Icma.az
close
up
RU
Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır

Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

44 günlük İkinci Qarabağ müharibəsində şanlı tarix yazan rəşadətli Ordumuzun inkişaf yolundan bəhs etmək harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı üçün böyük qürurdur. Azərbaycanın bu gün dünyanın ən güclü orduları sırasında qərarlaşan Ordusunun olması dövlətimizin bu sahəyə xüsusi diqqət və qayğısının aydın mənzərəsini yaradır. 1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşamasına baxmayaraq, bu günümüz üçün gördüyü işlərdən biri də ordu quruculuğu sahəsində əhəmiyyətli addımların atılmasıdır. Hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırılması milli Silahlı Qüvvələrin yaradılması istiqamətində mühüm addım olmuşdur.

Azərbaycanın 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə yaşadığı uğursuzluqlar ordu qurruculuğundan da yan keçmədi. Həmin illərdə Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin mənfur düşmən tərəfindən işğalına səbəb oldu. O dövrün xarakterik xüsusiyyətlərindən biri orduda fərarilik hallarının geniş vüsət alması idi. Mövcud vəziyyət Azərbaycan gənclərinin hərbi xidmətdən yayınmalarına yol açmışdı. 1993-cü ildəUlu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə bütün sahələrdə, o cümlədən ordu quruculuğunda yeni mərhələnin əsası qoyuldu. Ümumilikdə Ümummilli Liderin hakimiyətinin hər iki dövründə ordu quruculuğuna diqqət və qayğı prioritet olub. Belə ki, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Dahi şəxsiyyət Heydər Əliyevin böyük səyləri nəticəsində Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey yaradıldı. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sahəsinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxardı. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra C.Naxçıvanski adına hərbi lisey ordu quruculuğunun əsas bazalarından birinə çevrildi.

“Silahlı Qüvvələrin yaradılması Azərbaycanın dövlət müstəqilliyini və suverenliyini təsdiq edən, onu nümayiş etdirən amillərdən biridir” söyləyən Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqqında müqavilənin imzalanması ölkəmizdə sabitliyin təmin edilməsi fonunda bütün sahələrin inkişafı istiqamətində əhəmiyyətli addımlara yol açdı. Qısa müddətdən sonra Ümummilli Lider bu tezisi böyük əminliklə qeyd etdi ki, Azərbaycanın milli təhlükəsizliyini, əmin-amanlığımızı təmin edən, sərhədlərini qoruyan, ərazi bütövlüyünü, torpaqlarını müdafiə edən, ən əsası işğal altında olan ərazilərimizi azad etməyə qadir Ordusu var. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı əsasında Əlahiddə Azərbaycan Korpusunun yarandığı günün-26 iyun tarixinin Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunması və dövlət bayramı kimi qeyd edilməsi bu sahəyə diqqətin, qayğının göstəricisi olmaqla yanaşı, hər il bu tarixdə ordu quruculuğu sahəsində görülən işlərin hesabatı oldu. Artıq sonrakı illərdə Ümummilli Liderin Fərman və Sərəncamları hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin önəmini bir daha açıqladı.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu son 21 ildən artıq dövrdə bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin 2003-2020-ci illərdə bütün fəaliyyəti torpaqlarımızın işğaldan azad edilməsinəhazırlıq dövrü kimi xarakterizə olunur. Azərbaycan bütün sahələrdə gücləndi, ordumuzun maddi-texniki bazası möhkəmləndirildi, beynəlxalq standartlara cavab verdiyi böyük əminliklə qeyd olundu. Azərbaycan Silahlı Qüvvələr Günündə təşkil olunan hərbi paradlar, ölkəmizdə keçirilən Beynəlxalq Müdafiə Sərgiləri ordumuzun hansı imkanlara malik olduğunu nümayiş etdirir.

Əvvəldə də böyük qürurla bəhs etdiyimiz tarixi Zəfərimiz bütün uğurlarımızın zirvəsi oldu. Şanlı Zəfərimizdən üç il sonra, 2023-cü ilin 19 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdikləri bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Azərbaycanın müstəqillik tarixinin Zəfər səhifələri daha da zənginləşir. 44 gündə 30 ilin işğalına son qoyuldu. 44 günün hər günü Azərbaycan tarixinə Zəfər səhifəsi kimi yazıldı. Hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edildi. Azərbaycan əsgəri, zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın.

Azərbaycan Ordusunun gücü, qüdrəti beynəlxalq səviyyədəetiraf edilir. İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik kimi dəyərləndirilir və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 İyun 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri