Gecikən təqaüd və pensiya üçün faiz ala bilərsiniz
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tətildən əvvəl bir çox tələbələrə təqaüdlərin verilməməsi onların arasında ciddi narazılığa səbəb olub.
Daha sonra isə tələbələr sosial şəbəkələrdə belə bir təklif irəli sürüblər ki, gecikən təqaüdlər onlara faizlə qaytarılsın.
Azərbaycanda pensiya, təqaüd gecikdirilməsinə görə faiz ödənilməsi qanunvericilikdə öz əksini tapıbmı və bunun tətbiqi mümkündürmü?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, ümumən Mülki Məcəlləyə görə, istənilən ödənişin gecikdirilməsi ilə bağlı faizin ödənilməsini tələb etmək olar:
“Buraya pensiya və digər ödənişlər də daxildir. Hansı müddətə gecikbsə, məhkəmə qaydasında illik 5 faiz miqdarında tələb oluna bilər. İllik 5 faiz isə həmin gecikən günlərin sayına bölünür”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər: təqaüd Əkrəm Həsənov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 03 Aprel 2026 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















