Icma.az
close
up
RU
Gənc tibb işçilərinin peşəkar inkişafının dəstəklənməsi ilə bağlı tədbirlər davam etdirilir

Gənc tibb işçilərinin peşəkar inkişafının dəstəklənməsi ilə bağlı tədbirlər davam etdirilir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Quba, 14 oktyabr, AZƏRTAC

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Qubada “Gənc Tibb İşçilərinin Konfransı”nın növbəti mərhələsi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda aidiyyəti dövlət qurumlarının, səhiyyə strukturlarının və həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri ilə yanaşı, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından 150 nəfərə yaxın gənc tibb işçiləri iştirak edib.

Konfransın əsas məqsədi gənc tibb işçilərinin peşəkar inkişafının dəstəklənməsi, əmək hüquqları, psixoloji rifahı və karyera imkanları ilə bağlı məsələlərin müzakirəsi, həmçinin gənc mütəxəssislərin regionlarda davamlı fəaliyyətinin təşviq edilməsidir.

Konfrans Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini Səidə Abasova, Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnara Muradova, eləcə də digər dövlət və ictimai qurumların nümayəndələri çıxış ediblər. Çıxışlarda gənclərin ölkənin sosial-iqtisadi inkişafındakı rolu, səhiyyə sektorunda gənc kadrların potensialı, onların peşəkar inkişafının dəstəklənməsi və regionlarda fəaliyyət göstərən gənc tibb işçiləri üçün əlverişli imkanların yaradılmasının əhəmiyyəti vurğulanıb.

Bildirilib ki, tədbir regional əməkdaşlığın genişləndirilməsi, gənc səhiyyə işçiləri arasında təcrübə mübadiləsinin aparılması və peşəkar əlaqələrin inkişaf etdirilməsi baxımından mühüm platformadır.

Açılış mərasimindən sonra konfrans panel müzakirələrlə davam etdirilib.

“Səhiyyə gəncləri üçün peşəkar çağırışlar” mövzusundakı I paneldə karyera planlaması, davamlı peşəkar inkişaf, uğurlu peşə modeli, səhiyyə işçilərinin psixoloji rifahının qorunması, eləcə də gənclərin peşəkar inkişafının və sosial rifahının təmin olunmasında həmkarlar ittifaqlarının rolu müzakirə edilib.

“Gənclərin regionlarda inkişaf yolu” adlı II paneldə isə tibb müəssisələrində çalışan gənc kadrların qarşılaşdıqları əsas problemlər, peşə fəaliyyəti zamanı yarana biləcək hüquqi risklər, xəstə hüquqlarının qorunması, həmçinin gənclərin bölgələrdə davamlı məşğulluğunun təşviqi üçün motivasiya mexanizmləri diqqət mərkəzində olub.

Konfransın interaktiv hissəsində gənc tibb işçiləri arasında intellektual yarış təşkil edilib. Yarış zamanı iştirakçılar tibbi biliklərini, analitik düşünmə, klinik qərarvermə, etik yanaşma və komanda işi bacarıqlarını nümayiş etdiriblər.

Bu konfrans Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin gənc tibb işçilərinin peşəkar inkişafının, sosial rifahının və regionlarda fəaliyyətinin davamlılığının dəstəklənməsinə yönəlmiş silsilə regional layihələrinin növbəti mərhələsidir. Bundan əvvəl Şamaxı, Qəbələ, Tovuz və Yardımlı rayonlarında da konfranslar keçirilib.

Müxbir – Elxan Yusifli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2026 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri