Icma.az
close
up
RU
Genetik kodlarımızı pozan bəla TƏHLÜKƏ

Genetik kodlarımızı pozan bəla TƏHLÜKƏ

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Dünya əhalisinin 60 faizi onun əsiridir və bu məhkumluqdan məmnundur

Əlimizdən yerə qoymadığmız, dünənki modeli köhnə hesab edib, sabahkı modeli əldə etmək üçün pul yığaraq işbazların dəyirmanına su tökürük, xəbərimiz yoxdur. Sağlamlığımızı qurban verdiyimiz mobil telefonların yaydığı təhlükəli xəstəliklər barədə qələmə aldığımız bu yazıda fərqində olmadan verdiyimiz qurbandan və mobil telefonların təhlükəsindən bəhs edəcəyik.

İlk mobil cihaz

İlk mobil telefonun ixtiraçısı olan amerikalı Martin Koper olub, o Motorola şirkətinin mühəndisi idi. Mobil telefonu o 1973-cü ildə kəşf edib. Amma mobil telefonun satışa çıxarılması 10 il çəkdi, çünki mobil telefonun işləməsini təmin etmək üçün mobil şəbəkə yaradılmalı və stansiyalar inşa edilməli idi. İlk mobil aparat bir kilodan bir qədər artıq olub, 25 sm. uzunluğunda idi, cəmi 20 dəqiqə enerji saxlaya bilirdi. İxtiraçısı sonralar bu barədə danışanda “yaxşı ki, ağırlığı baxımından onu çox əldə saxlamaq olmurdu” deyərək, mobil cihazların yaydığı xəstəliklər barədə deyilənləri təsdiqləmiş oldu.

Avropa Telekommuniyasiya Standartları Komitəsi 1982-ci ildə GSM-i, yəni “Global Sistems Mobile” şirkətini yaratdı. GSM-in mərkəzi hesab edilən Finlandiyada 1991-ci ildə ilk mobil telefon Nokia 1011 model telefon istehsalı edilir və 4000 dollara satışa çıxarılır. Beləliklə, dünya bəşərliyyətin yeni ixtirası və gələcək bəlası ilə tanış oldu. Bu illər ərzində mobil telefon çox dəyişdi, görünüşünə, çəkisinə, modelinə görə xeyli inkişaf etdi. Daha nazik, daha kiçik, daha çox enerji saxlayan, daha yaraşıqlı telefon istehsal etmək üçün istehsalçı şirkətlər indi bir-biri ilə yarışa girib.

İlk istifadəyə verilən mobil telefonların sim kartı olmurdu, telefona qeydiyyatlı olan nömrə mobil cihaza ötürülən siqnal vasitəsi ilə işləyirdi. Ölkəmizə gətirildiyi ilk vaxtlardan bu günədək mobil cihazlara maraq səngiməyib, əksinə, cəmiyyətimiz hər gün bir az da çox onun əsirinə çevrilir. Məktəbli uşaqdan təqaüdçülərədək hamımızın cibində gəzdirdiyi mobil telefon əslində sağlamlığımızı əlimizdən alır, yeni xəstəliklərin yaranmasına səbəb olur. Onların yaydığı elektromaqnit radiasiya beyin şişi, müxtəlif növ xərçəng xəstəlikləri, kişilərdə sperma sayında azalma, beyində bərpaolunmayan hüceyrələrin məhvi kimi bir çox xəstəliklər yaradır.

Məlumat üçün qeyd edək ki, hazırda mobil telefonların 70 faizi Çində istehsal edilir. Beynəlxalq təşkilatılardan birinin Çində keçirdiyi sorğu nəticəsində respondentlərin 70 faizi mobil telefonsuz yaşaya bilmədiyini, ingiltərəli gənclərin 69 faizi isə telefondan asılı olduğunu etiraf edib.

2000-ci ildə dünya əhalisinin yalnız 12 faizi mobil telefon istifadəçisi idisə indi 60 faizdən çoxu, təxminən 5 milyard insan smartfonlardan istifadə edir. Digər tərəfdən, dünya əhalisinin demək olar ki, 67 faizi ağıllı və ya olmayan istənilən növ mobil telefonuna sahibdir.

Hamilələr və uşaqlar təhlükə altındadır

Tibb elminə görə insan beyninin inkişaf mərhələsi 25 yaşadək davam edir. Nəzərə alsaq ki, zəmanəmizin uşaqları mobil telefonla hələ ana bənindəcə tanış olurlar, 9 ay anasının sayəsində o şüalanmaya məruz qalır və doğulan kimi evdəki insanların sayı qədər mobil telefon şüası altında yaşamağa başlayır, o zaman problemin nə qədər erkən başlamasının fərqinə vararıq.

Hamiləlik dönəmində mobil telefondan istifadə məsləhət görülmür. Çünki hamiləliyin ilk 3 ayında radiasiya daha təhlükəli olaraq uşaqsalmalara belə səbəb ola bilər, orqanizm güclü olub yarımçıq hamiləliyin qarşısını aldığı təqdirdə isə körpələrdə radiasiyanın mənfi təsirləri qalır.

Mobil telefon istifadəsinə görə dünya ölkələri arasında ən yüksək pillələrdə qərarlaşan Rusiyadakı telefon sevgisi alimləri narahat edib və bir-birinin dalınca araşdırmalar aparırlar. Rus alimlər mobil telefon istifadə edən 5-12 yaş arası uşaqlar üzərində 5 illik bir araşdırmanı yekunlaşdıranda məlum oldu ki, nəticələr olduqca narahatlıq doğurandır. Mobil telefon istifadə edən uşaqların beyin inkişafında axsama müşahidə edilib, habelə onların məlumatları qavramasında gerilik, diqqət dağınıqlığı, əsrimizin bəlası hesab edilən autizm kimi xəstəliklərə düçar olması da məlum olub.

Amerikalı və danimarkalı alimlər 1990-cı illərin sonunda doğulmuş olan 13 min uşağı araşdırdıqdan sonra təyin etdilər ki, hamiləlik zamanı gündə 2-3 dəfə mobil telefon istifadə edərkən doğulan uşaqda davranış pozuqluğu ehtimalı 54 faiz yüksəlir. Risk, uşaq mobil telefonla 7 yaşından əvvəl tanış olsa 80 faizə qədər yüksəlir. Ətraf aləmi ilə uyğunlaşma problemi 49, hiperaktivlik vəziyyəti 35, yoldaşları ilə problemli ünsiyyət qurma vəziyyəti 34, habelə ruhi-psixoloji baxımdan problemli olması nisbəti 25 faiz artır. Rəqəmlər qorxuludur, deyilmi?

3 radiasiya növündən biri mobil telefondur

Radiasiya ilə adətən, 3 formada qarşılaşırıq, bunlardan biri diş və ağciyər rentgeni zamanı olur, ikinci xərçəng xəstəliyinin müalicəsi zamanı kimyaterapiyaya məruz qalanda olur, üçüncü radiasiya qarşılaşması isə mobil telefon, internet, tv, mikrodalğalı sobalar və bu kimi cihazlardır.

Beynəlxalq Xərçəng Araşdırma Agentliyi (IARC) isə çoxdan mobil telefonların və onların stansiyalarının yaydığı şüaların yaratdığı elektromaqnit sahələri təhlükəli elan edərək kanserogen ehtiva edən 2-B qrupuna daxil edib. Bu səbəbdən də inkişaf etmiş ölkələrdə mobil stansiyaların qüllələrinin olduğu yerlərdə yaşayış məntəqələri olmur.

Mobil telefonun ilk 24 saatda orqanizmə verdiyi zərərləri sıralasaq – görmə problemləri, ürək narahatlığı, yaddaş pozğunluğu və beyin şişi yaratma ehtimalı, güclü stress və yorğunluq, eşitmə problemləri, qulaqlarda küy, diqqət dağınıqlığı, yarımçıq hamiləlik, qan hüceyrələrinin balansının pozulması, baş ağrıları və gicəllənməsi, immunitet sisteminin pozulması kimi problemləri yaza bilərik.

Əgər siz 10 ildir mobil telefondan istifadə edirsinizsə o zaman indi sadalayacaqlarımız elə sizə də aiddir. Yüksək təzyiq, genetik strukturun pozulması, kişilərdə sperma sayının azalması, ağ qan xərçəngi, dəri xərçəngi, qan dövranının pozulması. Həkimlər deyir ki, hər gün yarım saat mobil telefonla danışmaq sizi 10 il içində xərçəngin ən ağır formasına yoluxdura bilər. Gündə 1 saat mobil telefonla danışmaq bu müddəti 5 ilə endirir.

Özümüzü necə qorumalı?

Ekspertlər avtomobil idarə edərkən telefonla danışmağı qətiyyətlə qadağan edir. Belə ki, telefona cavab verən sürücü həm danışığa diqqətini yönəldərək yola nəzarəti itirir, həm də telefonun yaydığı radiasiya sayəsində operativ qərar qəbul etmə, çətin situasiyadan asanlıqla çıxma, manevr etmə qabiliyyətlərini itirir. Araşdırmalara görə mobil telefon ən çox gecələr zərərlidir, ona görə də çalışın yuxulu ikən telefonla danışmayın, yaxşı olar ki, gecələr mobil cihazınızı bağlayasınız. Mobil telefonunu gecələr balışının altına qoyub yatanlar isə beyin xərçənginin ən birinci qurbanları siyahısına liderlik edir.

Nəzərə alın ki, telefona zəng daxil olan zaman şüalanma 50 faiz çoxalır. Məhz buna görə telefonu bədəninizə yaxın yerdə saxlamayın, əl çantanızda, iş masanızda saxlasanız radiasiyadan bir qədər qurtulmaq mümkündür. Son illər kişilərdə sonsuzluğun artmasına bir səbəb kimi də mobil telefonlar göstərilir. Belə ki, kişilər adətən telefonu şalvar cibində saxladığı üçün sperm sayında azalma olur. Qadınlar telefonu adətən çantada saxladığı üçün radiasiyadan nisbətən qorunmuş olur. Yol gedərkən mobil telefondan istifadə məsləhət görülmür, çünki hər dəfə ötürücü stansiya dəyişdikcə bədənə 50 dəfə çox enerji yüklənir.

PS: Dünyanın rabitə nəhənglərindən olan AT&T üçün işləyəndə mobil telefonunun sağlamlığa heç bir zərərini olmadığını deyən məşhur professor Georgi Karlo işdən çıxandan sonra qələmə aldığı məqaləsində deyir: “Labarotoriyada aparılan təcrübələr nəticəsində öyrəndik ki, mobil telefon radiasiyası insanın genetik kodlarını pozur”...

Lalə Mehralı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:234
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Aprel 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri