Icma.az
close
up
RU
Gözlənilən FƏLAKƏT: Xərçəng ölümləri 75 artacaq ARAŞDIRMA

Gözlənilən FƏLAKƏT: Xərçəng ölümləri 75 artacaq ARAŞDIRMA

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qarşıdakı onilliklərdə xərçəng bütün dünyada, xüsusən də aşağı gəlirli ölkələrdə ölümün əsas səbəblərindən birinə çevriləcək.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, alimlər bu artımın əsas amilləri kimi əhalinin qocalmasını və artımını göstərirlər.

Son araşdırmaya görə, 2050-ci ilə qədər xərçəngdən ölənlərin sayı təxminən 75 faiz artaraq 18,6 milyon hadisəyə çatacaq. Bu arada yeni diaqnozların sayı 60 faiz artaraq təxminən 30,5 milyona çatacaq.

Təhlil göstərib ki, xərçəngdən ölüm hallarının 40 faizdən çoxu başqalarının təsirinə məruz qalan “dəyişdirilə bilən” risklərlə bağlıdır. Bunlara siqaret çəkmək, qeyri-sağlam qidalanma vərdişləri, piylənmə, yüksək qan şəkəri və alkoqoldan sui-istifadə daxildir.

2023-cü ildə bu amillərlə əlaqəli ölümlərin 46 faizini kişilər təşkil edib, ən çox siqaret, qeyri-sağlam qidalanma, alkoqol, havanın çirklənməsi və peşə təhlükələri səbəbindən. Qadınlarda bu rəqəm 36 faiz təşkil edib, əsas səbəblər siqaret, piylənmə, qeyri-sağlam qidalanma, yüksək qan şəkəri və təhlükəli cinsi fəaliyyətlər olub.

ABŞ Sağlamlıq göstəriciləri və qiymətləndirmə institutundan doktor Teo Vos vurğulayıb ki, ölkələrin bu amillərin təsirini azaltmaq və çoxlu ölüm hallarının qarşısını almaq üçün real imkanları vardır.

Araşdırmanın müəllifləri 1990-cı ildən 2023-cü ilə qədər 204 ölkədə 47 xərçəng növü ilə bağlı məlumatları təhlil edib və 2050-ci ilə qədər proqnozlar veriblər. 2023-cü ildə qlobal miqyasda 18,5 milyon yeni xərçəng hadisəsi və 10,4 milyon ölüm qeydə alınıb. 1990-cı illə müqayisədə bir neçə dəfə çoxdur. Lakin zəngin ölkələrdə diaqnostika və müalicənin təkmilləşdirilməsi sayəsində ölüm halları qismən azalıb.

Eyni zamanda, aşağı gəlirli ölkələr ən yüksək risk altında olacaq, əsrin ortalarına qədər yeni diaqnozların yarıdan çoxunu və bütün ölümlərin təxminən üçdə ikisini təşkil edəcək. Nepallı tədqiqatçı Meqhnath Dhimal bunu “gözlənilən fəlakət” adlandırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 Sentyabr 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri