Icma.az
close
up
RU
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:Bu kollektiv nə vaxta qədər təhqir olunacaq???

Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:Bu kollektiv nə vaxta qədər təhqir olunacaq???

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

İlqar Kubışev  direktorluqdan  azad  olunduqdan sonra Gəncə Dövlət  Universitetində  işləmir. Lakin buna  baxmayaraq Yusif Yusibov  onu vəzifədən  azad olunmuş tədris  işləri üzrə prorektor Şahin Xurşudovun kabinetində oturdub. 

Bu iddia Gəncə Dövlət Universiteti ilə bağlı Yenixeber.org-a daxil olmuş müraciətdə yer alır. Biz bu və digər iddialarla bağlı adları çəkilən tərəfləri də dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu.

Məlum aktuallığını nəzərə alıb, müəyyən düzəliş və ixtisarla yazını dərc edirik: 

Məlum olduğu kimi, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov rüşvətxor əməllərinə görə Təhsil Naziri Emin Əmrullayev tərəfindən arzu olunmaz şəxs hesab olunur.  Bu barədə mətbuatda dəfələrlə yazılıb. Lakin edilən şikayətlərə baxmayaraq rektor istədiyi özbaşınalıqlara imza atmaqda davam  edir.

İlqar  Kubışev  Gəncə Dövlət Universitetində əvvəllər  rektor köməkçisi işləyirdi.   Bu adamın adı Müəllimlər İnstitutuna saxta tələbə qəbulu, saxta diplom satışı, qadın alveri kimi məsələlərdə dəfələrlə hallanıb.

İlqar Kubışev Azərbaycan Texniki Universitetinin Maşınqayırma ixtisasını bitirmişdir. Lakin rektor köməkçisindən əlavə, həm də Gəncə Dövlət  Universitetinin İnformatika kafedrasının dosenti olub. Bu günə kimi  bir dəfə  də olsun  kafedraya  gəlməmişdir, onun dərs keçdiyini isə heç kim görməyib. Onun dərs yükünə daxil olan dərslər ya keçilməyib, ya da kafedranın digər müəllimləri tərəfindən əvəz olunub.

Bu adam o qədər  savadsızdır  ki,  tədris etdiyi fənnə aid sillabusunda  olan  istənilən  bir  mövzu ətrafında beş dəqiqə belə danışmaq qabiliyyəti yoxdur.  

Məlumdur ki, Gəncə Regional Kolleci, eyni zamanda Gəncə Musiqi Kolleci Gəncə Dövlət Universitetinin tərkibinə verilib. Rektor Yusif Yusibov bu şəxsi  Gəncə Musiqi Kollecinə direktor təyin etdirdi. Maşınqayırma  ixtisasını bitirmiş İlqar Kubışev Yusif  Yusibovun təqdimatı ilə Gəncə Musiqi Kollecinə direktor təyin edildi.

 Maraqlıdır, maşınqayırma hara, musiqi hara? Səbəb aydındır, İlqar Kubışev orada Yusif Yusibovun açdığı bazarda kassir rolunu oynayırdı. Qısa  bir  müddət  ərzində İlqar Kubışev orada elə bir şərait yaratdı ki, bütün müəllim kollektivi onun əleyhinə üsyana qalxdı. Bundan sonra nazirliyin  əmri ilə İlqar Kubışev həmin vəzifədən qovuldu  və  yenidən Gəncə Dövlət Universitetində rektor köməkçisi işləməyə başladı.

Daha  sonra Gəncə Dövlət Universitetinin rektoru öz qardaşı Maliyyə Nazirliyinin sabiq Aparat rəhbəri Cavanşir Yusibovun köməkliyi ilə Gəncə  Regional  Kollecinin direktoru  Fəxrəddin  Zeynalovun  torbasını tikdi və onun işdən azad olunmasına nail oldu. Yusif Yusibov dərhal təqdimat verib İlqar Kubışevi həmin kollecə direktor təyin etdirdi. Yenə də Musiqi Kollecində olduğu kimi Gəncə Regional Kollecdə də kollektiv bu adamın əleyhinə qalxdı.

Nəticədə  korrupsiya  əməllərinə görə Təhsil Naziri Emin Əmrullayevin əmri ilə yenidən İlqar Kubışev vəzifədən qovuldu. 

Maraqlıdır, Təhsil Naziri Emin Əmrullayev işindəki ciddi korrupsiya faktlarına görə töhmət verib İlqar Kubışevi işindən qovur. İlqar  Kubışev  isə öz yaxın adamları vasitəsilə Yusif Yusibovun dəstəyi ilə kollecə Emin Əmrullayev tərəfindən direktor təyin edilmiş Xoşqədəm Xudiyevaya qarşı təxribat  törədir, kollecdə normal iş prosesinə mane olur.

İlqar Kubışev  direktorluqdan  azad  olunduqdan sonra Gəncə Dövlət  Universitetində  işləmir. Lakin buna  baxmayaraq Yusif Yusibov  onu vəzifədən  azad olunmuş tədris  işləri üzrə prorektor Şahin Xurşudovun kabinetində oturdub. İlqar Kubışev Gəncə Dövlət  Universitetində  imtahanların gedişinə nəzarət edir, bütün  məsələləri  o həll edir.

Bu barədə sosial şəbəkələrdə və müxtəlif saytlarda məlumat dərc olunduqdan sonra  Yusif Yusibov əsəbi şəkildə əzələ nümayiş etdirərək əmr verib İlqar Kubışevi rektorun müşaviri təyin etdi. Hal-hazırda rektor Yusif  Yusibovun 5 prorektoru, 2 köməkçisi və 3 müşaviri var. Heç nazirlikdə bu qədər mənasız ştatlar yoxdur.

Rektor  isə açıq-aşkar təhsil naziri Emin Əmrullayevə meydan oxuyur. Təhsi Nazirinin işində korrupsiya əməlləri olduğuna görə töhmət verib vəzifədən qovduğu bir şəxsi yenidən yüksək vəzifəyə təyin edir.

Bundan başqa ötən il Yusif Yusibov Türkiyə ali məktəblərinə tələbə qəbulu ilə məşğul olan Seymur Meşaik ilə "razılaşıb" Universitetə Elmi Katib təyin etdi. İndi isə həmin Seymur Meşaiki  tədris  işləri üzrə prorektor təyin etdirmək istəyir. 

Rektor isə ölkə Prezidentini belə aldadaraq, İlqar Kubışevə Tərəqqi medalı verilməsinə nail olub. Sual yaranır, hansı xidmətlərinə görə???

Gəncə Dövlət Universitetində olan rektor özbaşınalığının qarşısını almağın zamanı nə vaxt gələcək????? Bu kollektiv nə vaxta qədər təhqir olunacaq???

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 14 İyul 2025 23:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri