Icma.az
close
up
RU
Gənclər sabahın taleyidir

Gənclər sabahın taleyidir

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün ölkəmizdə Gənclər Günü qeyd olunur. Bu tarix həm təqvimdə qeyd olunan rəsmi gün, həm də düşünən, axtaran, sorğulayan, yaradan, bəzən səhv edən, amma heç vaxt dayanmaq istəməyən bir nəslin günüdür. Bu gün Azərbaycanın gəncliyinə diqqət yetirmək, onun səsinə qulaq vermək, potensialına inanmaq günüdür. Azərbaycan gənci bu gün məsuliyyət daşıyan, qərar verən, mövqe ortaya qoyan bir obrazdır. O, Vətən anlayışını şüarlarla deyil, əməli ilə sübut etmiş bir nəslin davamçısıdır. Son illərin taleyüklü hadisələri açıq şəkildə göstərdi ki, gənclərimiz təkcə auditoriyalarda, elmi layihələrdə, sosial təşəbbüslərdə, startap platformalarında deyil, lazım gəldikdə səngərdə də ön sırada dayanmağı bacarırlar. Bu, təsadüfi deyil. Bu, illər ərzində ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən dövlət gənclər siyasətinin real nəticəsidir.

Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclərlə bağlı aparılan siyasət gəncləri həm gələcəyin ümidləri, həm də bu günün fəal qüvvəsi kimi təqdim edir. Gənclərə olan etimad sözlə yox, konkret addımlarla özünü göstərir. Təhsil sahəsində aparılan islahatlar, gənclərin xarici ölkələrdə təhsil almalarına yaradılan imkanlar, gənc mütəxəssislərin məsul vəzifələrə irəli çəkilməsi, könüllülük hərəkatının genişlənməsi, gənclərin ictimai proseslərdə fəal iştirakı üçün yaradılan platformalar bu siyasətin əsas sütunlarıdır. Bu gün Azərbaycan gənci özünü kənarda qalmış hiss etmir. O bilir ki, ideyası varsa, onu reallaşdırmaq üçün mexanizmlər mövcuddur. Bacarığı varsa, qarşısında qapılar açıqdır. Zəhməti varsa, dəyəri veriləcək. Məhz bu inam gənclərin cəmiyyətin həyatında daha fəal mövqe tutmasına, sosial məsuliyyət hissinin güclənməsinə, dövlətlə vətəndaş arasında etibarlı körpünün formalaşmasına səbəb olur. Gənclər bu gün qərarların müzakirəsində, təşəbbüslərin həyata keçirilməsində, yeniliklərin tətbiqində aktiv tərəf kimi çıxış edirlər. Müasir çağırışlara uyğun düşünən, qlobal prosesləri izləyən, milli dəyərlərə sadiq olan Azərbaycan gənci ölkənin inkişaf dinamikasına yeni nəfəs gətirir. Bizim üçün gənclər sadəcə gələcək deyil, artıq bu günün özüdür. Onların düşüncə tərzi cəmiyyətin ritmini müəyyənləşdirir, enerjisi ölkənin inkişaf tempini artırır. Bu baxımdan əsas vəzifəmiz gənclərin yanında olmaq, onları dinləmək, problemlərinə biganə qalmamaq və ən əsası, onlara inanmaqdır. Çünki gəncə verilən inam, əslində, dövlətin sabahına verilən sərmayədir. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji xətt gənclərin öz potensialını ölkənin inkişafı naminə reallaşdırmasına geniş imkanlar yaradır. Bu siyasət nəticəsində formalaşan gənclik təkcə savadlı deyil, həm də vətənpərvər, təşəbbüskar və məsuliyyətlidir. Bu əlamətdar gün münasibətilə bütün gənclərimizi səmimi-qəlbdən təbrik edir, hər birinə sağlamlıq, uğur, özünə inam və daim irəli getmək əzmi arzulayıram. İnanıram ki, Azərbaycan gənci bundan sonra da ölkəmizin adını həm regionda, həm də beynəlxalq miqyasda qürurla təmsil edəcək, dövlətimizin gücünə güc qatacaq.
Gənclər Gününüz mübarək!

Səfa Ağayev
YAP İmişli rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Fevral 2026 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see361

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see317

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see288

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see277

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see273

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see264

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see252

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see250

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see236

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see234

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see230

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see229

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see224

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see218

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see216

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see214

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see202

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see195

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see193

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri