Icma.az
close
up
RU
Gəncədə Atatürkün anım mərasimi keçirilib

Gəncədə Atatürkün anım mərasimi keçirilib

Icma.az bildirir, Sia Az portalına istinadən.

Türkiyənin Gəncədəki Baş Konsulluğunda Mustafa Kamal Atatürkün anım mərasimi keçirilib. SİA-nın məlumatına görə, "Nuri Paşa" zalında baş tutan tədbirdə diplomatik nümayəndəliyin əməkdaşları ilə yanaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, rəsmilər, ziyalılar, türkiyəli tələbələr iştirak ediblər.

Türkiyənin Gəncədəki baş konsulu Rəcəb Öztop çıxışında Mustafa Kamal Atatürkün Türk xalqı qarşısındakı tarixi xidmətlərindən bəhs edib.

Həmçinin Mustafa Kamal Atatürklə bağlı videoçarx nümayiş olunub.

Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürk 1881-ci ildə Selanikdə anadan olub. Təhsil aldığı Selanik Hərbi Liseyində riyaziyyat müəllimi olan Mustafa Əfəndi Atatürkü sinifdəki digər "Mustafa"dan fərqləndirmək üçün istedadlı şagirdinə "Kamal" adını qoyub.

1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi tərəfindən Cümhuriyyət elan edilərkən Mustafa Kamal Atatürk dövlət başçısı seçilir (cumhurbaşkanı). 1938-ci il, vəfat etdiyi zamana qədər ard-arda dörd dəfə cumhurbaşkanı seçilən Atatürk bu vəzifədə ən uzun müddət qalan dövlət başçısı olub.

1921-ci il avqustun 23-də yunanlarla aparılan Sakarya döyüşündə qələbə qazanan Mustafa Kamala "Marşal" və "Qazi" rütbəsi verilib. 1934-cü ildə isə ona qanunla "Atatürk" soyadı verilib və bu soyadın başqaları tərəfindən istifadə olunması qadağan edilib.

Atatürk 1938-ci il noyabrın 10-da, 57 yaşında İstanbulda Dolmabahçe Sarayında gözlərini əbədi yumub. Onun nəşi 1953-cü ildə ölümünün 15-ci ilində Ankaradakı Etnoqrafiya Muzeyindən Anıtqəbirə köçürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Noyabr 2025 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see384

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see331

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see272

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see272

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see266

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see250

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see242

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see225

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see209

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see198

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see195

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see193

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see192

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see190

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see184

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see183

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see178

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see178

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see173

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri