Göz əməliyyatı artıq başqa cür aparılır yeni sistem işə düşdü
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Tibbdə yeni texnologiyanın tətbiqi ilə göz əməliyyatlarında fərqli üsuldan istifadə olunmağa başlanıb.
"Ölkə.az" xəbər verir ki, ABŞ-də fəaliyyət göstərən göz cərrahı Erik Rozenberq bu üsulla katarakta əməliyyatını xüsusi virtual reallıq eynəyi ilə həyata keçirib.
Məlumata görə, əməliyyat üçün xüsusi hazırlanmış proqram təminatından istifadə olunub. Bu sistem mikroskoplardan gələn görüntünü real vaxtda eynəyə ötürür və cərrah əməliyyat sahəsini böyük və aydın formada, fasiləsiz izləyə bilir.
Bu texnologiya həkimin diqqətini ayrı-ayrı ekranlara yönəltmədən birbaşa əməliyyata fokuslanmasına imkan yaradır. Eyni zamanda digər həkimlər də uzaqdan bu prosesə qoşularaq əməliyyatı izləyə və lazım gəldikdə müdaxilə edə bilirlər.
Bildirilir ki, ilk belə əməliyyat 2025-ci ilin oktyabrında həyata keçirilsə də, nəticələr yalnız indi açıqlanıb. Həmin vaxtdan etibarən Rozenberq yüzlərlə oxşar əməliyyat aparıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 03 May 2026 07:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















