Icma.az
close
up
RU
Bu, Amerika üçün nə deməkdir?

Bu, Amerika üçün nə deməkdir?

Icma.az bildirir, Sia Az portalına istinadən.

Əbdül Əl-Sayed Quran üzərində and içməyi planlaşdırır...

...Miçiqandan seçilmiş ABŞ senatoru Əbdül Əl-Sayed konstitusiya andını Quranın bir nüsxəsi ilə içmək niyyətindədir. O, ABŞ tarixində Senatda yer tutan ilk müsəlman olacaq.

SİA xəbər verir ki, bu barədə Newsweek jurnalı bildirib. Əl-Sayedin sözlərinə görə, o, çox güman ki, 1765-ci ildə hüquq təhsili alarkən kitabı əldə edən ABŞ-ın üçüncü prezidenti Tomas Ceffersona məxsus Quranın bir nüsxəsindən istifadə edəcək.

Lakin o, hələ hansı kitabı seçəcəyi barədə qəti qərar verməyib.

…Çox güman ki, andı Quranın bir nüsxəsi ilə içəcəyəm. Lakin hələ hansı nüsxədən istifadə edəcəyimizə qərar verməmişik. Bu nüsxə Keyt Ellison tərəfindən 2007-ci ildə Konqres üzvü kimi and içərkən istifadə edilib, - deyə Əl-Sayed bildirib.

O, həmçinin qeyd edib ki, Miçiqan Universitetində mərasim üçün də istifadə edilə bilən qədim Quran nüsxəsi saxlanılır.

…Bu, çox köhnə bir nüsxədir və biz onu seçə bilərik. Hələ bilmirəm, amma and içərkən Qurana müraciət edəcəyəm, - deyə o vurğulayıb.

Nümayəndələr Palatasının bir neçə üzvü əvvəllər oxşar mərasimlərdə Qurandan istifadə ediblər, o cümlədən Minnesota ştatından İlhan Ömər və Miçiqan ştatından Rəşidə Tlaib…

Senat üçün Qurana müraciət edərək and içmək tarixi bir presedent yaradacaq.

Xatırladaq ki, Sayed ara seçkilərdə respublikaçı Mayk Rocersi məğlub etdi.

...Miçiqan Universitetinin İslam Araşdırmaları Proqramının direktoru Məhəmməd Həsən Xəlil Newsweek-ə verdiyi müsahibədə Əbdül Əl-Sayedin Qurana and içməsinin ABŞ Konstitusiyasının təmin etdiyi din azadlığını təsdiq edəcəyini deyib.

Onun fikrincə, dini kimlik Amerikanın siyasi həyatında iştiraka getdikcə daha az maneəyə çevrilir. Xəlil qeyd edib ki, El-Sayed-i dəstəkləyən seçiciləri onun dini mənsubiyyətindən daha çox onun siyasi gündəmi maraqlandırır.

Xüsusilə, pulun siyasətə təsirini məhdudlaşdırmaq, vətəndaşların iqtisadi vəziyyətini yaxşılaşdırmaq və Medicare proqramı vasitəsilə səhiyyəyə universal çıxışı təmin etmək vədləri onları cəlb edib.

...Siyasi elmlər üzrə professor Yusuf Şahud öz növbəsində bildirib ki, El-Sayed-in seçilməsi qarışıq nəticələr doğurur: Bu, bir tərəfdən qeyd olunmağa layiq bir nailiyyətdir, digər tərəfdən isə Amerika müsəlmanlarının ən yüksək siyasi mövqelərə çatmaqda üzləşdiyi davamlı maneələri vurğulayır.

...Anti-müsəlman ritorikası və siyasəti ilə səciyyələnən bir mühitdə müsəlman yenə də ölkədə ən yüksək mövqelərdən birini tuta bildi. Amma bu tarixi mərhələnin 2027-ci ilə qədər əldə olunmayacağı da bu qapının nə qədər bağlı qaldığını göstərir, - deyə Şahud bildirib.

O, Sayedin öhdəsindən gələ bildiyi maneələrin müxtəlif sahələrdə ABŞ müsəlmanları üçün hələ də qaldığını vurğulayaraq, onların aradan qaldırılması üçün işlərin davam etdirilməsinə çağırıb.

Şahud hesab edir ki, din artıq Amerika siyasətində o qədər də ciddi maneə deyil, lakin uzun illər yüksək siyasi vəzifələr uğrunda mübarizə aparan müsəlmanların sayı az qalıb. Bundan əlavə, namizədlər öz icmalarından kənarda dəstək qazanmaqda çətinlik çəkirdilər.
...Harvard Universitetinin müqayisəli din və hind tədqiqatları üzrə professoru Diana Ek Newsweek-ə bildirib ki, seçilmiş vəzifəli şəxslərə and içmək üçün müqəddəs mətnləri seçməyə icazə vermək praktikası getdikcə daha çox yayılmaqdadır. Jurnalın məlumatına görə, ABŞ Konqresində artan dini müxtəliflik fonunda getdikcə daha çox senator və Nümayəndələr Palatasının üzvləri Müqəddəs Kitab əvəzinə müxtəlif dini mətnlərə and içməyi seçirlər.

Lakin, Newsweek-in vurğuladığı kimi, qanunvericilik siyasətçiləri vəzifəyə başlayarkən heç bir dini mətndən istifadə etməyə məcbur etmir, baxmayaraq ki, tarixən seçilmiş vəzifəli şəxslərin əksəriyyəti Müqəddəs Kitabdan istifadə edib.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Noyabr 2026 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see384

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see376

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see372

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see368

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see366

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see346

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see346

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see330

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see327

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see326

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see311

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see309

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see302

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see293

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see278

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see272

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see263

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see223

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see223

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri