Gia Volski: Gürcüstan Ermənistan Azərbaycan nizamlanmasında maraqlı ölkədir
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Gürcüstan Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasında maraqlı olan neytral ölkə kimi regionda təhlükəsizliyi təmin etmək potensialına malikdir".
Oxu.Az "Sputnik"ə istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin vitse-spikeri Gia Volski Prezident Mixail Kavelaşvilinin Ermənistana səfərini şərh edərkən deyib.
"Hesab edirəm ki, hər iki ölkə belə münasibət bildirir. Onların xarici işlər nazirliklərinin rəhbərləri bu yaxınlarda Tbilisiyə səfər zamanı da eyni münasibəti ifadə ediblər. Gürcüstan prezidentinin ilk səfərlərini Azərbaycan və Ermənistana etməsi bizim tərəfimizdən belə münasibətin simvoludur. Qonşularla, xüsusən də strateji tərəfdaşlarla münasibətlərin inkişafı bizim üçün xüsusi maraq kəsb edən sahədir", - o deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 29 Aprel 2025 00:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















