Icma.az
close
up
RU
Gimnaziada: Azərbaycan multi idman yarışlarında yeni tarix yazdı

Gimnaziada: Azərbaycan multi idman yarışlarında yeni tarix yazdı

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 17 aprel, AZƏRTAC

Serbiyada keçirilmiş Gimnaziada İdman Oyunları Azərbaycan üçün bir çox uğurla yadda qaldı.

AZƏRTAC xəbər verir ki, idmançılarımız 15 yaşadək məktəblilərdən ibarət yığmalar arasında təşkil olunmuş yarışlarda ən yaxşı göstəricisinə imza atdı.

Bunadək Azərbaycanın Gimnaziadada ən uğurlu nəticəsi ötən il U-18-lər arasında Bəhreyndə keçirilmiş turnirdə qeydə alınıb. Təmsilçilərimiz həmin yarışda 77 medala (23 qızıl, 26 gümüş və 28 bürünc) sahib çıxmışdılar. Bununla da komandamız multi-idman oyunlarını 7-ci yerdə başa vurmuşdu.

Bu il isə Azərbaycan Serbiyada tarix yazmağı bacardı. Gimnaziadada 191 idmançı (boks, şahmat, kamandan oxatma, 3x3 basketbol, çimərlik voleybolu, tennis, idman gimnastikası, badminton, parabadminton, üzgüçülük, paraüzgüçülük, stolüstü tennis, taekvondo, karate, cüdo, güləş, qılıncoynatma və atletika) ilə təmsil olunan komandamız Vətənə 85 medalla ( 35 qızıl, 22 gümüş və 28 bürünc) döndü. Bəhreyn Gimnaziadasında 23 idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdısa, bu il qızıl medal sayı 35-ə yüksəldi. Bu da Azərbaycan idmanının beynəlxalq arenalarda ildən-ilə nəticələrini yaxşılaşdırdığının əyani sübutudur.

Taekvondo və boks “qızıl” sayına görə digər idman növlərindən seçildi. Taekvondoda 10, boksda isə 9 təmsilçimiz birinci yeri tutdu. Ümumi medal sayına görə (25) isə güləşçilərimiz digər idmançılarımızı qabaqladı.

Azərbaycan müxtəlif əlilliyi olan idmançıların iştirak etdiyi parabadminton və paraüzgüçülükdə də medalsız qalmadı. Parabadmintonda (fərdi yarışda) 3 qızıl, 1 gümüş və 2 bürünc, paraüzgüçülükdə isə 1 gümüş və 2 bürünc medal əldə olundu.

İdmançılarımız şahmat, 3x3 basketbol, stolüstü tennis, atletika, parabadminton (komanda yarışı), kamandan oxatma və çimərlik voleybolunda isə fəxri kürsüyə qalxa bilmədilər. Lakin Gimnaziada həmin idmançılara gələcək yarışlara necə hazırlaşmalı olduqlarını göstərdi.

Beləliklə, Azərbaycan Çin, Ukrayna və Braziliyadan sonra Gimnaziada İdman Oyunlarını 85 medalla 4-cü pillədə tamamlayaraq ilkə imza atdı. Müsəlman ölkələri arasında İran 86 mükafat qazansa da, komandamız medalların əyarına görə qonşu ölkəni üstələməyi bacardı.

Serbiyadakı Oyunlarda rekord iştirakçı sayını nəzərə alsaq, 4-cü yeri Azərbaycan üçün kifayət qədər yaxşı nəticə hesab etmək olar. Belə ki, Gimnaziadanın keçirildiyi Serbiya 60-a yaxın ölkə və regionu təmsil edən idmançılar, məşqçilər və rəsmilər də daxil olmaqla, ümumilikdə 4000-ə qədər iştirakçını qəbul etdi.

Qlobal miqyasda multi-idman yarışlarında mübarizə aparmaq gənc idmançılar üçün yaxşı təcrübədir. Burada yeniyetmə idmançılar təkcə region ölkələrindən və ya Avropadan olan həmyaşıdları ilə deyil, həm də digər qitələrdən olan rəqibləri ilə üz-üzə gəlirlər. Bu da onların inkişafı üçün müsbət məqamdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Aprel 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri