Icma.az
close
up
RU
İctimai birliklər və dini qurumlar komitəsinin yaz sessiyasında ilk iclası keçirilib

İctimai birliklər və dini qurumlar komitəsinin yaz sessiyasında ilk iclası keçirilib

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib.
Newscenter.az xəbər verir ki, iclası açan komitə sədri Fazil Mustafa bildirib ki, gündəliyə 2025-ci ilin payız sessiyası dövründə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində görülən işlər barədə hesabat, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2026-cı il yaz sessiyası üçün iş planının layihəsi və cari məsələlərin müzakirəsi daxildir.
Birinci məsələ barədə danışan komitə sədri diqqətə çatdırıb ki, 2025-ci ilin payız sessiyası dövründə komitənin 4 iclası keçirilib və 6 məsələyə baxılıb. Bu dövr ərzində komitəyə daxil olmuş 83 ərizə, məktub və digər müxtəlif xarakterli sənədlərlə, həmçinin elektron poçt vasitəsilə daxil olmuş məktubların əksəriyyəti ilə bağlı müvafiq icra strukturları və təşkilatlarla telefon əlaqəsi saxlanılıb, onların qanun çərçivəsində həllinə nail olunub. Seçicilərlə həm Milli Məclisdə, həm də yerlərdə mütəmadi görüşlər keçirilib, lazımi izahatlar verilib.
Sessiya ərzində “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi digər komitələrlə birlikdə komitədə müzakirə olunub və Milli Məclisdə üç oxunuşda qəbul edilib.
Qeyd olunub ki, sessiya ərzində komitədə ölkəmizdə səfərdə olan xarici qonaqlarla bir sıra görüşlər keçirilib, komitə üzvləri "Konstitusiya və Suverenlik İli" çərçivəsində təşkil olunmuş festival və forumda, həmçinin bir sıra konfrans, ictimai dinləmə və digər tədbirlərdə iştirak ediblər.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2026-cı il yaz sessiyası üçün iş planının layihəsi barədə danışan komitə sədri bildirib ki, gələn sessiyada qanunvericilik təşəbbüsü əsasında təqdim olunan qanun layihələri komitədə müzakirə olunacaq, bir sıra mövzularda ictimai müzakirələr, vətəndaşlarla və dini konfessiyaların nümayəndələri ilə mütəmadi görüşlər keçiriləcək.
Sonra komitə sədrinin müavini Sahib Alıyev və komitə üzvləri Azər Allahverənov, Elşad Musayev, Tənzilə Rüstəmxanlı, Ceyhun Məmmədov və Azay Quliyev çıxış edərək, gündəlikdəki məsələlərlə bağlı fikirlərini bildiriblər, bir sıra təkliflərini səsləndiriblər.
İclasda ötən sessiyada komitədə görülmüş işlər qənaətbəxş hesab olunub və komitənin növbəti sessiya üçün iş planının layihəsi təsdiqlənib.
Tədbirdə komitə üzvləri Cavanşir Paşazadə, Səbinə Salmanova, Anatoliy Rafailov və digər rəsmi şəxslər iştirak ediblər.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 22 Yanvar 2026 08:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri