Gözlənilən istefa rəsmiləşdi
Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
Şotlandiyada çoxdan gözlənilən istefa rəsmiləşib.
"Football-plus.az" xəbər verir ki, “Reyncers” rəhbərliyi baş məşqçi Rassell Martini istefaya göndərib.
Qlazqo klubunun rəsmi məlumatında Martin və onun başçılıq etdiyi məşqçi heyətinin istənilən nəticəyə nail ola bilmədiyi qeyd olunub. 39 yaşlı mütəxəssis “Reyncers”ə bu ilin iyununda baş məşqçi təyin edilmişdi. Komanda Şotlandiya çempionatında araxada qalan 7 turdan sonra 8 xalla 8-ci yeri tutur. “Reyncers” Avropa Liqasının liqa mərhələsində “Genk”ə 0:1, “Şturm”a isə 1:2 hesabı ilə məğlub olub. Qlazqoluların bu yay Çempionlar Liqasının pley-off mərhələsində “Brügge”yə uduzduqlarını (1:3, 0:6) da xatırladaq.

