Goranboyda ata qızını öldürən kürəkəni bağışladı
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Goranboyda həyat yoldaşı İ.Talıbovanın qətlində ittiham edilən 39 yaşlı M.Əliyevin (soyadlar şərtidir) məhkəməsi başa çatıb.
Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Araşdırmalarla müəyyən edilib ki, M.Əliyev həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirib.
Belə ki, kişi arvadını digər şəxslərə, eyni zamanda öz xalası oğluna qısqanıb. Bu səbəbdən ailədə münasibətlər kəskinləşib, nəticədə M.Əliyev xanımını bıçaqlayaraq qətlə yetirib.
Mərhumun atası məhkəməyə sənəd təqdim edərək M.Əliyevdən şikayətçi olmadığını bildirib.
Məhkəmənin hökmü ilə M.Əliyevə 9 il həbs cəzası verilib.
Baxış sayı:85
Bu xəbər 18 İyun 2026 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















