Icma.az
close
up
RU
Gəncə “İmamzadə”si inanc, iman və ehtiram abidəsi

Gəncə “İmamzadə”si inanc, iman və ehtiram abidəsi

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Təbiətin və zamanın zərbələri onu Yer üzündən silə bilməyib

Yəqin, çoxları bilmir: Gəncədəki İmamzadə dini kompleksi keçmiş ittifaqda yeganə dini məbəd olub ki, onun ziyarətinə hökumət rəsmi icazə verib. Halbuki oxşar məbədlər, ziyarətgahlar SSRİ-də, eləcə də Azərbaycanın özündə az olmayıb.

İmamzadə dini kompleksindən söhbət açmağımız təsadüfi deyil. Məsələ bundadır ki, hər gün minlərlə dini etiqad sahibi bu ziyarətgaha üz tutur, ibadət edir, keçmişi xatırlayır, şəhidlərimizin ruhuna dualar oxuyur. Dini bayramlarda bura daha çox adam gəlir. Aşura günündə isə, üstəlik, xeyli adam soydaşlarımızın şəfa tapması üçün könüllü donor olur. Bu gün yenidən Məhərrəm ayının 10-cu günü olan Aşuradır.

Gəncəbasarda bu günə İslam tarixinə “Kərbəla müsibəti” adı ilə düşmüş faciə ilə bağlı “Qətl günü” də deyirlər. Bu, hicri təqvimi ilə 61-ci (680-ci il) ilin həmin günündə Məhəmməd (s) Peyğəmbərin nəvəsi Hüseyn ibn Əli və onun tərəfdarlarının xəlifə I Yezid tərəfindən öldürülməsindən qaynaqlanır.

İslamşünaslar bildirirlər ki, İmam Hüseyn xəlifəliyi I Yeziddən öz nəslinə qaytarmaq istəyib. Hakimiyyəti əlində saxlamaq istəyən Yezid isə 4 min 500 nəfərlik qoşunla İraqın Kufə şəhərində, Kərbəla çölündə İmam Hüseyni 72 nəfər tərəfdarı və ailə üzvləri ilə birlikdə qətlə yetirdib.

Aşura günü Gəncədə minlərlə insan İmamzadə kompleksinə toplaşır. Ziyarətgahın ətrafında ehsan çadırları qurulur. Şəhərin müxtəlif yaşayış massivlərindən ziyarətçilərin “İmamzadə”yə daşınması üçün pulsuz nəqliyyat vasitələri təşkil edilir.

13 əsrdir ki, Gəncə bu müsibətə yas tutur, qatilləri lənətləyir. “İmamzadə” Gəncə, ölkəmizdə və İslam aləmində yaxşı tanınan bir ünvandır.

İmam Hüseyn qətliamından sonra da Peyğəmbər nəsli Ərəbistanda, İraqda, İranda və Azərbaycanda təqib olunub. 5-ci imam Məhəmməd Bağırın övladı şahzadə İbrahim isə Gəncədə qətlə yetirilib. Xalq onun məzarını ziyarətgaha çevirib. Aşura günlərində isə bu cinayətlərə etirazını bildirib.

“İmamzadə” türbəsinin VIII əsrdə inşa edildiyi ehtimal edilir. Abidə 1139-cu il zəlzələsində dağılıb. XIII əsrdə monqol hücumları və 1235-ci ildə daha bir güclü zəlzələ bu yerdən təsirsiz ötüşməyib. Nəticədə şəhərdə XII və XIII əsrə aid heç bir abidə qalmayıb.

Bu fəlakətlərdən sonra Azərbaycanda böyük canlanma baş verib. XIII - XIV əsrlərdə memarlıq-inşaat işləri yenidən inkişaf edib. Həmin dövrdə Bərdə, Naxçıvan, Təbriz və digər şəhərlərdə türbələr və digər memarlıq abidələri inşa edilib. Elə indiki “İmamzadə” də o zamanlar inşa edilib. 1336-cı ildə Səmərqənddə ucaldılan “Şahi Zində” türbəsi ilə “İmamzadə” memarlıq xüsusiyyətləri, inşaat texnikası, gümbəzi, üzərindəki yazı və bəzəkləri ilə bir-birinə çox oxşayır. Buna görə “İmamzadə” türbəsinin də həmin dövrdə inşa edilməsi söylənilir. Sonrakı dövrlərdə türbədə dəfələrlə yenidənqurma işləri aparılıb, kompleks genişləndirilib.

“İmamzadə” tarixi memarlıq kompleksidir, Azərbaycan tarixinin ayrılmaz bir incisidir. Bu abidə müxtəlif vaxtlarda xeyriyyəçilərin, gəncəlilərin dediyi kimi, “yaxşı kişi”lərin hesabına yaşayıb, qorunub saxlanıb, dəfələrlə təmir-bərpa işləri aparılıb. Amma qədim şəhərdə hamı bu fikirdədir ki, ona ən böyük həyatı Azərbaycan Prezidenti İlham Əliyev verib. İndi bu kompleksə heyranlıqla baxmamaq mümkün deyil. Tarixiliyi qorunmaqla, tamamilə yeni bir görkəm verilməsi bu yerləri cənnətə döndərib.

Gəncə, “İmamzadə”si, Nizami Gəncəvisi, Cavad Xanı, Karvansarası, qədim çinarları ilə Gəncədir. İndiki nəsillər bunu unutmur. Gəncənin tarixi keçmişinə həssas yanaşanları qədirbilənliyi ilə yaşadırlar.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Gəncə şəhəri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 İyul 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri