Gündə 1 yumurta yeməklə özünüzü bu ağır xəstəlikdən qoruyacaqsınız
Icma.az bildirir, Saglamolun portalına istinadən.
Çin alimləri araşdırma zamanı aşkar ediblər ki, hər gün 1 yumurta yeməklə insultun riskini xeyli azaltmaq mümkündür.
Araşdırmanın nəticələri Heart jurnalında dərc olunub.
Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, Pekin Universiteti alimləri 9 il ərzində yaşı 30-dan 79-a qədər olan 420 min (!) insanın qidalanması və sağlamlıq göstəricilərinə nəzarət edirdi. Nəticədə mütəxəssislər aşkar ediblər ki, hər gün yumurta yeyən insanlarda bu məhsulu yeməyən və ya nadir hallarda yeyən insanlarla müqayisədə insultun riski 26%, insultdan ölüm riski isə 28% daha azdır.
Həmçinin yumurta yeyən insanlarda digər ürək-damar xəstəliklərinin riski də 18% daha azdır.
Alimlərin fikrinə görə, yumurtanın orqanizmə olan bu müsbət təsirinin səbəbi onun tərkibində olan asan mənimsənilən zülallar, vitamin, fosfolipid və karotinoidlərdir.
Tətqiqatçılar ağır ürək və damar xəstəliklərdən qorunmaq üçün hər gün yumurta yeməyi tövsiyə edirlər.
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 17 Noyabr 2024 22:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















