Icma.az
close
up
RU
Füzuli sakini: Bura köçəndən sanki yenidən doğulmuşam

Füzuli sakini: Bura köçəndən sanki yenidən doğulmuşam

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Yolumuz Füzuli şəhərinədir. Şəhər yaddaşımızda yazılacaq yeni tarixin başlanğıcı, ən ağır döyüşlərin getdiyi yerlərdən biri kimi qalıb. İndi isə qarşımızda yenidən qurulmuş, abad və burda yaşamağa başlayan yüzlərlə ailənin məskunlaşdığı şəhər var.

BAKU.WS report-a istinadən xəbər verir ki, Anar Hüseynov və xanımı Arzu Hüseynova birlikdə Füzulidə çörək sexində çalışırlar.

A. Hüseynov deyir ki, Füzulini 1993-cü il martın 16-da tərk etmək məcburiyyətində qalıb:

"Uşaqlıq və məktəb illərim burada keçib. Köçdüyümüz günə qədər ömrümün ən xoşbəxt illəri olub. Füzulidə olduğumuz son gün 1993-cü ilin martın 16-ı, Novruz bayramı günləri idi. Nənəm sacın üstündə qovurğa qovururdu. Həmin qovurğa elə sacda qaldı və biz çıxıb getməli olduq. O dövrdə də güclü idik. Amma silahımız və bizə əmr edəcək komandirimiz yox idi. 44 günlük müharibə dövründə isə ordumuz və komandanımız güclü idi. Hamı bir yumruq oldu, ona görə də biz qalib gəldik. Mən demişdim ki, Füzuli işğaldan azad edilib xəbərini kim desə diz çöküb ayaqlarından öpəcəm. Füzuli işğaldan azad edildi, o xəbəri mənə anam verdi. İnanın mənə, hönkürüb ağladım və bu müjdəli xəbəri verdiyinə görə diz çöküb anamın ayaqlarından öpdüm".

Anar Hüseynovun həyat yoldaşı Arzu Hüseynova burada çox xoşbəxt hiss etdiyini bildirir:

"Mən əslən laçınlıyam, Füzulini ilk dəfə bura köçəndə gördüm. İndi elə bilirəm ki, elə burda doğulub, yaşamışam. Çörək sexində yoldaşımla birlikdə çalışırıq. Bakıda olanda un məmulatlarını evdə bişirirdim, mənə rahat deyildi, indi şükür Füzulidə hər şəraitimiz var. Səhər durub işə gedirəm gün hardan gəlib, hara gedir, bilmirəm. Bir də baxıram ki, axşam düşüb".

A. Hüseynov vurğulayır ki, Füzuliyə köçəndən sanki yenidən doğulub:

"30 il Bakı bizə qucaq açıb, amma orda qarajda yaşayırdıq, yağış başımıza damırdı, mən bura gəlib yağışın gözəlliyini görmüşəm, şəraitim var. İndi deyirəm yağışdan gözəl nə var imiş… Çox şükür bu günlərə, burda qolum-qanadım açılıb. Az müddətdə heç bir yerdə görülməyib ki, bu cür sürətlə şəhər qurulsun, Azərbaycan bunu bacardı. Buna görə Ali Baş Komandanımız, Prezident İlham Əliyevə təşəkkür edir, vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə cansağlığı arzu edirəm".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:255
embedMənbə:https://baku.ws
archiveBu xəbər 17 Oktyabr 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri