Günəş panelləri ilə işləyən elektrik avtomobili ilk sınaqlardan keçdi
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
San Dieqoda yerləşən "Aptera Motors" şirkəti günəş enerjisi ilə işləyən elektrik avtomobili "Aptera PI2"nin ilk aşağı sürətli funksionallıq testini uğurla həyata keçirib.
Redaktor.az xəbər verir ki, ənənəvi elektrik avtomobillərindən fərqli olaraq, "Aptera" enerjisini birbaşa günəş işığından alır və şarj üçün şəbəkəyə birbaşa qoşulma ehtiyacını aradan qaldırır. Avtomobilin günəş panelləri təxminən 700 vatt günəş enerjisini tutmaq üçün nəzərdə tutulub və ideal şəraitdə hər gün əlavə 65 km məsafə qət etməyə imkan verir.
"Aptera PI2" aerodinamik səmərəliliyini nümayiş etdirərək cəmi 0,13 sürtmə əmsalı ilə yüngül üçtəkərli dizayna malikdir. Bu unikal dizayn avtomobilə potensial olaraq 1600 km-ə qədər məsafə qət etməyə imkan verir.
"Toyota Prius" kimi keçmiş hibrid modellər köməkçi enerji üçün günəş panellərindən istifadə etsə də, "Aptera" tam avtonom günəş enerjisi doldurmağı hədəfləyir.
Sevinc İBRAHİMZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 04 Noyabr 2024 18:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















