Icma.az
close
up
RU
Gənclər Paytaxtı Sumqayıtda Poeziya Günü

Gənclər Paytaxtı Sumqayıtda Poeziya Günü

Aznews.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın 2025-ci il Gənclər paytaxtı seçilmiş Sumqayıt şəhərində “Gənclər Paytaxtı Sumqayıtda Poeziya Günü” adlı tədbir keçirilib.

Milli Məclisin deputatı Səbinə Salmanovanın təşkilatçılığı ilə baş tutan tədbirdə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, Xalq artisti Rasim Balayev, Xalq şairləri Vahid Əziz və Sabir Rüstəmxanlı, şair Rüstəm Behrudi, həmçinin şəhər ictimaiyyəti iştirak edib.

Deputat Səbinə Salmanova təşkil edilən tədbirin məqsədi haqda ətraflı danışaraq Sumqayıtdakı yaradıcı mühitin xüsusilə son dövrlərdə xeyli canlandığını vurğulayıb, genişmiqyaslı layihələrin gerçəkləşdirildiyi şəhərin sürətli inkişaf dövrünü yaşadığını diqqətə çatdırıb:

“Qısa müddətdə bir-birindən gözəl Heydər Əliyev Mərkəzinin, Şahmat və Musiqi məktəblərinin, Muğam Mərkəzinin, Yeni Azərbaycan Partiyası üçün binanın, çox sayda uşaq bağçalarının, bir neçə məktəb binasının, Bayraq meydanının, “ASAN xidmət” binasının, 2 nömrəli xəstəxananın, Mehdi Hüseynzadə adına stadionun yenidən tikilməsi Sumqayıta göstərilən diqqətin bariz nümunəsidir. Sahil zolağında - 146 hektarlıq sahədə qısa zaman ərzində salınan Dənizkənarı park isə Prezident İlham Əliyevin də dediyi kimi, bir möcüzə sayılmalıdır”.

Deputat qeyd edib ki, son dövrlərdə Sumqayıtın vəsf olunduğu çox sayda şeir, mahnı, bədii və rəsm əsərləri yaradılıb:

“Hələ 1961-ci ildə Xalq şairi Nəbi Xəzrinin “Sumqayıt səhifələri” adlı şeirlər kitabı müxtəlif şəhər və kəndlərdən gəlib yeni şəhər quran sumqayıtlılar üçün ilhamlandırıcı töhfə olub. Müasir dövrdə də klassik şairlərimiz hörmətlə anılır, onların yaradıcılığı yüksək həssaslıqla qorunur. Hazırda Sumqayıtda yaradıcı mühit çox canlanıb, yerli müəlliflərin ərsəyə gətirdiyi xeyli əsər ədəbi dairələrdə yüksək qiymətləndirilib”.

Daha sonra çıxış edən Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, Xalq artisti Rasim Balayev, Xalq şairləri Vahid Əziz və Sabir Rüstəmxanlı, həmçinin Rüstəm Behrudi, İbrahim İlyaslı digər natiqlər şəhərin ədəbi həyatı haqqında fikirlərini bildiriblər.

Tədbirdə Xalq şairi Nəriman Həsənzadənin videomüraciəti də yayımlanıb.

AzNews.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:26
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Əliyeva ilə Matviyenkonun görüşü oldu VİDEO

16 Mart 2025 19:20see284

Bir yaşlı Banunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var

16 Mart 2025 10:49see277

Lider İnter 3 cü pillədəki Atalanta nın qonağı olacaq

16 Mart 2025 15:43see138

Unikal platforma Yeni Gündəm

16 Mart 2025 10:02see137

Bakıda tamet sexi yandı VİDEO

16 Mart 2025 10:01see132

Haalanddan növbəti uğur Premyer Liqada liderdir

16 Mart 2025 11:22see132

“Yunayted”dən səfərdə inamlı qələbə

17 Mart 2025 00:56see128

Qarın yağını yandırmaq üçün gündə neçə addım atmaq lazımdır..?

17 Mart 2025 01:08see126

Elçin Əzizov: Klassik musiqi heyrətamiz bir sənət növüdür

16 Mart 2025 22:57see126

Juninyo: “Azərbaycandan gəlib” deyirlər, amma “Qarabağ”…”

16 Mart 2025 10:47see122

Prezident Ərdoğan gənclərlə görüşüb VİDEO Yeni Gündəm

16 Mart 2025 23:39see122

Ermənistan yenidən ATƏŞ AÇDI

16 Mart 2025 20:28see121

Üz dərisini hamar, parlaq və gözəl edən 2 MEYVƏ

17 Mart 2025 02:03see120

Qonaq getdikləri evdə 3 yaşlı uşağı “tok” vurdu KONKRET

16 Mart 2025 14:44see120

Palmer millidə forma geyinməyəcək

16 Mart 2025 21:59see120

İnvestisiya etdiyiniz hər qəpiyə dəyər olan üç işlənmiş avtomobil

17 Mart 2025 00:56see117

ABŞ də cinayətkarlar pitonlarla hədə qorxu gələrək YDM ni qarət ediblər

17 Mart 2025 03:02see116

Sosioloq: Internat məktəblərindəki uşaqların vəziyyəti o qədər də ürəkaçan deyil

17 Mart 2025 14:59see115

Bu film Rusiyada ilin ən çox gəlir gətirən filmləri arasında altıncı sırada yer tutur

16 Mart 2025 22:35see114

Süni intellekt çətin tibbi diaqnozları müəyyən edə biləcək

16 Mart 2025 11:52see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri