Icma.az
close
up
RU
Gecələr hamının yolunu kəsən sürücülərlə necə mübarizə aparmaq olar? RƏSMİ AÇIQLAMA FOTO

Gecələr hamının yolunu kəsən sürücülərlə necə mübarizə aparmaq olar? RƏSMİ AÇIQLAMA FOTO

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Yanğın baş verəndə operativ nəqliyyat vasitələrinin hadisə yerinə vaxtında və effektiv şəkildə çatması həyati əhəmiyyət daşıyır. Lakin paytaxtın bir çox küçələrinin dar olması və avtomobillərin nizamsız şəkildə park edilməsi bu prosesi ləngidir.

Sürücülərin avtomobilləri yol kənarında və keçidlərdə, xüsusilə də fövqəladə hallar zamanı giriş-çıxış üçün nəzərdə tutulmuş yerlərdə park etməsi yanğınsöndürmə texnikasının əraziyə daxil olmasına və yanğını vaxtında söndürməsinə mane olur. Belə vəziyyətlər təkcə maddi ziyana deyil, həm də insan həyatı üçün ciddi təhlükəyə səbəb ola bilər. Nəticədə, operativ xidmətlərin işi gecikir, yanğının miqyası genişlənə və fəsadları ağır ola bilər.

Buna görə də sual yaranır: bu cür halların qarşısını almaq və operativ nəqliyyat vasitələrinin hərəkətini təmin etmək üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında bildirib ki, xüsusən də bu həyət evləri olan məhəllələrdə avtomobillərin xaotik şəkildə park edilməsi, ikinci cərgədə, yolun dar hissəsində, yəni keçilməsi çətin olan nöqtələrdə elə park edirlər ki, bu nəinki operativ nəqliyyat vasitələrinə, həmçinin digər nəqliyyat vasitələrinin hərəkətinə də mane olur:


“Mən düşünürəm ki, bununla bağlı həm çevik polis alayının, həm post patrul xidmətinin, yol patrul xidmətinin, eləcə də sahə müvəkkillərinin hər biri təlimatlandırılmalıdır ki, onlar vətəndaşlarla profilaktik işlər aparsınlar. Gündüz vaxtı rast gəldikləri bu cür neqativ hallara qarşı mübarizə aparsınlar. Çünki polisin əlində bu gün elə bir sistem var ki, hər bir vətəndaş haqqında avtomobilin nömrəsini qeyd etməklə bütün məlumatları çıxara bilir. Bu məlumatlar çıxırsa, deməli, həmin vətəndaşı tapmaq, dərhal gəlib maşını götürmək və yaxud da maşını düzgün park etməyə dair profilaktik söhbət aparmaq mümkündür.

Belə olan halda, bir neçə dəfə təkrarlananda artıq o vətəndaşlar arasında da geniş yayılacaq və hamı biləcək ki, bu cür parklanma qanun pozuntusudur, polis gəlib onu çağıracaq və yaxud da cərimə yazacaq. Dəfələrlə xəbərdarlıq olunmaq bir çıxış yolu deyil. Yeri gələndə cərimələr də tətbiq etmək lazımdır ki, onlar bir də o cür xaotik şəkildə avtomobili park etməsinlər.

Bu çox əlverişli bir variant olar. Çünki həqiqətən gündüz saatlarında, axşam saatlarında baxırsınız, elə məhəllələrə girirsən ki, adam o məhəlləyə girib hərəkət edə bilmir. Qarşı-qarşıya bir maşın gəldi, keçə bilmirsən. Yəni, hamıya tövsiyə budur ki, avtomobil alanda birinci növbədə fikirləşmək lazımdır ki, bunu harada park edəcəm, harada saxlayacam. Gətirib camaatın yolunu kəsmək bu çıxış yolu deyil.

Yəni, bu məsələlərdə mütləq bir planlama işi olmalıdır. Ev alırsan — planlaşdırırsan, ailə qurursan — planlaşdırırsan, amma maşın alanda yox. Elə alım, yolun ortasında harada gəldi atıb gedəcəm. Bu düzgün deyil, bu yanaşma səhv yanaşmadır. Biz də istəyirik ki, cəmiyyətimizdə, insanlarımız arasında sağlam bir münasibət olsun”.
Ekspert əlavə edib ki, Qaradağ rayonunda, Səbail rayonunda, Yasamalın bəzi ərazilərində, Binəqədi, Sabunçu, Suraxanı — bu ərazilərdə elə bir dəhşətli vəziyyət var ki, Nərimanov rayonunun da elə əraziləri var ki, hərəkət etmək mümkün deyil:

“Xətai, Nizami rayonu ərazisində, məsələn, NZS olsun - iki maşın qarşı-qarşıya gəldi, keçə bilmir. Gəlib, hələ orada biri də maşın park edir. Axşam yanğınsöndürən maşın oradan necə keçsin? Dəfələrlə belə hadisələr olub ki, kobud parklanmanın nəticəsində yanğınsöndürənlər hadisə yerinə gedib çata bilmirlər və bir mənzil yanırdısa, bir də görürsünüz ki, binanın yarısı yandı. Belə məsuliyyətsiz insanlarla ciddi mübarizə aparmaq lazımdır. Təbliğat, xəbərdarlıq, yeri gələndə cərimə bu vəziyyəti düzəldəcək”.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli sorğumuza cavab olaraq bildirdi ki, sürücülərə bu istiqamətdə mütəmadi olaraq maarifləndirmə xarakterli müraciətlər edilir:

"Təəssüf ki, qeyd etməliyik ki, bəzi sürücülər dəfələrlə xəbərdarlıqlara baxmayaraq dayanma və durma qaydalarını pozurlar ki, nəticədə, ərazidə sıxlıq yaranmasına və bəzi hallarda operativ nəqliyyat vasitəsinin hərəkətinə maneə törədilir. Təbii ki, bu, yolverilməzdir və öz növbəsində inzibati məsuliyyət yaradır.
Mövcud qanunvericiliyin tələblərinə əsasən, sürücülər nəqliyyat vasitəsini giriş və çıxışlarda saxlamamalıdırlar. Belə hallar aşkar edildikdə, sürücülərin barəsində qanunamüvafiq tədbirlər həyata keçirilir".

Fövqəladə Hallar Nazirliyindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda ölkədə şəhərsalma fəaliyyəti ilə bağlı aparılan layihələndirmə, baş planın razılaşdırılması və s. məsələlərlə əlaqədar yolların ötürücülük qabiliyyətinin nəzərə alınması üçün tikinti norma və qaydalarının yanğına qarşı tələbləri görülür:


“O cümlədən küçə və keçidlərlə bağlı normativlər, müəyyən olunmuş ölçülər layihələrdə nəzərə alınır, nəzərə alınması və düzəliş aparılması ilə bağlı mütəxəssis tövsiyələri verilir və bu istiqamətlərdə zəruri tədbirlər görülür”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 05 Avqust 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri