Icma.az
close
up
RU
GoTürkiye dən yeni orijinal mini serial

GoTürkiye dən yeni orijinal mini serial

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


GoTürkiye-nin təqdim etdiyi yeni orijinal mini-serial — “İstanbul, Mənim Sevgilim” — texnologiya ilə duyğuların, məntiq ilə taleyin toqquşduğu unikal bir hekayədir.
Newscenter.az xəbər verir ki, hadisələr Türkiyənin ürəyi sayılan, tarix və müasirliyin iç-içə keçdiyi İstanbulda cərəyan edir. Serial həm şəhərin əsrarəngiz görüntülərini, həm də iki fərqli dünyanın insanını bir araya gətirən dramatik gedişatı tamaşaçıya təqdim edir.
Baş qəhrəman İstanbul (Afra Saraçoğlu) parlaq zəkaya və böyük ambisiyalara sahib gənc bir proqramçıdır. O, həyatın müxtəlif sahələrində, o cümlədən sevgi münasibətlərində insanlara dəstək ola biləcək süni intellekt proqramı hazırlayır və onu sərmayədar Tanın (Engin Akyürek) qarşısında təqdim edir. Hisslərini gizləməyi bacaran, amma özünə qapanmış iş adamı Tan bu təklifə maraqlı bir şərtlə cavab verir: əgər proqram onu cəmi üç cəhdə həqiqi sevgiyə aparsa, o zaman bu layihəyə böyük investisiya qoyacaq.
İstanbulun hazırladığı alqoritm üç ideal namizəd seçir. İlk baxışda texnoloji eksperiment kimi görünən bu təcrübə zamanla həm Tan, həm də İstanbul üçün fərdi və emosional bir dönüş nöqtəsinə çevrilir. Lakin hər görüş, hər qarşılaşma Tanın içində yeni suallar doğurur: Görəsən, həqiqi sevgi sadəcə bir proqramla tapıla bilərmi? Və sonda bu yol Tanı başqa birinəmi aparacaq, yoxsa onu elə İstanbulun özünəmi qaytaracaq?
Dass Yapım-ın istehsalı, vizyoner rejissor Ozan Açıktanın rejissorluğu və məşhur türk aktyorları Engin Akyürek, Afra Saraçoğlu, Yasemin Kay Allen və İlayda Akdoğanın iştirakı ilə ərsəyə gələn “İstanbul, Mənim Sevgilim” mini-serialı on hissədən ibarətdir. Hər biri təxminən üç dəqiqə davam edən bu kinotik fəsillər İstanbulun estetik ruhu və iki insanın taleyə qarşı çıxmağa çalışdığı səssiz gərginliklə yoğrulub.
Tamamilə İstanbulun özündə çəkilən serial, şəhərin insan təbiətindəki ziddiyyətləri necə əks etdirdiyinə bir tərif kimi təqdim olunur: həm əbədi, həm də müasir; həm xaotik, həm də zərif.
Çəkiliş məkanları arasında İstanbulun ən ikonik nöqtələri yer alır:
• Çırağan Sarayı
• Tersane Rixos
• Galataport
• AKM Taksim
• Karaköy
• Boğaziçi
• Beyoğlu
Serialın hər bir epizodu şəhərin döyünən ritmini hiss etdirir — alqoritmik dəqiqliyin və təbii xaosun bir araya gəldiyi bir atmosfer yaradır. Bu hekayə bizə bir həqiqəti xatırladır: bəzən həyatdakı ən dəyərli bağlar planlamadığımız anda baş verir.
“İstanbul, Mənim Sevgilim” — Qısa Baxış
Format: 10 seriyalı mini-serial (hər bölüm təxminən 3 dəqiqə)
Dil: Türk dili (beynəlxalq altyazılarla)
Çəkiliş məkanları: İstanbul — Çırağan Sarayı, Rixos Tersane, AKM Taksim, Galataport, Boğaziçi, Karaköy, Beyoğlu
Rejissor: Ozan Açıktan
İstehsalçı: Dass Yapım
Yayım: Qlobal rəqəmsal premyera — 2025-ci il,
YouTube platformasında www.youtube.com/@GoTürkiye ünvanında, 23 iyun tarixindən etibarən…

Ruhiyyə Mehdiyeva
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:429
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 İyul 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri