Icma.az
close
up
RU
Gönaydın, manqurtlar VİDEO

Gönaydın, manqurtlar VİDEO

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Azərbaycanın COP29 triumfundan sonra baş verən maraqlı hadisələrdən biri də Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenin təbriki oldu. Niyə bu təbriki xüsusi qeyd edirəm? Çünki bu faktda bir etiraf mədəniyyəti var. Məsələn, eyni addımı Almaniyanın kansleri də ata, qarşı tərəfin qələbəsini Avropa Komissiyasının Prezidenti də etiraf edə bilərdi. Amma nə Şoltz, nə də Ursula Fon der Lyayenin məğlubiyyəti qəbul, qalibi təbrik etməyə gücü çatdı. Yəni, mən Baydenin Azərbaycanı təbrik etməsini məğlubiyyəti qəbul etməyin Trampla diz-dizə oturmaq şəklini nəzərdə tuturam.
Demirəm ki, bundan sonra Baydeni məsum siyasət bakiri hesab edək, amma onu mütləq qeyd etməliyik ki, bütün anti-Azərbaycan, anti-islam xislətinə baxmayaraq Bayden boynuna aldı ki, o və daxil olduğu Qərb bloku Azərbaycana uduzdu. Beləliklə,etiraf igidin yaraşığıdır, amma ortada edip kompleksinin deformasiyaya uğramış ştamından əziyyət çəkən, psevdo ögey ana uşağı  Makron nümunəsi də var. Fransa prezidenti Azərbaycana elan etdiyi “soyuq müharibə”ni yeni və dramatik mərhələlərə daşıyır. COP29-dakı kollektiv məğlubiyyətdən sonra Paris yenidən nümayiş etdirir ki, o, Bakı ilə xroniki düşmənçiliyini davam etdirmək niyyətindədir. Bu günlərdə Fransada tarixi hadisələrin saxtalaşdırılması ilə hazırlanmış yeni anti-Azərbaycan filmi də birmənalı şəkildə separatçı erməniçiliyə işləyir. Ümumiyyətlə, fransız dili münaqişə boyu ermənilərin ikinci ana dili olub. Məsələn, bir neçə gün əvvəl Kəlbəcərin işğaldan azad edildiyi tarixi günü qeyd etdik. Qürurumuzun Murov zirvəsindən həm də ən yeni tarixinə baxdıq. Mən indi yenidən Kəlbəcərə qayıtmaq istəyirəm. 31 ildə ilk dəfə görəcəyiniz iki faktı təqdim edəcəyəm. Onlardan biri Kəlbəcərə daxil olan işğalçı Ermənistan döyüşçülərinin Nizami Gəncəvini böyük rəsminin üstündə dayanan Azərbaycan bayrağını atəşə tutmasıdır. Bu kadrlarda Ermənistan öz işğalını Azərbaycanın bayrağına, mili qüruruna, dövlət ləyaqətinə atəş açmaqla qeyd edir. Həm də Kəlbəcəri ələ keçirməkdə əsas məqsədinin nə olduğunu anladır. Bu kadrlardan 31 ildə heç vaxt göstərmədiyim ikinci fakta keçirəm. Beləliklə, 1993-cü il aprel ayının 2-si işğaldan 5-10 dəqiqə sonra Ermənistan komandirinin təmiz fransızcası “Marseldə olan dostlarımıza” deyərək xitab edir. Kəlbəcərdə işğaldan dərhal sonra istifadə edilən dil fransız dilidir. İşğalın, ədalətsizliyin, haqsızlığın dili. Və Fransanın prezidenti bu gün Ermənistana var-gücü ilə dəstək verən Emanuel Makron da 1993-cü ildəki müştərək işğalın dilində danışır. Bir daha əmin oluruq ki, Fransa başda olmaqla Qərbin ermənilər üçün canfəşanlığı indinin işi deyil. 
Parisin barmaqlarına keçirdiyi dili və dini bizdən azərbaycanlı olan manqurtbaşlar da var. Qondarma, dırnaqarası azərbaycanlılar. Fransa da daxil olmaqla ayrı-ayrı dövlətlərin ərazisində mənzillənmiş Azərbayana qarşı azərbaycandilli satqın qrupundan da istifadə edilir. Bu qrupu Qərbin xüsusi xidmət orqanları öz maddi və mənəvi himayəsində saxlayır. Bizim daha çox “söyüş müxalifəti” kimi tanıdığımız belə xəyanətkarların müxtəlif beynəlxalq tədbirlərdə çıxışına da sığındıqları dövlətlər, ya Almaniya, ya Fransa, ya onlardan bir başqası rəsmən şərait yaradır. 
Məhəmməd Mirzəli – onun davranışı, istifadə etdiyi tribunalar, yararlandığı ruporlar, mübarizə texnologiyalarının arxasından Fransa xüsusi xidmət orqanlarının qulaqları görünür. Yoxsa İkinci Qarabağ müharibəsinin dünyanın baş xəbəri olduğu bir zamanda potensialı sadəcə virtual bomjluğa çatan internet səfili haqqında sualla Azərbaycan Prezidentinə Fransanın aparıcı telekanalının nümayəndəsi niyə müraciət etməli idi ki?! Onu gah ermənilərin maraqlarına xidmət edən filmə çəkirlər, o, burada Azərbaycanın Qarabağda apardığı haqq davasını öz erməni əqidədaşları ilə birlikdə hədəfə alır. Məhəmməd Ermənistan televiziyalarına müsahibəni də Fransa xüsusi xidmət orqanlarının tapşırığı ilə verir. Nəyi necə deməyi ona məhz buradan diqtə edirlər. 
Bir başqa xüsusi xidmətçi Tural Sadiqli Almaniyada qərarlaşıb. Əldə etdiyimiz məlumatlara görə onu da ölkənin xüsusi xidmət orqanları idarə edir. Xaricə yolu məişət və əxlaq zəminində, dərinə getsək, dədə-baba səviyyəsində irsə sirayətedici keyfiyyətdə pozuntulara görə qanunun təqibindən qaçmaqla başlayan bu anti-gigiyenik dırnaqarası varlıq özünü siyasi təyinatlı nəsə təqdim etməyə çalışır. Ondan da vətənə xəyanət kolleqası Məhəmməd Mirzəli kimi Avropa İttifaqı Parlamentində ermənilərlə, onların fransalı himayədarları ilə birlikdə vətənə - Azərbaycana qarşı mübarizədə istifadə edirlər. İstifadə müddəti nə vaxt bitəcək, hələki bəlli deyil. Onların mübarizə üsulu söyüş və təhqir, ən iyrənc küçə sözləridir. Fransa, Almaniya xüsusi xidmət orqanları onlardan istifadə etməklə milli-mənəvi dəyərlərimizi gözdən salmağa çalışır, internet gədələrinin lüğəti sayəsində izləyiciləri küçə söyüşlərinə, təhqirə vərdiş etdirirlər. 
Xarici kəşfiyyatın qucağında oturaraq abırları ilə yanaşı əqidələrini, milli kimliklərini itirmələri ilə barışanlar öz analarına belə atəş açmağa hazırdırlar. Manqurtun beyni başının dərisinin üzərinə yapışdırılmış gönün təsiri və təzyiqi altında geriyə bitən tüklərin dözülməz ağrısı nəticəsində anaya belə atəş açmaq həddində korlanıb. Ona görə də Vətənin əldə etdiyi istənilən uğur bizim manqurtlardan ötrü dərdə, qazanılan hər bir milli və ya beynəlxalq nailiyyət faciəyə çevrilir. Manqurtun əlində anaya atılan oxla Kəlbəcərdə bayrağımıza açılan atəş arasında qan qohumluğu var. Tural Sadiqli, Məhəmməd Mirzəli kimi anasından, Vətənindən bixəbərlər indi bu oxu anasına atır. Fərq burasındadır ki, onlar çox alçaqda, Azərbaycan isə çox ucalarda olduğundan ox hədəfə çatmır, elə alçaqda da qalır. (Real.TV)
Törə Zeynallı
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Noyabr 2024 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see305

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see295

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see276

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see256

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see244

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see238

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see184

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see183

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see178

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see168

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see166

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see166

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see166

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see166

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see165

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see163

OpenAI 2027 ci ildə birjaya çıxmağı planlaşdırır

20 Avqust 2026 03:04see160

Sibel Canın son halı diqqət çəkdi (Video)

20 Avqust 2026 06:06see154

Bu tarixlərdə insanlar avtoqəzalarda daha çox ölür?

20 Avqust 2026 00:45see151

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri