daha çox – 8 matça çıxıb. Bu qarşılaşmalarda 6 məğlubiyyət alınıb ki, bu da U-21 və qadınlardan ibarət U-19-la birlikdə ən uğursuz göstəricidir.

Zəiflər arasında zəif

Digər millilərimizdən fərqli 17 və 19 yaşadək qadınlardan ibarət yığmalarımız 2024-cü ildə iki çempionatın seçmə mərhələlərinə qatılıblar. Hər iki komandamız öncə AVRO-2024-ün 2-ci, ardınca AVRO-2025-in 1-ci seçmə mərhələsinin iştirakçısı olub. Amma yığmalarımız hər dəfə A liqasında deyil, Avropanın güclülərinin olmadığı B liqasında mübarizə aparıblar. Zəiflərin arasında da zəif təsir bağışlayan komandalarımız ümumilikdə 11 matçda 1 qələbə qazanıb. Bu da Nərgiz Qurbanovanın baş məşqçisi olduğu U-17-nin hesabndadır. Bu komanda 5 qol vurmaqla millilərimiz arasında rekordçu, 24 top buraxmaqla isə antirekordun şərikidir. İl ərzində bütün oyunlarda uduzan Həbib Ağayevli U-19 isə 6 matçda qol vurmayan yeganə komandamızdır. 23 top buraxan millimiz 5 dəfə böyük hesabla məğlub olub.

Əsas milli, Millətlər Liqası
5 sentyabr. Azərbaycan – İsveç – 1:3
8 sentyabr. Slovakiya – Azərbaycan – 2:0
11 oktyabr. Estoniya – Azərbaycan – 3:1
14 oktyabr. Azərbaycan – Slovakiya – 1:3
16 noyabr. Azərbaycan – Estoniya – 0:0
19 noyabr. İsveç – Azərbaycan – 6:0

U-21, Avropa çempionatının seçmə mərhələsi
22 mart. Azərbaycan – İngiltərə - 1:5
26 mart. Azərbaycan – Ukrayna – 0:3
6 sentyabr. Lüksemburq – Azərbaycan – 2:0
10 sentyabr. Azərbaycan – Serbiya – 0:2
12 oktyabr. Şimali İrlandiya – Azərbaycan – 5:0
15 oktyabr. İngiltərə - Azərbaycan – 7:0

U-19, Avropa çempionatının seçmə mərhələsi
13 noyabr. Azərbaycan – İslandiya – 0:2
16 noyabr. İrlandiya – Azərbaycan – 4:0
19 noyabr. Moldova - Azərbaycan – 2:2

U-17, Avropa çempionatının seçmə mərhələsi
13 noyabr. Macarıstan – Azərbaycan – 4:0
16 noyabr. Yunanıstan – Azərbaycan – 3:0
19 noyabr. Azərbaycan – Rumıniya – 1:1

Qadınlar, Avropa çempionatının seçmə mərhələsi
5 aprel. Macarıstan – Azərbaycan – 1:1
9 aprel. Azərbaycan – İsveçrə - 0:4
31 may. Türkiyə - Azərbaycan – 1:0
4 iyun. Azərbaycan – Türkiyə - 0:1
12 iyul. Azərbaycan – Macarıstan – 0:5
16 iyul. İsveçrə - Azərbaycan – 3:0
25 oktyabr. Azərbaycan – Portuqaliya – 1:4
29 oktyabr. Portuqaliya – Azərbaycan – 4:0

U-19 (qızlar), Avropa çempionatının seçmə mərhələsi
3 aprel. Monteneqro – Azərbaycan – 4:0
6 aprel. Bolqarıstan – Azərbaycan – 1:0
12 aprel. Azərbaycan – Latviya – 0:4
26 noyabr. İsveçrə - Azərbaycan – 8:0
29 noyabr. Estoniya - Azərbaycan – 3:0
2 dekabr. Azərbaycan – Kipr – 0:3

U-17 (qızlar), Avropa çempionatının seçmə mərhələsi
14 mart. Bolqarıstan – Azərbaycan – 6:1
17 mart. Sloveniya – Azərbaycan – 4:0
20 mart. Azərbaycan – Moldova – 4:1
30 oktyabr. Serbiya – Azərbaycan – 10:0
2 noyabr. Azərbaycan – Lüksemburq – 0:3

Qeyd edək ki, yığmalarımız üçün 2025-ci ilə Millətlər Liqasında mübarizə aparacaq qadın millimiz start verəcək. Komandamız fevralın 21-də Monteneqronu qəbul edəcək.

Vüqar Xeyrullayev
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 03 Dekabr 2024 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri