Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

Yaşar Nurinin qızı dünyasını dəyişib

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

Gəncləri tənqid edirsən, adamı ilan kimi sancırlar… Qəşəm Nəcəfzadə

Gəncləri tənqid edirsən, adamı ilan kimi sancırlar… Qəşəm Nəcəfzadə

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Müsahibimiz şair, yazıçı, “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri,  “Uşaq ədəbiyyatı” şöbəsinin rəhbəri, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi,  Azərbaycan Dövlət televiziyasında redaktor və aparıcı, o cümlədən Azərbaycan Teleradio Akademiyasında müəllim olan Qəşəm Nəcəfzadədir. 

Gununsesi.info Qəşəm Nəcəfzadə ilə müsahibəni təqdim edir:

-Qəşəm müəllim, kənardan belə bir mənzərə var ki, siz hər yerdəsiniz. Dərs deyirsiniz, AYB-də işləyirsiniz, Azərbaycan Televiziyasında aparıcısınız, həm nəsr yazırsınız, həm də nəzm yazırsınız. Hələ uşaq ədəbiyyatı ilə də məşğulsunuz…

-Bunların hansı biri pisdir ki? Mənim bütün günüm yaradıcılıqla keçir. AYB-də olanda da, efirə çıxanda da, görüşlərə gedəndə, hətta piyada gəzəndə də. Uşaq şeirləri də yazıram, esse də, məqalə də, adamlar haqqında yazılar da, statuslar da, hekayə də. Bütün bunlar mənim yaşam tərzimdi, xüsusi bir gün ayırmıram ki, məhz həmin gün yaradıcılıqla məşğul olacam. Duyğular, düşüncələr gəlir və onu idarə edirəm.

-Heç yaza bilmədiyiniz an olmur yəni?

-Olur, əlbəttə. Enerjimin sürəti zəifləyəndə dayanıram, onda da yenidən düşünməyə başlayıram. Keçmişi xatırlayıram, olub-keçənləri nəzərdən keçirirəm. Hətta gələcəyi də xatırlayıram. Qəribə səslənsə də, şeirlərimin əksəriyyəti gələcək haqqında xatırlamaqdır.

-“Gələcəyi xatırlamaq” maraqlı ifadədir. Bəs bunu şeirlərinizdə niyə görmürük?

-Yox, elə şeirlərimdə olur. Gənclər jurnal oxumur. “Azərbaycan” jurnalında çap olunur şeirlərim.

-Normaldır bu da. İndi jurnal-qəzet əsri deyil…

-Ola bilsin. Hər bir halda gəncləri çox istəyirəm, xeyli istedadlı cavanlarımız var. Mən doğrudan da, onlardan çox şey öyrənirəm. Hətta gənclərin səhvlərindən də. Çünki onların səhvləri belə yenidir.

-Ancaq çağdaş gənclərdən yazmırsınız…

-Niyə? Haqqında yazdıqlarım çox olub. Məsələn, Aqşin Yeniseydən yazmışam.

-Qəşəm müəllim, Aqşin Yeniseyin bu gün-sabah 50 yaşı olacaq.

-Cavan vaxtı yazmışam da(gülür). Daha sonra Sərdar Amin, Şəfa Vəli, Zülfiyyə Yaqub və.s. Çoxdur. Bəzən yazdığım adamlara görə də tənqid edirlər, onda da deyirəm, məsələn, haqqında yazdığım adamın şeirləri necədir? Deyə bilmirlər axı pisdir. Seçirəm, yaxşı olanı təqdim edərək həm də onlara yol göstərirəm.

-Qəşəm müəllim, heç tükəndiyiniz haqqında düşünmüsünüz? Adətən, şairlik yaşla da bağlı olur, gənclik illərində daha yaxşı yazırlar və bir yaşdan sonra alınmır.

-Yox, qətiyyən. Tükəndiyimi düşünmürəm. Şeirin əsas mövzusu romantikadır, yenilikdir. Mən bu yaşda da bu cürəm. Bayaq dedim ki, gələcəyi xatırlayıram. Mənim üçün postmodernizim nədir? Postmodernizm odur ki, vaxt dayanıb. Nə keçmiş var, nə indi, nə də gələcək. Keçmişi də, gələcəyi də eyni anda düşünüb yazıramsa, necə tükənə bilərəm? Tükənməməyin də yolunu bilirəm. Yenilənməyi bilirəm.

-Necə bilirsiniz?

-Primitiv bir söz deyim. Əli Kərim deyirdi, “Boyunu göyə soxum”. Amma o söz “Boyunu yerə soxumdur”. Bəxtiyar Vahabzadə deyirdi ki, “adamların gözünün qabağında meşələri qırırlar”. Vaqif Səmədoğlu deyir ki, “Bu necə işdir, Allah, meşələrin gözü qabağında adam öldürürlər“. Bir-birinin tərsidir, amma Vaqifin dediyi daha dolğundur. Lap belə deyim, tükənmək sindromu gələndə keçirəm başqa şeylərə. Məsələn, oyun havalarına şeir yazıram. “Vağzalı”ya, “Tərəkəmə”yə, “Uzundərə”yə. Öz havalarımdır. Özümdən uydurmuşam ki, belə oyunlar var. Öz “Cahargah”ımı, “Rast”ımı yazmışam. Qoşma yazdım. Qoşma 11 hecalıdır, məndə isə 14 heca. Gəraylı yazdım. Amma mənim Gəraylım da 8 hecalı deyil. Gördüm bu da köhnəlir, keçdim təsniflərə. “Murad Köhnəqala təsnifi”, “Bahar təsnifi”, “İlyas Tapdıq təsnifi” və.s. Gördüm burada da köhnəldim, keçdim uşaq şeirlərinə. Bir sözlə, dayanmıram, daim yenilik axtarıram, yenilənirəm.

-Hiss edirsinizmi bəzən sizi qəsdən təkcə “Uşaq şairi” kimi təqdim edirlər?

-Bəli, hiss edirəm, bilirəm. Guya böyük şairi demirlər, uşaq şairi deməklə əzirlər. Hələ adam var, qarşımı kəsib həyəcanlı şəkildə “Kəramət səndən istedadlıdır” deyir. Elə bilir, pis olacam.

-Olmursunuz?!

-Yox!

-Yazıçı-şairlər də deyib belə?

-Onlardan da deyəni olub. Şübhəsiz ki, uşaq şairi olmağım da unudulmayacaq. Düşüncələrimi deyim də. Bax belə düşüncələrə görə tükənmirəm. Öləndən sonra məsələn, düşünürəm ki, kənddə deyəcəklər, gəlin, Qəşəmin doğulduğu kənddə büstünü qoyaq. Ancaq heykəli də balaca edəcəklər ki, uşaqlar büstümə gül qoyanda boyları çatsın. Sonra Kəramətin başı qarışacaq, bir gün bir kəndin baytar həkimi büstü uçuracaq ki, burada baytarlıq apteki açıram. Kəramət də büstü götürüb aparıb qəbrimin üstünə qoymağa vaxtı olmayacaq, amma atam sağ olsaydı, qoyardı. Bu, mənim bir yazımdı. Gələcəyi xatırlamağımdı. Bütün bunlar məni tükənməyə qoymayan şeylərdir.

-Bəlkə, bunlar unudulmaqdam qorxmaqdı?

-Yox, elə deyil. Bunu da deyim, görəndəki yoruluram, açıb zəif şeirlər oxuyuram. Oxuduqca deyirəm, mən belə yazmazdım, belə yazardım. Güclü şeir oxuyanda yaxşı şeir yaza bilmirəm. Başqa şeylər də fikirləşirəm. Nə bilim, başqa planetdə gəzirəm, gəlirəm, gedirəm, yerə çata bilmirəm.

-Başqa planet? Qəşəm müəllim, gənclər belə söhbətlərə bir az lağ-lağı edir, deyirlər, utopik söhbətlərdi…

-Ədəbiyyat realist də olur, utopik də. Şair fərqli şeylər düşünə bilər də. Şeirin matoru, qanadları romantikadır. 37-ci ildə də, Böyük Vətən Müharibəsində də, amansız 60-cı illər reallığında da bu qanadlar qırılmışdı. Nə deyim, mənim bu düşüncələrim hamısı, məncə, gənclik düşüncələridir.

-Siz özünüzü neçənci illər ədəbi nəslinə aid edirsiniz?

-80-cı illər ədəbi nəsliyəm, ancaq o dövrlər özümüzü təsdiq edə bilmirdik, qoymurdular.

-Bəs sizcə, ən yaxşı ədəbi nəsil hansıdır?

– Ən yaxşı yox, ən çox tanınan 2000-cilər ədəbi nəslidir.

-Tez-tez belə söhbət olur ki, bəs niyə dünyaya çıxmırıq. Bildiyim qədəri ilə 20-30 ölkədə çap olunmusunuz. İndi sizi dünyaya çıxmış hesab etmək olar?

-18 kitabım çıxıb dünyada. Ancaq bunu mən necə deyim? Gərək kimlərsə desin. Di gəl, deyəsən, razılaşmırlar. Özümüz qoymuruq.

-Deyirsiniz, sizə qarşı qısqanclıq var?

-Nə deyim? Mən Səlim Babullaoğluna təşəkkür edirəm. Təşəbbüs ilk dəfə ondan idi. Sevil Gültənə şeirlərimi tərcümə elətdirmişdi, göndərmişdi Hollandiyaya. Bir neçə şairin içində Hollandiyada mənim şeirlərimi bəyəndilər. Hollandiya, eyni zamanda dünyaya müraciət etmişdi. Hər ölkədən bir şair seçilirdi. Getdim, səfirimiz də qarşıladı. Artıq mən gedənə qədər iki kitabım çap olunmuşdu, qonorarımı da verdilər.

-Yəqin ki, qonorar yüksək olar…

-Pis deyildi, yevroyla verdilər, yaxşı pul edirdi. Sonra da ordakı şairlər çap elədilər. Orhan Güner, Ron Margules məni tərcümə etdi. Sonradan Türkiyədə də üç kitabım çap edildi Orhan Güner tərəfindən. Fransız dilinə Jean Marie Flemal tərəfindən. Ye Mimiyə göndərmişdilər, o cür çap olundu. Belə-belə başladı. Onlar bizim kimi deyillər ki, imzanın üstündən xətt çəkələr. Hətta Sergey Yesenin sağ qalan oğlu Aleksandır da şeirlərimi də istəmişdi. Demişdilər, bu cavan oğlan SSSR-nin tabeçiliyi altında yaşayıb, Rus dilində çap olunmalıdır. Rozi Thorori göndərmişdi şeirlərimi, o da bəyənmişdi. Çox təəssüf, dünyasını dəyişdi, mətbuatda yaza bilmədi. Onların çoxu haqqımda məqalələrdə yazmışdılar. Məsələn, Ron Margules yazmışdı ki, mən Xəzər dənizinə baxıram, onun sahilində Qəşəm Nəcəfzadə var. O müsəlmandı, araq içmir, ancaq mən indi onun sağlığına viski içirəm.

-Hmm, maraqlıdır…

-Bilirsən, Orxan, şair gərək maraqlı olsun. Mən bu yaşımda da maraqlı hərəkətlər edə bilərəm, təfəkkür çevikliyim var. Rotterdam şəhərində sevgi şeirləri gecəsiydi. Zal dolmuşdu. Dünyadan gələn şairlər var idi. İnanarsan ki, orada mahnı oxuyaram?

-İnanaram. Nə mahnısı oxudunuz?

-Bağa girmərəm sənsiz. Dilbərimi. Yavaşdan oxudum, zal coşdu. Alqışladılar, təkrar oxutdular. Məni Ərəb dilinə tərcümə edən Fatma Noot çıxdı səhnəyə, dedi, atam Türkdü, anam Ərəb. Dilbərim sözünü başa düşdüm, yerimi verirəm Qəşəm Nəcəfzadəyə, yenə oxusun bu mahnını. O mahnıyla məşhurlaşdım, ancaq mən oxuyan deyiləm axı. Yaxud da, məndən sonra səhnəyə Tayvan şairi Ye Mimi çıxdı. Boyu çox balacadır, mikrafonu nə qədər aşağı əydilərsə, çatmadı. Qəfil səhnəyə çıxdım, oturacaq stolu gətirdim, Ye Mimini qaldırıb qoydum stola. Zal qəşş edib güldü. Ancaq burada edə bilmərəm.

-Adama gülərlər…

-Gülsələr, yaxşıdır vallah.

-Mən belə başa düşürəm ki, burada sizi çoxlarının gözü götürmür…

-Nə deyim, vallah. Bəlkə də, adamların çoxuna maraqlı deyil. Müsahibədir deyə danışıram. Ayrı gedim kimə nə danışım? Kəramət də qulaq asmır(gülür). Nə bilim. Çalışıram öz dünyamda olum. Özümə dünya qurmuşam, orada yazıram, düşünürəm. Adi bir şey deyim. Mən müəlliməm. Tələbələrimdən də çox şey öyrənirəm. Bir dəfə Əl Oyunları Sarayında mənimlə görüş idi. Bir şeir oxudum ki, nəvəm kuklaya don tikib, ancaq don çox uzundu, oturub gözləyir ki, kukla böyüsün. Uşaqların içindən biri çıxdı, hövlnak mikrafonu götürüb dedi, o kukla heç vaxt böyüməyəcək, nəvənizə deyin, donun ayağını kəssin. İnan, həyəcanlandım. Reaksiyaya bax sən. Şeirə də necə diqqətlə qulaq asıb. Çıxış yolu axtarıb. Şeir həm də çıxış yolu verməlidir. Sevəndə ayrılıq, ayrılanda da sevgidən yazmışam. Bilirəm ki, bir gün öləcəm, ölüm haqqında yazıram. Sevdiyim bir misra var idi; səni tapan gündən itirmişəm. Nazim Hikmətin bu sözünə çox həyəcanlanıram. “Bu gün mən sənin üçün çox darıxdım. Bunu sən nə vaxt oxuyacaqsansa, fərqi yoxdur”. Tükənmək dedik e, bax budur. Həyəcanlana bilməyəndə adam qocalır. Əgər bir misra da həyəcanlandırırsa, tükənmək söhbəti yoxdu.

-Rəsul Rza-Anar, Səməd Vurğun və oğlanları, növbəti Qəşəm Nəcəfzadə və Kəramət Böyükçöl necə?

-Olsun, olsun. Amma mən Kəramətlə ədəbi müstəvidə danışa bilmirəm, söhbətlərimiz uyğun gəlmir.

-Niyə ki?

-Mən istəyirəm, Kəramət ədəbiyyatla məşğul olsun.

-Bəs nə edir? Yazır axı.

-Azdır. İstəyirəm ki, evdə işığı səhərə qədər yansın, yazsın. Hər gün itiləyirəm.

-Bəlkə, heç Kəramət sizi bəyənmir, yenilikçi kimi görmür?

-Yox, elə deyil. Kəramət əziyyət çəkir. Çünki primitiv adam deyil. Məsələn, mən Əli Kərimi sevirəm. Amma o mənə əziyyət verir. Onun kimi yaza bilməməyim əziyyət verir.

-Kəramət də sizin kimi yaza bilməməyin əziyyətini çəkir?!

-Ola bilsin, Kəramət də bunun əziyyətini çəkir. Nə bilim. Hərənin öz yolu var. Daha dəqiq, hərə gərək öz izini dəqiq bilsin. Adicə bir söz deyim. Qismət Rüstəmov var da, tanıyırıq. Bir şeirinin sonunda dörd dəfə “Sən heç bilirsən it kimi darıxmaq nədir?” yazıb. Tufarqanlı yazır ki, “Abbası ağlamada gör, Abbası ağlamada gör, Abbası ağlamada gör, Abbası ağlamada gör”. Yəni, Abbası ağlayanda gör, ağlamayanda gör, kəfəndə gör. Tufarqanlıda bu var. Qismətdə bu varmı? Özləri forma götürürlər, məni görəndə də gözlərini yumurlar.

-Deyəsən, Qisməti bəyənmirsiniz?

-Yox, bəyənməmək deyil. Qismətin bir şeiri də var. Filankəsin selekon dodağı filan. Hər yerdə də oxuyur. Dost kimi dedim ki, bu, poeziya deyil. Bir gün bunu yazdığına, oxuduğuna görə peşman olacaqsan. Qismət o qədər kitab oxudu ki, artıq poeziyasını öldürdü.

-İntellektuallıq istedadı öldürür?

-Bəli.

-Alternativiniz nədir? Çox oxumamaq?

-Təkcə o yox. Oxumaqla ehtiyatla davaranmaq lazımdır. Oxumaqla ehtiyatla davranmaq silahla davranmaq kimidir. Ona ən birinci dəfə bunu mən demişdim ki, o qədər oxudu, yaza bilmədi. İndi bu söhbətləri də heç kim deməz.

-Niyə, qorxurlar?!

-Normal Sovet əxlaqları var da. Deyirlər, niyə deyim? Deyib özlərini pis etmirlər bir az da. Ancaq bütün hallarda gəncləri sevirəm. Aqşin Yenisey də gözəl şairdir. Ancaq hansının nöqsanını deyirsənsə, adamı ilan kimi çalırlar. Mən də nöqsanlarını bilirəm axı. Qurd düşər bilmədiyim şeyə. 80-cı illərdən ədəbiyyatın içindəyəm.

-Şair Qəşəm Nəcəfzadə oğlu, yazıçı Kəramət Böyükçöldən az tanınmağına görə narahat olduğu olurmu heç?

-Yox. Əksinə, sevinirəm. İndi Kəramətə görə tanıyırlar çox vaxt, hörmət edirlər. Ata buna sevinər ancaq.

-Kəramət də gəncdir, atalığı qırağ qoyub tənqid edin də.

-Etmişəm, edirəm də. Yazmaq lazımdır. Olur, bəzən özümdə də olur. Yazmaq istəyirsən, nəsə çıxır, vaxt olmur. Şeir gəlir, deyirəm, qaz qurtarıb, vurum gəlim yazaram. Vururam, sonra deyirəm ki, saytlara baxım görüm təzə nə xəbər var? Sonra da deyirəm, yatım, tezdən yazaram. Tezdən gedirəm işə, fikirləşirəm ki, gələndə yazaram. Minə qədər yarımçıq şeirim var. O səhifələri açanda əllərim üşüyür. Bəzən duyğular qırılır, misralar yox. Bu isə çox niskilli, ağrılıdı. Bəzən ağlamaq istəyirəm buna görə.

-Siz bir tərəfdən də daim görüşlərdə olursunuz. Niyə ancaq sizi çağırırlar?

-Mən nə edə bilərəm? Çağırırlar da. Getməyim? Desəm, bu gün yoxdu vaxtdım, deyəcəklər, sabah gəl. Az-çox tanınıram da. Sosial şəbəkədə belə aktivəm, görürlər, bilirlər. Görüşlərdə görürlər ki, çox yaxşı, səmimi danışıram, yenə də istəyirlər. Ədəbiyyatımızı təbliğ edirəm, bunun nəyi pisdir?

-Yazıçılar Birliyində, “Azərbaycan” jurnalında işləyirsiniz. Yazıçılar Birliyi çox tənqid olunur. Narahat deyilsiniz?

-Qətiyyən. AYB-dən çox razıyam, orada işləyirəm, ora məbəddir. Anar müəllimin xətrini çox istəyirəm. Anar müəllim elə belə adam deyil axı.

-Deyirsiniz, gənclər tənqidində haqsızdırlar?

-Onu tənqid edənlərin hamısı axırda Anarı qəbul edəcəklər. Belə deyim, yüz faiz bilirəm ki, Şəhriyar Del Gerani bir gün üzümə ağ olacaq. Bir müddət küsülü qalacaq, sonra zəng edəcək ki, ustad, hardasan, necəsən? Sonra yenə küsəcək. Çünki istedadlıdı. Bu, istedadın xarakteridi.

-Yəni, Şəhriyar etibarsız adamdır?

Yox e. Bir-birinə sadiq olmağın özü də əzabdır. Düz edir, əslində. Adam küsüb gedəndə təzələnməyə gedir. Gedirsən ki, təzədən gələsən.

-Heç fikirləşmisiniz ki, AYB-də olmalı deyilsiniz? Azad ruhdan danışırsınız, ancaq AYB çərçivəli qurumdur.

-Oğlum Kəramət AYB-ni ən sərt şəkildə tənqid edib. Ancaq AYB-də bir nəfər də mənə bir söz deməyib. Azad deyilsə, deyərlər. Anar müəllim də böyük insandır ki, Kəramətə cavab verir. Şəxsən mən cavab vermərəm. O da elə onun gəncliyindən irəli gəlir. İndi elə gənc şairlər var ki, artıq qocalıblar.

-Sözü Nadir Yalçına atırsınız…

-Nadir istedadlı oğlandır. Elə gənclər var ki, çox hiyləgərdir. Özlərini elə aparırlar, guya yaltaq zad deyirlər. Ancaq elə adamların yanından çıxırlar ki, adam məəttəl qalır.

-Yaltaqdırlar?

-Oyunçudurlar.

-Azərbaycan jurnalında 25-26 manat qonorar verirsiniz. Bu sizi narahat eləmir?

-Büdcə yoxdur. Yenə də Anar müəllim sağ olsun, danışdı, Media Agentliyi pul ayırır. Ayırmaya da bilərdilər.

-Yeri gəlmişkən, Anar deyib ki, bir daha sədr olmayacaq, belə olanda da Anarın yerinə namizədlər axtarılır. Heç o kresloda gözünüz olubmu yaxşı mənada?

-Heç vaxt. Yenidən Anar müəllimin sədr olmağını istəyirəm.

-Olmayacaq axı özü. Yenə istəmərsiniz?

-İstəmərəm.

-Anar müəllim özü desə ki, sədr Qəşəm Nəcəfzadə olsun. Yenə də istəmərsiniz?

-İstəmərəm. Onda da deyərəm, Ramiz Rövşən demiş, bir arzum da həyata keçmədi. Məni sədr qoydular(gülür).

-Xalq şairi necə, Anar müəllim təqdimatınızı niyə etmir?

-Xalq şairi də olmaq istəmirəm.

-Səbəb?

-İstəmirəm də.

-Ancaq başqa mükafatlar alırsınız. İstəmirsinizsə, onları da istəməyin də.

-O birilərini də ədəbiyyata xidmətimə görə verirlər. Sağ olsunlar, dəyərləndirirlər..

-Ev də istəməmişdiniz?

-Yox, 40 ildir ədəbiyyatla məşğulam. Xidmətlərimi nəzərə alıb Mehriban xanım mənzil verdi, təşəkkür məktubu yazdım. Sağ olsun! Şairə ev hədiyyə verilirsə, buna sevinmək lazımdır, Orxan.

-Dedilər, evi Kəramətə veriblər, adı sizindir.

-Düzgün söhbət deyil. Özəl televiziyaların biri sual verdi ki, ev veriləndə Kəramət sevindi? Nə deyim? Adamın atasına mənzil veriləndə oğul necə olar? Hansı cavabı versəm, nəsə söz tapıb deyəcəklər. Ata ilə oğulu üzbəüz qoymağa çalışırlar. Axırda da dedim, xəbərim olmadı, özündən soruşarsınız sevindi, ya yox.

 -Özünüzü uğurlu adam hesab edirsiniz?

-Özümü zəif şair hesab edirəm. Elə bilirəm, hələ təzəyəm. Məsələn, təzə olduğunu hiss eləmək çox yaxşı hissdir.

Müsahibəni oxuyanlara sonda hansı şeiri deyərdiniz?

-İki misra deyəcəm:

“Deyirlər, çox kökəlmişəm

Bax gör səni necə unutmuşam”.

Söhbətləşdi:Orxan Saffari

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 May 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see17259

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see1035

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see235

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see173

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see168

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see149

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see146

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see144

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see139

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see136

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see135

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see135

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see133

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

16 Noyabr 2025 12:27see133

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see131

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see129

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see129

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see129

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see129

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

16 Noyabr 2025 23:38see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri