Icma.az
close
up
RU
Gənc istedadlara yeni nəfəs verən 40 yaşlı mədəniyyət ocağı

Gənc istedadlara yeni nəfəs verən 40 yaşlı mədəniyyət ocağı

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycanın musiqi həyatı üçün əlamətdar bir hadisə, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fəaliyyət göstərən “Tutti” Kamera Orkestrinin 40 illiyinə və Uşaq Gənclər Simfonik Orkestrinin 20 illiyinə həsr olunmuş yubiley konserti keçirilib.
Məlumat üçün qeyd edək ki, 1986-cı ildə Xalq artisti Teymur Göyçayev tərəfindən yaradılmış və onun rəhbərliyi ilə fəaliyyət göstərən “Tutti” Kamera Orkestri həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda keçirilən konsert və festivallarda uğurla iştirak edib, dünya şöhrətli musiqiçi Mstislav Rostropoviç tərəfindən dinlənilərək yüksək qiymətləndirilib.
Uşaq-Gənclər Simfonik Orkestri Mstislav Rostropoviçin ideyası və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Orkestrin bədii rəhbərliyi Xalq artisti Teymur Göyçayevə həvalə olunmaqla 2006-cı ildən fəaliyyətə başlayır. Fəaliyyət göstərdiyi illər ərzində orkestr Belçika, Hollandiya, Almaniya, İsveçdə, UNESCO-nun Parisdə yerləşən baş qərargahında və Azərbaycanın müxtəlif bölgələrində konsertlərlə uğurlu çıxışlar edib.
Xüsusilə, son illərdə orkestr ölkənin musiqi məkanında özünəməxsus dəst-xətti və yaradıcı yanaşması ilə seçilən kollektivlərdən biri kimi diqqəti cəlb edir. Bu orkestrin fəaliyyəti yalnız konsert verməklə məhdudlaşmır, o, eyni zamanda musiqi mədəniyyətinin inkişafına, gənc istedadların üzə çıxarılmasına və klassik irsin yeni nəfəs ilə təqdim olunmasına xidmət edən mühüm bir mədəniyyət ocağına çevrilib.
Bu da onunla bağlıdır ki, “Tuttu” Kamera Orkestri yarandığı gündən yüksək peşəkarlıq prinsiplərinə əsaslanaraq formalaşıb. Kollektiv əsasən gənc, lakin artıq müəyyən təcrübəyə malik musiqiçilərdən ibarətdir. Bu amil orkestrə həm dinamizm, həm də yenilikçi düşüncə gətirir.
“Tuttu” Kamera Orkestrinin repertuarı çoxşaxəlidir. Onlar tez-tez Antonio Vivaldi, Wolfgang Amadeus Mozart və Johann Sebastian Bach kimi dünya şöhrətli bəstəkarların əsərlərini ifa edirlər. Bu klassik irs orkestrin texniki imkanlarını və ifaçılıq səviyyəsini nümayiş etdirmək üçün mühüm zəmin yaradır. Elə yubiley konserti zamanı da həm yerli, həm də xarici bəstəkarların ifalarının səsləndirilməsi bunun əyani sübutu idi. Xumar Novruzlu Niccolo Paqaninin "Cantabile", Murad Muxtarovun Rafael Mendesin "Romans", Qönçə Abseynovanın İohann Sebastyan Baxın bəstəsini, Nağı Nağızadənin Tofiq Quliyev – "Ey sevincim, Bakı", Mehdi Niftaliyevin Andrey Babayev – "Nazəndə sevgilim", Nərgiz Abseynovanın K. Fernandes – "Qızıl səma", Gənclər simfonik orkestrinin Üzeyir Hacıbəyli – "Arazbarı", Muxtar Abseynovun Robert Şuman, Frederic Şopen, Suel Baxşəliyevanın Brendon Howard – "Aya uçuş" əsərlərinin konsert boyunca ifası fonunda bunu aydın görmək mümkün idi.
Orkestrin Azərbaycan bəstəkarlarının əsərlərinə xüsusi yer ayırması milli musiqinin təbliği baxımından böyük əhəmiyyət daşıyır və orkestrin fəaliyyətinə milli ruh qatır. Müasir bəstəkarların əsərlərinin ifası isə orkestrin daim yenilik axtarışında olduğunu göstərir.
Qeyd edək ki, “Tuttu” Kamera Orkestri müxtəlif səhnələrdə çıxış edərək geniş dinləyici auditoriyası formalaşdırmağa nail olmuşdur. Yüksək səhnə mədəniyyəti, ifaçıların peşəkarlığı və proqramların diqqətlə seçilməsi konsert boyunca aydın şəkildə özünü göstərirdi. Bu sadaladığımız amillər "Tutti" Kamera Orkestrinin uğurunu şərtləndirən amillər sırasındadır.
Onu da qeyd etmək yerinə düşər ki, orkestr beynəlxalq layihələrdə iştirak etməklə Azərbaycan musiqisini xaricdə də təmsil edir. Bu, ölkənin mədəni imicinin formalaşmasına müsbət təsir göstərir və milli musiqinin qlobal səviyyədə tanınmasına xidmət edir. Orkestrin fəaliyyətində diqqət çəkən mühüm məqamlardan biri də gənc musiqiçilərlə əməkdaşlıqdır. “Tuttu” Kamera Orkestri tez-tez yeni solistlərə səhnə imkanı yaradır və onların peşəkar inkişafına dəstək olur. Bu isə gələcək musiqi nəslinin formalaşmasına töhfə verir.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 26 Aprel 2026 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri