Icma.az
close
up
RU
Gözəllik uğrunda TƏHLÜKƏ Lazer epilyasiya aparatlarına necə nəzarət olunur?

Gözəllik uğrunda TƏHLÜKƏ Lazer epilyasiya aparatlarına necə nəzarət olunur?

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Azərbaycanda lazer epilyasiyası elə sürətlə yayılıb və dəb olub ki, əvvəllər arzuolunmaz tüklər qadınların xoşuna gəlmədiyi ifadə idisə, indi kişilər də öz cinslərinə xas olan tüklərdən azad olmağa tələsirlər. Nəinki böyük klinikalarda, az qala hər məhəllədə fəaliyyət göstərən gözəllik salonlarında da güclü lazer cihazlarından istifadə olunur. Halbuki bu aparatların əksəriyyəti beynəlxalq təhlükəsizlik standartlarına əsasən ciddi texniki ölçülər və tibbi nəzarət tələb edir.
Azərbaycanda gözəllik salonlarında istifadə olunan lazer cihazları hansı standartlar əsasında yoxlanılır?
Azərbaycanda ötən ildən etibarən tibbi cihazların dövlət qeydiyyatı tətbiq olunur və lazer aparatları üçün uyğunluq sənədləri tələb olunur.
Lazeroloq Təranə Kərimovanın Bizim.Media-ya verdiyi məlumata görə, böyük və ya kiçik məkanlarda yerləşməsindən asılı olmayaraq bütün cihazlar texniki yoxlamadan keçir:
“Bəzən düşünə bilərlər ki, gözdən uzaq, kiçik salonda qoyulmuş bir aparatı yoxlayan olmayacaq. Amma bu belə deyil, işinə ciddiyyətlə yanaşan lazeroloq bütün lazımi proseslərdən keçir.
Cihazın gücü, enerjisi, parametrləri, tezliyi, yaxud dalğa uzunluğu qeyd olunur və beynəlxalq standarta  (İEC 60825)  uyğunlaşdırılır.
Həmçinin istifadəçi məlumatı ilə tənzimlənir. Lazer etdirmək istəyən şəxslər bu işi görən mütəxəssislərdən lisenziya, sertifikat, cihazın texniki pasportu və dövlət qeydiyyatı sənədini tələb edə bilərlər”.
 

Qeyd edək ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin məlumatına görə,  tibbi kosmetologiyaya cərrahi müdaxilələr istisna olmaqla inyeksiya (iynə) prosedurları, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu ilə epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq və digər prosedurlar aid olunur. Bu üsullar “kosmetoloji” işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur.


Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssislər məşğul olmaq hüququna malikdirlər.
Şəfiqə Şəfa, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 Dekabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see318

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see256

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see218

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see213

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see198

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see197

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see184

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see182

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see176

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see173

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see153

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see152

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see151

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri