Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Bu divarlar bizim üçün çox doğmadır...” 69 yaşlı AzTV dən REPORTAJ VİDEO

“Bu divarlar bizim üçün çox doğmadır...” 69 yaşlı AzTV dən REPORTAJ VİDEO

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 14 fevral, Günel Türksoy, AZƏRTAC

Bu gün Azərbaycan televiziyasının (AzTV) yaranma tarixidir. 69 il bundan əvvəl, ağ-qara təsvirdə “Diqqət-diqqət, göstərir Bakı” sözləri ilə efirə çıxan televiziya ötən illər ərzində mürəkkəb və şərəfli inkişaf yolu qət edib. Hələ yarım əsr bundan əvvəl Azərbaycan tamaşaçısı ölkədə və dünyada baş verənləri televiziya ekranlarından görməyə AzTV-dən başlayıb. Zaman keçdikcə isə tamaşaçılar bu ağ-qara ekranlı “qutu”nun təkcə xəbər yayımlamaq funksiyası daşımadığını, insanları maarifləndirməyə xidmət etdiyini də görüblər. Sonralar maddi-texniki cəhətdən inkişaf edərək tamaşaçıların rəngli verilişlərlə gözlərini oxşayan dövlət televiziyası artıq müasir standartlara əsaslanan rəqəmsal yayıma keçib. 1990-cı illərdən etibarən ölkədə bir sıra özəl telekanallar yaranmağa başlasa da, AzTV tamaşaçılar üçün yeganə dövlət televiziya kanalı funksiyasını daşıyır.

Biz də AZƏRTAC-ın əməkdaşları olaraq bayram günü ərəfəsində dövlət televiziyasının qonağı olduq, həmkarlarımızın bayram sevincini bölüşdük.

Söhbətimizə AzTV-nin veteran əməkdaşı, Mədəniyyət telekanalının direktoru, tanınmış aparıcı, Əməkdar artist Dilarə Səlimlə başlayırıq. Televiziyanın uzaq və yaxın keçmişinə nəzər salan Dilarə xanım 1960-cı illəri Azərbaycan televiziyasının qızıl dövrü kimi xarakterizə etdi. Həmin dövrün bütün sənət, incəsənət və mədəniyyət aləmi üçün intibah dövrü kimi yadda qaldığını, həmçinin yeni şəxsiyyətlərin formalaşmasının televiziyanın da inkişafına müsbət təsir etdiyini bildirərək dedi:

- Bu gündən keçmişə nəzər saldıqda görürük ki, televiziya çox böyük dəyişiklik mərhələsi keçib. Bugünkü televiziya verilişlərini həmin dövrlə müqayisə etdikdə həm texniki, həm yaradıcılıq, həm də redaktor-rejissor işi baxımından baş verən dəyişikliklər göz qabağındadır. Əgər həmin dövrdə biz televiziyaya sənət kimi yanaşırdıqsa, televiziya artıq bu günümüzün reallığına çevrilib, bu günümüzü əks etdirir.

Mən televiziyaya 35 il burada işləyən insan olaraq sənət kimi yanaşıram. Amma müasir dövrə nəzər salsaq, sosial şəbəkələrin inkişafı televiziyaya da təsir edir. Bu baxımdan televiziyanın özü də mahiyyət etibarilə dəyişiklik dövrünü yaşamaqdadır. Ancaq hesab edirəm ki, televiziya öz birinciliyini yenə də qoruyub saxlamaqdadır. Çünki hər kəs televiziyanı etibarlı mənbə hesab edir. Amma zamanla ayaqlaşmalıyıq, indiki tamaşaçılar nəyi tələb edirlərsə, biz də onu etməliyik.

“Televiziya həm sevgi, həm də məsuliyyətdir”

Tanınmış aparıcı Dilarə Səlim müasir tamaşaçının hazırda uzun-uzadı verilişləri, bədii filmləri, proqramları izləmədiyini diqqətə çatdırdı. O bildirdi ki, hazırda hər kəs sosial şəbəkələri izləyərək, oradan qısa məlumatları əldə edir: “Bu tempi və formatı televiziyaya daşımağın nə dərəcədə doğru olub-olmadığını bilmirəm, ancaq biz bunu etməliyik. Biz həm də texnoloji baxımdan inkişaf etməliyik. Müasir tamaşaçı nəyi izləmək istəyirsə, biz də verilişlərimizi həmin formada təqdim etməliyik”.

Rəhbərlik etdiyi telekanalın gələcək planlarından da danışan Dilarə xanım bildirdi ki, Mədəniyyət telekanalı yeni layihələr üzərində düşünür: “Hazırda tamaşalar Mədəniyyət telekanalında canlı olaraq nümayiş etdirilir. Bu yenilik ictimaiyyət arasında böyük əks-səda doğurdu. Həmçinin tamaşaçılar da bunu çox maraqla qarşıladılar. Teatrlarda nümayiş olunan tamaşaların premyeralarını belə biz canlı olaraq tamaşaçıların diqqətinə çatdıra bilirik. Belə olduğu halda tamaşaçı auditoriyası da genişlənir. Yeni verilişlər və layihələr üzərində iş gedir. Biz, eyni zamanda, müasir rejissorlarımızı da tamaşaçılara tanıdırıq. Azərbaycan televiziyasında “Muğam” müsabiqəsi də yayımlanır. Biz bu layihəni dünyaya da tanıda bilirik. Eyni zamanda, qiraət müsabiqələri də keçiririk”.

Dilarə Səlim 35 il bir kanalda çalışmağın artıq onun üçün iş yeri yox, ailə mənası ifadə etdiyini vurğulayaraq deyib: “Televiziya mənim həyatımın böyük bir hissəsidir. Bundan əlavə, televiziya mənim bugünkü günüm və keçmişimdir. Ümid edirəm ki, gələcəyim də olacaq. Mən televiziyanı tarix yazan məfhum kimi qiymətləndirirəm. Biz nə qədər zamanla ayaqlaşsaq da, həm də tarix yazırıq. Bütün bunları nəzərə aldıqda insan işinə daha çox məsuliyyətlə yanaşır. Televiziya həm sevgi, həm də məsuliyyətdir”.

“AzTV-yə gəlməzdən qabaq bu ifadəni, sadəcə, bir cümlə kimi təsəvvür edirdim”

Televiziyanın xəbərlər departamentinin gənc əməkdaşı, müxbir Rəhilə Həmidova AzTV-nin onun üçün böyük bir məktəb olduğunu bildirərək deyib: “Kənardan hər zaman AzTV-nin bir məktəb olduğu haqda çox eşidirdik. Buraya gəlməzdən əvvəl bu ifadəni, sadəcə, bir cümlə kimi təsəvvür edirdim. Ancaq bu kollektivin üzvü olduqdan sonra bu cümlənin mahiyyətini daha yaxşı dərk etməyə başladım. Azərbaycan televiziyasının müxbiri olmaq tamam fərqli bir duyğudur. Əvvəllər başqa televiziyalarda da təcrübəm olub, ancaq bura gələndə tamamilə başqa bir ab-havaya düşdüm. AzTV-də həqiqətən də işinin peşəkarları ilə çiyin-çiyinə çalışmaq fərqli bir hissdir. Bilirsən ki, sən burada daim inkişaf edirsən və hər dəqiqə, hər saat nələrisə öyrənirsən. Əlbəttə, buradan öyrənəcəyin çox şey var. Biz hər zaman xəbərə fərqli gözlə baxırdıqsa, burada xəbərin içində olmağın xəbərin özü olduğu bizə öyrədilir. Burada hər şeyə fərqli gözlə baxırsan. Yeni xəbər axtarmağı, daha əzmlə çalışmağı öyrənirsən. Bu kollektivdə məndən böyük və daha təcrübəli əməkdaşlar var. Biz cavanlar həmin təcrübəni elə gözümüzün qabağında görürük. Hətta qeyd etməliyəm ki, burada bizdən qat-qat təcrübəli insanlar da daim yeni nələrsə öyrənməyə can atırlar. Kollektiv böyük olmasına baxmayaraq, burada hər kəs ailə kimidir. Biz bir-birimizə çətin günlərdə arxa-dayaq oluruq. Problemin nə olmasından asılı olmayaraq, həmişə bir-birimizin yanındayıq. Rəhbərlik təkcə rəhbər kimi yox, eyni zamanda, insanın dostu kimi də yanındadır. Hər məsələdə bizə dəstək olmağa çalışırlar”.

“Bir müddətdən sonra çox ciddi şəkildə bura öyrəşirsən və buradan ayrılmaq olmur”

AzTV-nin Xüsusi layihələr studiyasının direktor müavini və rejissoru Şövkət Məhərrəmova üçün isə bu ilin başlanğıcını uğurlu il hesab etmək olar. Belə ki, Ş.Məhərrəmova Prezident İlham Əliyevin bu il yanvarın 31-də imzaladığı “2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Sərəncamı ilə Prezident mükafatına layiq görülüb. Söhbətimizə bununla başlayan Ş.Məhərrəmova adını Prezidentin Sərəncamında gördükdə çox böyük fəxr hissi keçirdiyini qeyd edərək bildirib: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin etimadına daim layiq olmağa çalışacağam. Bu etimad mənim məsuliyyət hissimi ikiqat artırır. Bundan sonra da hər zaman ölkəmizi xaricdə layiqincə təmsil etməyə davam edəcəyəm. Mən xüsusi layihələr studiyasının direktor müavini və rejissoru olaraq deyə bilərəm ki, bu illər ərzində studiyamız bir çox filmlərə və verilişlərə imza atıb. 2024-cü ildə bizim studiya 44 adda veriliş ərsəyə gətirib. Bu verilişlərin hər biri ayda iki və ya dörd dəfə yayımlanıb. Bu da aya orta hesabla 200-dək orijinal yeni buraxılış deməkdir. Bundan başqa, biz 28 film istehsal etmişik. Bunlar həm sənədli, həm bədii, həm də bədii-sənədli filmlərdir. Ötən ilin yadda qalan filmlərindən olan “Atamın kölgəsində” tammetrajlı bədii filmi Nizami kino mərkəzində nümayiş olundu. Bu film 8 Noyabr Zəfərimizə həsr olunmuşdu. Bu ilin əvvəllərində 20 Yanvar faciəsi ilə bağlı növbəti filmimiz işıq üzü gördü. Bu film “Yanvarda qalan” adlanır. Bu da qısametrajlı bədii filmdir. Filmin qəhrəmanı 20 Yanvar şəhidimiz İlqardır. Bu filmdə gənc şəhid İlqarın həyat hekayəsindən bəhs olunur. Bundan başqa, ötən il xüsusi layihələr studiyasının iki layihəsi Medianın İnkişafı Agentliyinin keçirdiyi müsabiqədə qalib olub və qrant mükafatını qazanıb. Biz, həmçinin hər həftə Qarabağa böyük qayıdışla bağlı sənədli filmlər hazırlayırıq. 2025-ci ildə də yeni filmlər və verilişlər ərsəyə gətirməyi planlaşdırırıq”.

Şövkət Məhərrəmova AzTV-nin onun üçün bir ailə olduğunu xüsusi vurğulayaraq deyib: “Bura elə bir yerdir ki, ilk gəldiyində onun nə olduğunu hiss etmirsən. Amma bir neçə müddətdən sonra çox ciddi şəkildə bura öyrəşirsən və buradan ayrılmaq olmur. Biz evimizdən daha çox burada oluruq. Bu divarlar bizim üçün çox doğmadır. Mən artıq beş ildir ki, burada çalışıram və buna görə də çox xoşbəxtəm”.

“Hətta efiri yarıda saxlayıb çıxmaq barədə də düşünürdüm”

Azərbaycan Televiziyasının gənc əməkdaşı, aparıcı Cavid Sadıqov da 69 illik tarixi olan bir televiziyada çalışmağın qürurverici hiss olduğunu qeyd edərək ilk efir gününü belə xatırlayır: “İlk efirimdə mədəniyyət xəbərlərini təqdim etmişəm. Altı il ötməsinə baxmayaraq, hələ də xatirimdədir, yay ayları idi. Həmin gün çox həyəcanlı idim. Düşünürdüm ki, efiri apara bilməyəcəyəm. Hətta efiri yarıda saxlayıb çıxmaq barədə də düşünürdüm. Lakin çalışıb bunun öhdəsindən gələ bildim.

Efirə çıxdığım gündən hər zaman burada çalışan peşəkarlardan öyrənmişəm. Onlar qüsurlarımızı bizə izah edərək başa salıblar. Biz də üzərimizdə çalışmağa davam etmişik. Fəaliyyətim dövründə ən çox yadda qalan xəbər buraxılışları işğaldan azad edilən ərazilərdən hazırladığımız materiallar olub. Həyatın ora geri qayıtmağı, ailələrin doğma yurdlarına köçməyi, birincilərin ilk dəfə dərsə getməkləri mənim həyatımda silinməz xatirələrə çevrilib”.

“Bu günə qədər 3 minə yaxın faylı elektron formatda arxivləşdirmişik”

AzTV-nin Video, kino materialları şöbəsinin redaktoru, televiziyanın 33 illik qocaman əməkdaşı Pəri Tağızadə isə əvvəllər filmoteka bölməsində çalışıb. O deyir: “Biz filmotekada lentlərin son illərdə bərpa olunmasında, onların annotasiyasının yazılması prosesində iştirak edirik. İndi həmin lentlər yeni avadanlıqlara köçürülərək efirə verilir. Videoteka bölməsində isə bizim əsas işimiz redaktor qrupları ilə birgə fəaliyyət göstərməkdir.

Redaksiyaların əməkdaşlarını yeni verilişlər hazırlananda arxivdəki materiallarla təmin edirik. Eyni zamanda, biz hazırda arxiv sistemini tam elektronlaşdırırıq. Bu günədək biz 3 minə yaxın faylı elektron formatda arxivləşdirmişik. Biz arxivdəki materiallara video şəklində baxırıq və onların geniş annotasiyasını yazırıq. 2019-cu ildən bu günədək hazırlanan materialların hamısını elektron sistemində arxivləşdirmişik”.

Azərbaycan Televiziyasının yaranması günü münasibətilə AZƏRTAC-ın əməkdaşları həmkarlarını təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayırlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Fevral 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see204

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see159

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see147

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri