Icma.az
close
up
RU
Gəncədə AĞLASIĞMAZ DƏLƏDUZLUQ: Pulu qayınanasından alacağını dedi

Gəncədə AĞLASIĞMAZ DƏLƏDUZLUQ: Pulu qayınanasından alacağını dedi

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxsə hökm oxunub.

Avtosfer.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs özünə məxsus olmayan "Hyundai Sonata" markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq onun 2 650 manat pulunu ələ keçirib. O, avtomobilin guya özünə məxsus olduğunu bildirərək nəqliyyat vasitəsini 15 600 manata satmaq barədə razılıq əldə edib. Daha sonra avtomobilin kredit borcunun qaldığını deyərək alıcıdan əvvəlcə 50 manat, sonra isə 2 600 manat alıb.

İstintaqla müəyyən edilib ki, həmin avtomobil əslində icarəyə götürülüb və təqsirləndirilən şəxs əldə etdiyi pulu şəxsi ehtiyaclarına sərf edib. Aldadıldığını anlayan zərərçəkmiş sonradan avtomobili sahibinə qaytarıb.

Bununla yanaşı, təqsirləndirilən şəxs başqa bir dələduzluq əməli də törədib. O, internet üzərindən satışa çıxarılan "Hyundai Tucson" markalı avtomobili almaq istədiyini bildirərək sahibinin etibarını qazanıb. Pulunun bir hissəsinin çatışmadığını, qalan məbləği isə qayınanasından alacağını deyərək avtomobil sahibini nəqliyyat vasitəsini lombarda girov qoymağa razı salıb.

Zərərçəkmiş avtomobili lombarda qoyaraq 10 min manat əldə edib. Daha sonra təqsirləndirilən şəxs həmin pulu almaq üçün onunla birlikdə əvvəlcədən müəyyən edilmiş ünvana gedib. Pulu aldıqdan sonra binaya daxil olan şəxs ehtiyat çıxışından istifadə edərək hadisə yerindən qaçıb və vəsaiti mənimsəyib.

Beləliklə, o, iki ayrı epizod üzrə zərərçəkmişlərə ümumilikdə 12 650 manat maddi ziyan vurub.

Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilib. Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 1 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında keçirdiyi müddət nəzərə alınaraq cəzadan çıxılıb və onun üzərində qəti olaraq 1 il 3 ay 6 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 18 İyun 2026 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri