Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Panik atakla infarktı necə ayırd etmək olar?

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

Maskın raketi suya düşərək partladı Video

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

“Kəlbəcərdə görüntülənən bu heyvan inəyin bir növüdür, Qırğızıstandan gətirilib” Yak təsərrüfatında artım varmı? ÖZƏL

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

Tikinti sektorunda yeni dələduzluq (Video)

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri 5 ci və 16 cı yeri tutublar

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

Manat üçün risklər artır? Bu ilin devalvasiya PROQNOZU

Manat üçün risklər artır? Bu ilin devalvasiya PROQNOZU

Icma.az, Modern.az saytına istinadən bildirir.

Azərbaycan iqtisadiyyatında makroiqtisadi sabitliyin əsas sütunlarından biri olan pul siyasəti 2025-ci ildə də Mərkəzi Bankın əsas mandatı olan qiymət sabitliyinin qorunması istiqamətində formalaşdırılıb. Belə ki, inflyasiyanın hədəf diapazonu daxilində saxlanılması, pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi və faiz kanalının ötürücülüyünün gücləndirilməsi Mərkəzi Bankın prioritetləri sırasında yer alıb.

Mərkəzi Bankın 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyənatına əsasən, pul siyasәtinin hәdәfi növbәti ildә dә illik inflyasiyanı 4±2% sәviyyәsindә saxlamaqdan ibarәt olacaqdır.

Bununla yanaşı, qlobal iqtisadi proseslər və enerji bazarlarında müşahidə olunan qeyri-müəyyənliklər fonunda bir sıra suallar aktuallıq daşıyır. Neft qiymətlərində mümkün dəyişikliklər valyuta bazarına necə təsir göstərə bilər? Devalvasiya riski varmı və neft gəlirlərinin azalarsa, hansı alternativ planlar mövcuddur?

Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, cari ildə də Mərkəzi Bankın mövqeyi həlledici olaraq qalacaq.

“Mərkəzi Bank indiyədək manata məzənnəsi ilə bağlı hər hansı bir təhdid görmədiyini bəyan edib və bu baxımdan milli valyutanın məzənnəsinin qorunub saxlanılması istiqamətində mövqe nümayiş etdirir. Bununla belə, 2026-cı il ərzində tədiyə balansının vəziyyəti və neftin dünya bazar qiymətlərindəki dəyişikliklər valyuta bazarına təsir göstərən əsas faktorlardan biri olacaq”.

Deputat xatırladıb ki, Azərbaycanda milli valyutanın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyi ilə müəyyən olunur:

“Çünki Mərkəzi Bank həm məzənnə siyasətində, həm də pul-kredit siyasətində aparıcı və həlledici qurumdur. Azərbaycan üzən məzənnə rejiminə keçməyib, ölkədə hələ də tənzimlənən məzənnə rejimi tətbiq olunur. Bu isə o deməkdir ki, üzən məzənnə rejimi olmayan ölkələrdə mərkəzi bankların mövqeyi milli valyutanın məzənnəsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Mərkəzi Bank açıqlamalarında dəfələrlə bildirib ki, qərarlar qəbul edilərkən tədiyə balansındakı vəziyyət, ölkəyə daxil olan valyutanın həcmi və xüsusilə tədiyə balansının saldosunun müsbət və ya mənfi olması əsas göstəricilər kimi nəzərə alınır”.

V.Bayramov əlavə edib ki, aparılan qiymətləndirmələr göstərir ki, manata məzənnəsinə təsir edən ən ciddi faktorlardan biri neftin dünya bazar qiymətlərindəki dəyişikliklərdir:

“Bu amil Mərkəzi Bankın davranışlarına və qərarlarına birbaşa təsir göstərir. Belə ki, Azərbaycanın ixracatının təxminən 80 faizi enerji məhsullarının payına düşür və bu ixracın əsas hissəsini neft və neft məhsulları təşkil edir. Buna görə də ölkəyə daxil olan valyuta axınında neftin payı kifayət qədər böyükdür.

Bununla belə, 2026-cı il ərzində də Mərkəzi Bankın mövqeyi milli valyutanın məzənnəsi baxımından həlledici olaraq qalmaqdadır”,- deyə deputat qeyd edib.

Devalvasiya riskini şərh edən iqtsadçı ekspert Xalid Kərimli isə bildirib ki, 2026-cı ildə neft gəlirlərinin azalması şəraitində, əgər hökumətin gözləntilərindən kəskin bir azalma baş verməzsə, ciddi risk görünmür:

“Hökumət neftin qiymətini 65 dollar səviyyəsində proqnozlaşdırıb və hazırkı bazar qiymətləri də bu gözləntilərə uyğundur. Hazırda neftin bir barelinin qiyməti 65-66 dollar ətrafında formalaşır.

Ümumilikdə, kəskin problem yaranmadığı və qiymətlərdə ağlasığmaz dəyişiklik baş vermədiyi təqdirdə, 55-65 dollar intervalı hökumət üçün kifayət qədər rahat və idarəolunan səviyyə hesab edilə bilər. Bu baxımdan, 2026-cı il üçün hələlik xüsusi bir risk görünmür”.

İqtisadçının sözlərinə görə, 2026-cı il üzrə tədiyə balansının profisitlə proqnozlaşdırılması da bu əsasda büdcənin planlaşdırıldığını göstərir:

“Mövcud şəraitdə Tarif Şurasının qərarları, vergilərin artırılması və tətbiq olunan yeni rüsumlar artıq əhali üzərində müəyyən yük formalaşdırıb. Gəlir vergisinin tətbiqi, idxalı azaltmaq məqsədilə bəzi güzəştlərin ləğvi, telefon və avtomobillərə vergi qoyulması, eləcə də bir sıra digər vergi artımları buna nümunədir.

Bu kontekstdə hökumətin əlavə olaraq devalvasiyaya getməyə məcbur qalacağı ehtimalı az görünür. Burada əsas risk yalnız iqtisadi göstəricilərlə deyil, psixoloji faktorlarla bağlı ola bilər. Əgər əhali arasında panika yaranmasa, Mərkəzi Banka təzyiq formalaşmasa və kütləvi dollarlaşma baş verməsə, ciddi problem gözlənilmir”.

X.Kərimli həmçinin vurğulayıb ki, hazırkı mərhələdə hətta neftin 50 dollar səviyyəsində olması belə hökumət üçün idarəolunan hesab olunur. Onun fikrincə, ümumilikdə proqnozlar 55-65 dollar aralığını göstərir və neft qiymətlərinin 50 dollardan aşağı düşəcəyi ehtimalı az olaraq proqnozlaşdırılır:

“Qeyri-neft sektoruna gəldikdə isə, bu sahədə ciddi inkişafdan danışmaq hələ tezdir. Qeyri-neft ixracı cəmi 3,5-3,7 milyard dollar civarındadır, halbuki idxalın həcmi 11-12 milyard dollara çatır. Bu isə qeyri-neft sektorunun ixrac potensialının yetərli olmadığını göstərir.

Üstəlik, qeyri-neft sektoru hazırda əsasən büdcə xərcləmələri və neft gəlirləri hesabına qidalanır. Bu baxımdan, qeyri-neft sektoru hələlik iqtisadiyyat üçün müstəqil dayaq rolunu oynamır. Hökumət gələcəkdə bu istiqamətdə dönüş yaratmağa çalışsa da, hazırkı vəziyyət bunu deməyə əsas vermir”.

İqtisadçı ekspert onu da nəzərə çatdırıb ki, devalvasiya faciə deyil:

“Yəni hökumətin devalvasiyanın qarşısını almaq üçün fövqəladə və sərt addımlar atmaq kimi xüsusi planları yoxdur. Zərurət yarandığı halda devalvasiyaya gedilə bilər. Neft gəlirlərinin azalması fonunda dövlət bu ilin büdcəsində bu riskləri əvvəlcədən nəzərə alıb.

Belə ki, idxalı məhdudlaşdırmaq məqsədilə idxal vergiləri artırılması, bir sıra sahələrdə, xüsusilə avtomobillərə tətbiq olunan güzəştlər ləğv edilməsiylə yanaşı, eyni zamanda telefonlara rüsum, tütün məmulatlarına aksiz, armatur və şüşə məmulatlarına tətbiq edilən aksiz dərəcələri də artırılıb. Bütün bu addımlar da öz növbəsində idxalın həcmini azaltmağa yönəlib.

Yəni hökumət alternativ planlarını artıq işə salıb və bu tədbirlər 2026-cı il üçün nəzərdə tutulan iqtisadi siyasətin tərkib hissəsidir. Habelə, əhalinin büdcədəki rolu daha da artırılıb”,- deyə X.Kərimli qeyd edib.

İqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, Azərbaycanda manatın məzənnəsi inzibati qaydada tənzimləndiyi üçün onu klassik iqtisadi kateqoriya kimi təhlil etmək və ya dəqiq proqnozlaşdırmaq mümkün deyil:

“Bu məsələ tam şəkildə Mərkəzi Bankın və hökumətin səlahiyyətindədir və qərar istənilən vaxt qəbul oluna bilər - bu il də, iki ildən sonra da. Məhz bu səbəbdən manatın məzənnəsi iqtisadi modellərlə hesablana bilən və proqnozlaşdırılan göstərici deyil.

Hökumətin alternativ planlarına gəldikdə, qeyri-neft sektorunun inkişafı istiqamətində müəyyən addımlar atılır, lakin qeyri-neft sektorunun ümumi iqtisadiyyatda payı hələ də aşağıdır. Bu payın artırılması üçün istehsalın genişləndirilməsi və davamlı inkişaf mexanizmlərinin yaradılması vacibdir. Ancaq etiraf etmək lazımdır ki, bunu qısa müddətdə həyata keçirməyə imkan verən “sehrli çubuq” mövcud deyil”.

Natiq Cəfərli bildirib ki, əslində, ölkənin böyük neft gəlirləri əldə etdiyi uzun bir dövr var idi ki, məhz həmin illərdə bu struktur islahatları aparmaq önəmli idi:

“Belə olsaydı, bu gün neft gəlirləri əsas dayaq deyil, sadəcə əlavə bir bonus rolunu oynayardı. Norveç nümunəsində olduğu kimi: bu ölkənin büdcəsi neftdən asılı deyil və neftin dünya bazarındakı qiymət dəyişiklikləri iqtisadi sabitliyə ciddi təsir göstərmir. Nəticədə, bu gün hələ də iqtisadiyyatın şaxələndirilməsi problemi aktuallığını qoruyur”,- deyə iqtisadçı fikrini tamamlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Yanvar 2026 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

“Kəlbəcərdə görüntülənən bu heyvan inəyin bir növüdür, Qırğızıstandan gətirilib” Yak təsərrüfatında artım varmı? ÖZƏL

28 Sentyabr 2026 07:50see150

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

28 Sentyabr 2026 10:51see150

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri 5 ci və 16 cı yeri tutublar

28 Sentyabr 2026 05:40see148

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri