Icma.az
close
up
RU
Gənc yaşda başlayan saç tökülməsi və ağarmasının səbəbi nədir Travma, stres, yoxsa xəstəlik?

Gənc yaşda başlayan saç tökülməsi və ağarmasının səbəbi nədir Travma, stres, yoxsa xəstəlik?

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əvvəllər daha çox yaşlı insanlarda rast gəlinən saç ağarması, tökülməsi "cavanlaşıb". Artıq hətta yeniyetmələr də bu problemlə üzləşirlər. Elə insanlar da var ki, saçı bir gecədə ağarır. Çoxları bunu stres, yaxud elektron qadcetlərin artması, istifadə olunan gigiyena vasitələrinin kimyəvi tərkibi ilə əlaqələndirirlər. Ancaq problemin uşaqlarda, yeniyetmələrdə və cavanlarda da yaranması ciddi narahatlıq doğurur.

Oxu.Az mövzunu mütəxəssislərlə araşdırmağa çalışıb.

Trixoloq Cəmilə Əsgərova Oxu.Az-a açıqlamasında qeyd edib ki, saç tökülməsinin əsas səbəbi kökdə baş verən problemdir:

"Ocaqlı saç tökülməsi ofiasis adlanan sindromdur. Bu, autoimmun xəstəlik olub, başın müxtəlif istiqamətlərində - ön, gicgah və ənsə nahiyəsində rast gəlinə bilər. Onun müalicəsi də müxtəlifdir. Ümumiyyətlə, hər saç tökülməsinin tipinə görə müalicəsi fərqlənir.

Androgenetik (kişi tipli) saç tökülməsi ilkin mərhələdə olduqda androgen (hormon) müalicəsi aparılır, proses nisbətən ləngidilir. Lakin sonrakı (2, 3, 4, 5-ci) mərhələlərdə artıq saç əkimi məsləhət görülür. Bu mərhələlər saçın tökülmə çoxluğu əsasında müəyyənləşir. İkinci-üçüncü mərhələlərdə ənsə bölgəsindən saç donor olaraq götürülüb tökülən istiqamətə əkilir.

Ocaqlı saç tökülməsi ("alopesiya areata"), həmçinin vitamin D, B12 əskikliyinin əlaməti ola bilər".

Həkim əlavə edib ki, hamiləlik zamanı da xanımlardan saçlarının tökülməsi ilə bağlı şikayətlər alırlar, bu, əsasən, hormonlara bağlı problemdir:

"Saçın üç böyümə fazası var - anagen, katagen (sakitlik), telagen fazası (ölüm). Hamiləlik dönəmində anagen fazanın ömrü hormonlara görə uzanmış olur. Uşaq dünyaya gəldikdən sonra telagen fazası başlayır. Saçlar tökülür və bu müddət üç ay çəkir. Bəzən xanımlar deyirlər ki: "Uşaq anasının üzünə baxdı, güldü deyə saçı töküldü". Əslində isə telagen fazanın aktiv olduğu üç ay ərzində körpə böyüyür, reaksiyaları artır, təbii olaraq, anasını tanıyır, üzünə gülür. Bu zaman tökülmənin çox olduğunu görən analar həyəcanlanırlar.

Bilmək lazımdır ki, bu, normal fizioloji prosesdir. Bu zaman müalicə tələb olunmur. Lakin proses 6-7-12 ay davam edərsə, həyəcanlanmaq lazımdır, çünki ola bilər ki, anada hamiləlik zamanı hər hansı bir hormonal pozğunluq baş verib. TSH (tiroid stimullaşdırıcı hormon) qəbulu və yaxud da uşaq əmizdirmə müddətində dəmir, C, D vitaminlərinin göstəriciləri azalıb, bu da saç tökülməsini sürətləndirə bilər.

Ona görə də əgər bu proses bir il ərzində baş verirsə, mütləq yoxlanmaq lazımdır. Amma ilk üç-dörd ayda heç bir narahatlığa ehtiyac yoxdur".

C.Əsgərova qeyd edib ki, son zamanlarda traksiya alopesiyası da artıb:

"Bu tökülmələr saçın sıx yığılması, dartılması, yüksək istiliyə məruz qalması ilə bağlıdır. Analar uşaqlarının saçlarını toplayarkan gərək sıx hörməsinlər, dartıb yığmasınlar, at quyruğu, toppuz kimi saç modellərindən istifadə etməsinlər. Bu hallar daha çox gimnastlarda rast gəlinir. Onların gicgah nahiyələrində bəzən saç tamamilə olmur, keçəl olur. Onun isə müalicəsi yalnız saç əkimidir.

Bunun dartmağa bağlı tökülmə olduğunu biz pasiyentlərin söylədikləri əsasında müəyyən edə bilirik. Bəzən onlar deyirlər ki, bir gündə gördüm ki, saçım yoxdur. Belə olan halda bunun uzun müddət dartılmağa bağlı olan bir tökülmə olduğunu müəyyən edirik".

Həkim saçların tez ağarmasına da aydınlıq gətirib:

"Bizə 20 yaşında bir vətəndaş saçının ağarması ilə bağlı şikayətlə müraciət edəndə ilk olaraq ondan nəsildə kimdəsə tez ağarmanın olub-olmamasını soruşuruq. Çox vaxt onlar bunu təsdiqləyirlər ki, var. Əgər nəsildə erkən ağarma yoxdursa, o zaman biz ağarmanın altında autoimmun prosesin olduğunu düşünürük. Saç ağarması bəzən vitiliqonun da ilkin əlaməti ola bilir. Dəridə melanin sintezinin azalması saçların da ağarmasına səbəb olur.

Eyni zamanda, qalxanabənzər vəzin hipo və hiperfunksiyalarında da ağarmalar mümkündür. Genetik faktor olduqda müalicə edilmir, lakin bu problemlər varsa, mütləq aradan qaldırılır.

Bir gecədə saçın ağarmasının altında böyük ehtimalla autoimmun proses durur ki, stresə bağlı ocaqlı saç tökülməsi yaradır. Bəzən hətta qara saçlar tökülür, ağ saçlar qalır".

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Oxu.Az-a bildirib ki, saç tökülməsinə psixoloji aspektdən yanaşdıqda bir neçə məqamı qeyd etmək olar:

"Son illərdə bu məsələ həm tibbi, həm də psixoloji müstəvidə daha çox müzakirə olunur və həqiqətən də, saç tökülməsi və erkən ağarmanın yaş sərhədləri xeyli dəyişib. Məsələyə psixoloji aspektdən yanaşdıqda bir neçə məqamı qeyd edə bilərik. Belə ki, saç sağlamlığı ilə bağlı ən çox təsir edən psixoloji faktor xroniki stresdir. Müasir gənclər artıq yeniyetməlik dövründən başlayaraq təhsil təzyiqi, sosial müqayisə, gələcək qorxusu və ailədaxili problemlərlə qarşılaşırlar. Uzunmüddətli stres də kortizol hormonunun artmasına səbəb olur. Kortizol isə bədəndə bir çox sistemi, o cümlədən saç follikullarını zəiflədən və saç dövranını pozan mexanizmləri aktivləşdirir".

O bildirib ki, saç tökülməsinə səbəb kimi təşviş pozuntusu və depressiyanı da misal göstərmək olar:

"Araşdırmalar göstərir ki, təşviş pozuntusu və depressiya yaşayan şəxslərdə saç tökülməsi riski artır. Bəzi insanlarda bu, trixotillomaniya (saç yolma) kimi də özünü göstərir, digərlərində isə sadəcə, hormonal və sinir sisteminə təsir nəticəsində saçların zəifləməsi və tökülməsi müşahidə olunur. Başqa məqam kimi travmatik yaşantılar və posttravmatik stres pozuntusunu qeyd edə bilərik.

Belə ki, uşaqlıq və yeniyetməlik dövründə yaşanan travmalar (istər ailədaxili münaqişələr, istər təhsil mühiti, istərsə də sosial zorakılıq) bədənin ümumi adaptasiya sistemini zəiflədir. Bu hal vegetativ sinir sistemində disbalansa, nəticədə də bədənin müxtəlif yerlərində, xüsusilə də saçda və dəridə dəyişikliklərə səbəb ola bilir".

Psixoloq sosial medianın təsiri və psixoloji yüklənmə kimi məqamlara da toxunub:

"Bugünkü gənclər "ideallıq" təzyiqi altındadırlar. Estetik görünüş və qəbul olunmaq ehtiyacı onların bədən qavrayışı pozuntusu, özünü qəbul etmə problemi, dəyişkən özünəinam kimi psixoloji çətinliklər yaşamasına səbəb olur. Bu gərginlik bəzən orqanizmdə somatik təzahürlər, o cümlədən saç tökülməsi ilə nəticələnə bilər. Buraya biz psixosomatik məqamları da daxil edə bilərik. Psixologiyada psixosomatik xəstəliklər anlayışı mövcuddur. Bu, psixoloji faktorların bədənin fiziki sağlamlığına birbaşa təsir etdiyi hallardır. Saç tökülməsi və ağarması da zaman-zaman bu kateqoriyaya daxil edilə bilər, xüsusilə də konkret tibbi səbəb olmadıqda. Ona görə də saç tökülməsi və ağarması yalnız genetik və fizioloji səbəblərlə deyil, psixoloji tarazlığın pozulması ilə də əlaqəli ola bilər. Gənclərdə bu hallar artıbsa, bu həm də onların psixoloji yükünün artması, emosional tükənmişlik faktlarının göstəricisidir".

Aygün Mirakif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 May 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see304

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see293

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see276

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see247

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see239

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see192

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see191

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see175

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see173

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see152

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see145

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see143

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see142

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see142

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see129

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see128

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see128

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see126

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri