34 illik yüksəliş salnaməsi
Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
1992-ci ilin payızı müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan üçün sadəcə sıradan bir ilin başlanğıcı deyil, əslində dövlətçiliyin var olub-olmaması sınağı idi. Ölkə daxilindəki idarəetmə boşluğu, dərinləşən sosial-iqtisadi böhran və cəbhə xəttindəki itkilər xalqı çıxış yolu axtarmağa vadar edirdi. Belə bir həlledici məqamda – oktyabrın 16-da ölkənin 91 tanınmış ziyalısının Naxçıvana şəhərinə-dahi Heydər Əliyevə ünvanladığı müraciət əslində bütün xalqın xilas çağırışı idi.
Həmin çağırışdan cəmi bir ay sonra 1992-ci il noyabrın 21-də Naxçıvan Dövlət Dram Teatrının binasında toplaşan 550 nəfər təmsilçi təkcə bir siyasi təşkilatın əsasını qoymadı, həm də parçalanmaq təhlükəsi ilə üzləşən ölkənin gələcək xilas xəritəsini cızdı. Ulu Öndərimiz Heydər Əliyevin sədrliyi ilə təsis olunan Yeni Azərbaycan Partiyası (YAP) qısa müddətdə ayrı-ayrı bölgələrdən olan insanları vahid azərbaycançılıq məfkurəsi ətrafında birləşdirən ümumxalq hərəkatına çevrildi. 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyevin ali hakimiyyətə qayıdışı isə bu siyasi platformanı dövlət quruculuğunun əsas hərəkətverici mexanizminə transformasiya etdi.
Tarixi varislik prinsipi 2003-cü ildən etibarən özünün yeni, dinamik inkişaf fazasına qədəm qoydu. Azərbaycan Prezidenti, Partiyamızın Sədri, Müzəffər tarixi Sərkərdəmiz cənab İlham Əliyevin ölkəmizə, 2005-ci ildən isə həm də partiyaya rəhbərlik etməsi ilə Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs müasir çağırışlara uyğun şəkildə zənginləşdirildi. İqtisadi müstəqilliyin təmin olunması, ordunun modernləşdirilməsi və beynəlxalq arenada prinsipial mövqeyin möhkəmləndirilməsi vahid strategiyanın tərkib hissələri kimi ardıcıllıqla icra edildi.
34 il əvvəl Naxçıvanda atılan o ilk addımın məntiqi zirvəsi isə məhz 2020-ci ilin 44 günlük Vətən müharibəsində və 2023-cü ilin antiterror tədbirlərində öz təsdiqini tapdı. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin sərkərdəliyi ilə Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bu gün YAP-ın 34 illik yubileyi qeyd olunarkən aydın görünür ki, 21 noyabr tarixi sadəcə bir partiyanın yaranma günü deyil, məğlubiyyət sindromundan qurtularaq tam suverenliyə və böyük Zəfərə gedən yolun başlanğıc nöqtəsidir. Bütün partiya üzvlərimizi səmimi-qəlbdən təbrik edirəm. Qoy, partiyamızın qələbələri daimi olsun!
Ülkər Məmmədli
YAP Yevlax rayon təşkilatının fəalı.
Bu mövzuda digər xəbərlər:Səma şahinlərimizin qəhrəmanlıq salnaməsi: 34 illik şərəfli yol
14 Fevral 2026 09:57
Yeni Azəpbaycan Partiyasının 34 illik siyasi salnaməsi ŞƏRH
18 Noyabr 2026 14:44
Goranboy torpaqda zəhmətlə yazılan yüksəliş salnaməsi
21 İyul 2026 12:32
Yeni Azərbaycan Partiyasının 34 illik yolu müstəqil Azərbaycanın yüksəliş tarixidir ŞƏRH
20 Noyabr 2026 15:03
Fövqəladə Hallar Nazirliyi: 20 ilin yüksəliş salnaməsi
16 Dekabr 2025 10:43
Baxış sayı:42
Bu xəbər 22 Noyabr 2026 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















