Gəncədə mağazada güclü yanğın Video
Icma.az, Gununsesi portalına istinadən məlumat verir.
Gəncədə avtomobil ehtiyat hissələri mağazası yanıb.
Gununsesi.info xəbər verir ki, hadisə şəhər ərazisində ikinci əl avtomobil ehtiyat hissələrinin satışı mağazasında baş verib.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub.
İlkin məlumata görə, ümumi ərazisi 1600kv/m olan obyektin 350 kv/m-lik çardaq hissəsi və 200 kv/m olan ikinci əl ehtiyat hissələrinin olduğu anbar yanıb.
Hadisə zamanı 400 kv/m-lik gündəlik ərzaq məhsullarının saxlandığı anbar yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma başlanılıb.

