Futzal üzrə Yüksək Liqada üç oyundan ikisi baş tutmayıb
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Futzal üzrə Yüksək Liqada XVI turun bir oyunu keçirilib, digər ikisi isə baş tutmayıb.
"Cebheinfo.az" xəbər verir ki, günün ilk matçında "Neftçi" İK "Lənkəran"la üz-üzə gəlməli olsa da, qarşılaşma reallaşmayıb.
"Lənkəran" komandası Azərbaycan Futzal Federasiyasına rəsmi müraciət edərək, növbəti oyunlarda iştitak edə bilməyəcəyini bildirib. Əsasnaməyə uyğun olaraq, bölgə təmsilçisi çempionatın oyunlarının 50 faizindən çoxunda iştirak etdiyinə görə, lider "Neftçi" İK-in hesabına 3 xal yazılıb.
Keçirilən qarşılaşmada isə "Araz-Naxçıvan" "Baku Fire"ni 5:1 hesabı ilə məğlub edib.
Bundan başqa, "Şuşa" komandası təyin olunan vaxtda meydana çıxmadığına görə U-19-la görüş keçirilməyib. Bu matçın nəticəsi ilə bağlı AFFA İntizam Komitəsi qərar verəcək.
Xal durumu: "Neftçi" İK - 43, "Araz-Naxçıvan" – 40, "Baku Fire" – 29, "Şuşa" – 18, U-19 – 9, Lənkəran – 0.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:165
Bu xəbər 02 Aprel 2026 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















