Icma.az
close
up
RU
Gülüstan poemasını ciddi elmi əsər kimi qiymətləndirənlər unudurlar ki… Fazil Mustafa

Gülüstan poemasını ciddi elmi əsər kimi qiymətləndirənlər unudurlar ki… Fazil Mustafa

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin komitə sədri Fazil Mustafanın İrandakı etirazlarla bağlı yazdığı məqaləsində Güney Azərbaycan ideologiyasını mifologiya adlandırması və bu mifologiyanın Stalin tərəfindən sırındığını yazması birmənalı qarşılanmayıb.

Məsələn, milli azadlıq hərəkatının liderlərindən olan AMİP lideri Etibar Məmmədov bildirib ki, Güney Azərbaycan məsələsi heç bir halda Stalinin sırıdığı mif kimi qəbul oluna bilməz:

“Çünki Stalindən əvvəl də bu ideologiya olub. Azərbaycan mövcud olub və onu iki hissəyə parçalayıblar, bir hissəsi Rusiyanın, bir hissəsi isə İranın tərkibində olub. Ancaq Azərbaycan Azərbaycandır və Güney Azərbaycan ideologiyasını Stalinin adına bağlamaq milyonlarla insanın milli ideologiyasına, milli hədəfinə çevrilmiş bir məsələni bir diktatorun adına bağlamaq ən azı insafsızlıqdır və hər kəs öz işi ilə məşğul olsa, yaxşıdır”.

Oxşar etiraz tonlu fikirləri digər bir sıra tanınmış siyasi, ictimai fiqurlar da ifadə ediblər.

Gununsesi.info xəbər verir ki, sözügedən məsələ ilə bağlı Musavat.com əməkdaşı Fazil Mustafa ilə də danışıb.

F.Mustafanın reaksiyalara münasibəti belə olub:

“Ümumiyyətlə, tarixi yaxşı bilməyənlər üçün bildirim ki, Güney Azərbaycan ideyası Sovet İttifaqı Kommunist Bolşeviklər Partiyasının qərarı ilə gündəmə gələn ideyadır. Bu ideya zahirən bizim milli maraqlarımıza uyğun kimi görünsə də, o dönəmdə sovet rəhbərliyi üçün xüsusi bir amil idi. İranda olan qarışıqlıqdan istifadə edərək orada özünə aid olan payı götürmək məqsədilə 1946-cı ildə həm buradakı ziyalılar, həm də oradakı Kommunist Partiyasının üzvləri vasitəsilə bir muxtariyyət formalaşdırdılar. O muxtariyyət təbii ki, önəmli işlər gördü, türk dilinin gündəmə gəlməsi, türk dilli mədəni dəyərlərin yaşaması baxımından xeyli işlər gördülər. Amma sovet ordusu çəkilən kimi hərəkatı yerində boğdular. Sonra isə 1978-ci ildə Sovet İttifaqı İranda yaranmış qarışıqlıqdan yararlanmaq üçün yenə də həmin ideyanı ortaya atdı. Amma ideyanı irəlilətmək mümkün olmadı. Çünki İranla SSRİ arasında gizli anlaşma oldu ki, bir-birinin ərazi bütövlüyü ilə bağlı məsələlərdə müttəfiqlik münasibətlərini pozmamaq üçün səy göstərəcələr.

İndi belə çıxır ki, illərdir bizim qəhrəman olaraq gördüyümüz, dəyər olaraq qiymətləndirdiyimiz bir şeylərin heç birini açıq müzakirə etmədiyimiz üçün biz elə yanlışların arxasınca getməliyik. Bunu kimlər deyirsə, ixtisasları tarixçi də olsa, tarixə baxışları olduqca savadsız bir baxışdır”.

Fazil Mustafa deyib ki, bu cür baxışlar Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasını hələ də ciddi elmi əsər kimi qiymətləndirənlərin xatirəsini canlandırmaqdan başqa bir şey deyil:

“Yəni hələ də unudurlar ki, bu bir ədəbiyyatdır. Ədəbiyyatda hansısa mövzunu özün istədiyin kimi təhlil edə bilərsən. O dövrdə də bu bizim hamımızı riqqətə gətirirdi. Amma ədəbiyyat siyasət demək deyil, siyasətin dəqiq parametrləri var. O baxımdan da bu məsələlərdə daha rasional düşünməyimizə ehtiyac var. Bütövlükdə bu mövzu Azərbaycan cəmiyyəti üçün bir az da təhlükəli mövzudur. Çünki Azərbaycan dünyəvi dövlətinin ən böyük uğuru 1828-ci ildə məhz Türkmənçaydan qopma nəticəsində baş verən proseslərdir. Bu proseslər olmasaydı, yeni mühitdə bizim dəyərli ziyalılarımız yetişməsəydi, İrandan heç bir fərqimiz olmayacaqdı.

İrandan qopma tariximiz bizim müstəqillik tariximizin başlanğıcıdır. Ona görə hələ də bizi ora bağlamaq, yaxud da oranı bizə bağlamaq kimi tendensiya yanlışdır”.

Deputatın sözlərinə görə, biz oradakı soydaşlarımızın problemlərini və onların insan haqlarını qorumaq uğrunda istənilən səviyyədə mübarizəmizi aparmalıyıq:

“Amma onları da illüziyaya yönəltməməliyik, onları İran daxilində öz hüquqlarını əldə etmək, müəyyən muxtariyyət qazanmaq, dilin statusunu qaldırmaq, ana dilində məktəblərin açılması kimi məsələləri həll etməyə yönəltməliyik.

Bir çox adamlar hələ də anlamırlar ki, İranda hakimiyyətdə farsdan çox azərbaycanlılardır. Azərbaycanlılar rejimin qorunmasında maraqlı olan böyük kütlədir. Təbii ki, kimlərsə istiqlaliyyət istəyə bilər və bu reallıqlar da var. Amma bunu faktiki olaraq İran hakimiyyəti əlində olan etnik burjuaziya həll etməsə, buna nail olmaq asan məsələ deyil. Ona görə də biz həmin ideologiyaları buraxmalıyıq oradakı insanların öz öhdəsinə”.

Fazil Mustafa sonda vurğulayıb ki, xalqı 1990-cı illərdə aldadanlar bu gün də həmin yolu getməyə Güney Azərbaycan üzərindən, bu mifologiyanı canlandırmaq üzərindən davam etmək istəyirlər:

“Çünki varlığı sürdürmək üçün başqa mexanizmlər artıq əldən çıxıb. Ona görə də bu məsələdə çox mübahisə açmaq fikrində deyiləm. Fikirlərimi söyləyirəm, ağlı başında olan insanlar üçün bunları deyirəm və onlar məni doğru anlayırlar. Etirazların da olması mənim üçün normaldır. Bu da bir diskussiya mühiti üçün müsbətdir, bəlkə də bizim hansısa mülahizəmiz məntiqli olmaya bilər. Amma hər halda fikirlərimiz dərindən araşdırma ilə ifadə etdiyimiz fikirlərdir”.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Yanvar 2026 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see198

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see197

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see195

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see193

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see185

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see173

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see165

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see162

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see157

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see149

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see148

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see140

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see140

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see138

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see133

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri